“Hazırda mənim oğlum ön cəbhədə Ordumuzun fəxri əsgəridir. Cəbhənin ən qaynar nöqtəsində silahdaşları ilə birlikdə düşməni məhv edərək, üçrəngli Bayrağımızı işğaldan azad etdikləri torpaqlara sancaraq irəliləyirlər.
Oğlumun bu gün Vətənin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etməsi məni bir əsgər atası kimi çox qürurlandırır. Mən bütün əsgər balalarımızla, dövlətimizlə, doğma Azərbaycanımızla fəxr edirəm. Mənfur düşmənlərimizə qarşı qəlbimdə olan kin, nifrət məni ikinci qrup əlil olmağıma baxmayaraq, cəbhəyə getmək üçün müraciət etməyə sövq etdi. Hətta lazım gələrsə, xalqımızın, dövlətimizin yolunda ölməyə də hazıram.
…Siz xalqımızın xilaskarısınız, dünyada torpaqlarını işğaldan azad edən ilk Prezidentsiniz. Buna görə Sizə təşəkkür edirik. Qoy Ulu Tanrı Sizi, Azərbaycan Ordusunu, əsgər və zabitlərimizi qorusun!
Yaşasın Azərbaycan xalqının mərd oğlu, Ali Baş Komandanımız İlham Əliyev!
Yaşasın yenilməz və qüdrətli Ordumuz!”
Bu fikirləri Sumqayıt şəhərindən Cəfərov Mirsadiq Ağalar oğlu Prezident İlham Əliyevə müraciətində bildirib.
Baki-xeber.com