Müharibədən iki həftə əvvəl İsraildə böyük hay-küylə səfirlik açan Ermənistanın bir nömrəli məqsədi Azərbaycanla İsrailin hərbi əməkdaşlığını dayandırmaq, ya da heç olmasa səngitmək idi. Alınmadı, üstəlik Ermənistanın İranla da münasibətlərinə sərinlik düşdü. Paşinyan hətta İsrailin humanitar yardımı barədə suala çılğın şəkildə "bunun əvəzinə Azərbaycana silah satmağı dayandırsın" cavabını verdi.
Bunu "Bakı-Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
A.Quliyev daha sonra bildirib: “İsraildəki erməni patriarxı Baqdasaryan isə açıq etiraf etdi: “Dayandıra bilmədik. Bir az da gücləndi. İsrail aeroportunda Bakıdan gəlmiş növbəti hərbi təyyarə gözləyir. Baş nazirin ofisi qarşısında aksiyamız da təsir etmədi".
Çarəsiz Baqdasaryanın son fikri: "Dayandırmaq üçün İsraildən silahları özümüz almalıyıq".
Baqdasaryan "buna isə pulumuz yoxdur" kimi əlavəni etməsə də onun danışıq tonu hər şeyi göstərir...”