Bakı şəhərinin Pirallahı rayonundan Rasim İbrahimov adına 131 saylı tam orta məktəbin kollektivi adından Prezident İlham Əliyevə müraciət ünvanlanıb. “Biz hamımız Azərbaycan vətəndaşı olaraq, əldə etdiyimiz qələbələrdən fərəh, sevinc və qürur hissləri keçiririk. Onilliklərlə gözlədiyimiz günlər nəhayət ki, gəlib çatdı. Cənab Ali Baş Komandan, inanırıq ki, Sizin rəhbərliyiniz altında rəşadətli Azərbaycan Ordusu işğal altında olan bütün torpaqlarımızı tamamilə azad edəcək və üçrəngli Bayrağımız həmin torpaqlarımızda dalğalanacaq.
...Hər zaman Sizinləyik və Sizi əmin etmək istərdik ki, göstəriş verdiyiniz halda hamımız bir nəfər kimi cəbhəyə yollanıb, işğal altında olan digər bölgələrimizi də düşməndən təmizləməyə hər an hazırıq. Allah Sizi və rəşadətli Ordumuzu qorusun! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!” - deyə Rasim İbrahimov adına 131 saylı tam orta məktəbin kollektivi Prezident İlham Əliyevə müraciətlərində bildirirlər.
Baki-xeber.com