Türkiyə Respublikasının Ankara şəhərindən Türkiyə Ginekologiya və Mamalıq Dərnəyinin sədri Ateş Karateke və Türkiyə Ginekologiya və Mamalıq Dərnəyinin Giresun şöbəsinin sədri Melahat Atasevər də Prezident İlham Əliyevə müraciət ediblər.
“Ermənistan 30 ilə yaxın müddət ərzində Dağlıq Qarabağı və ətraf rayonları işğal altında saxlamaqla, bu il sentyabrın 27-dən başlayaraq mülki yaşayış məntəqələrinə etdiyi hücumlarla beynəlxalq hüququn normalarını açıq şəkildə pozur.
Cəbhədə möhkəmlənmək və Qarabağda birdəfəlik yerləşmək üçün təxribatlara əl atan Ermənistan işğal altındakı Azərbaycan ərazilərindən uzaqda olan yaşayış sahələrinə də hücum edir. Mülki insan itkisinə səbəb olan bu dəhşətli hücumu şiddətlə qınayırıq.
Türkiyə Ginekoloji və Mamalıq Dərnəyi Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün və beynəlxalq miqyasda tanınan sərhədlərinin toxunulmazlığı çərçivəsində ən qısa müddətdə həllinə tərəfdardır.
Hər zaman olduğu kimi Türkiyə beynəlxalq müstəvilərdə bütün şərtlərdə Azərbaycan xalqı ilə həmrəy olacaq. Dərnəyimiz hər zaman Azərbaycan xalqının və həkimlərinin yanındadır.
Bu münasibətlə, Ermənistanın mülki insanlara qarşı həyata keçirdiyi müharibə cinayəti xarakterli hücumlarını bir daha qınayırıq və şəhidlərimizə Allahdan rəhmət diləyir, yaralanan qardaşlarımıza şəfa və qalibiyyətlərinin davamını arzulayırıq.
Can Azərbaycanın yanındayıq” - deyə müraciət müəllifləri Prezident İlham Əliyevə müraciətlərində qeyd edirlər.
Baki-xeber.com