“Bu gün dünyanın harasında olmasından asılı olmayaraq bütün dünya azərbaycanlılarının diqqəti Sizə yönəlib. Müzəffər Ali Baş Komandan kimi xalqımızın torpaqlarımızın bütövlüyü, haqq və ədalət uğrunda mübarizəsinə rəhbərlik edirsiniz. Bu gün ölkəmizə qarşı şər və böhtan kampaniyalarına külli miqdarda vəsait xərclənir.
Azərbaycanın dünyaya açıq və aydın mesajları təhrif olunur. İndi ən mühüm işlərdən biri Azərbaycanın həqiqətlərini və hədəflərini dünyaya çatdırmaq üçün informasiya hücumlarını dəf etməkdir. Bu hər bir vətənpərvər insanın ümumi vəzifəsidir!
...İcazə verin, Ulyanovsk vilayətində yaşayan bütün azərbaycanlılar adından Sizə və Qarabağın qaytarılması, Azərbaycan torpaqlarında sülhün bərqərar edilməsi uğrunda əməliyyatlarda iştirak edən hərbçilərimizə alovlu dəstəyimizi çatdırım. Biz həmişə Sizinləyik!
Sizin müdrikliyinizə, xoşməramlılığınıza, qətiyyətinizə əminik. Daim xalqımızın, dövlətimizin mənafelərini qorumaq üçün davamlı səy göstərdiyinizə inanırıq. Uca Allah qətiyyətinizi, gücünüzü yüz qat artırsın və Sizin vasitənizlə xalqımızı gücləndirsin”.
Bu fikirləri Rusiya Federasiyasının Ulyanovsk şəhərindən “Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti” İctimai Təşkilatının sədri İslam Hüseynov Prezident İlham Əliyevə müraciətində qeyd edib.
Baki-xeber.com