İkinci Qarabağ savaşı başlayandan indiyədək erməni faşistləri, vandalları 91 vətəndaşımızı qətlə yetirib, 404 nəfəri isə yaralayıb, onlara ciddi xəsarətlər yetiriblər. Dağıdılan evlərin sayı-hesabı yoxdur. Qətlə yetirilən, yaralanan insanlarımızın arasında qadınlar, uşaqlar, körpələr, qocalar çoxluq təşkil edir. Bunlar faşist Ermənistanın, erməni barbarlarının iç üzü, Azərbaycan xalqına qarşı, bütövlükdə, insanlıq əleyhinə yönəlmiş müharibə çinayətləridir.
Rəşadətli ordumuz düşmənə döyüş meydanında layiqli cavab verir. Erməni faşistlərindən və terrorçularından fərqli olaraq, müzəffər ordumuzun hədəfi mülki, dinc insanlar deyil. Ancaq təcavüzkarlar erməni xislətinə uyğun olaraq, bizim mülki, dinc, günahsız, müharibə, cəbhə zonasından çox-çox uzaqda olan insanlarımızı qadağan olunmuş silahlarla, ballistik raketlərlə, fosforlu bombalarla atəşə tutur, qətlə yetirir və yaralayırlar.
Qeyd edək ki, erməni təcavüzü nəticəsində 11 uşaq ölüb. Onu da əlavə edək ki, ermənilər öz uşaqlarına qarşı da rəhmli davranmırlar. Belə ki, Ermənistan Azərbaycana qarşı apardığı mübarizədə orduya uşaqları cəlb edir.
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev media nümayəndələrinə açıqlamasında qeyd edib ki, Ermənistan orduya uşaqları cəlb etməklə beynəlxalq hüququ kobud şəkildə pozur.
Ermənistan 11 azərbaycanlı uşağı qətlə yetirdiyi və öz ölkəsində uşaqları orduya cəlb etdiyi halda, beynəlxalq təşkilatlar işğalçı ölkəyə hər hansı bir sanksiya tətbiq etməyiblər.
“15 yaşına çatmayan şəxslərin hərbi əməliyyatlarda birbaşa iştirak etməsini…”
“Vəfa” Sosial-İctimai Birliyinin sədri Fatimə Hacıbəyli bildirdi ki, uşaqların silahlı münaqişələrdə istifadə olunması bir çox beynəlxalq konvensiya tərəfindən tam şəkildə qadağan olunur və cinayət əməli sayılır: “BMT-nin Uşaq Hüquqları Konvensiyası mövcuddur və 2002-ci ildə ona uşaqların silahlı münaqişələrə cəlb olunmasını qadağan edən protokol əlavə olunub. İlk növbədə, həmin konvensiyaya uyğun olaraq, orduda 18 yaşınadək uşaqlardan istifadə olunmasına tam şəkildə icazə verilmir. Eyni zamanda, 15 yaşınadək uşaqların silahlı münaqişələrə cəlbi isə cinayət əməli sayılır. Təcavüzkar ölkənin orduya uşaqları cəlb etməsi faktı da artıq dünyaya məlumdur. 15 yaşına çatmayan şəxslərin hərbi əməliyyatlarda birbaşa iştirak etməsini qadağan edən beynəlxalq təşkilatlar ən qısa vaxtda bu problemə reaksiya verməli və ciddi etirazlarını bildirməlidirlər. Rəsmi İrəvana qarşı beynəlxalq səviyyədə ciddi tədbirlərin görülməsi şərtdir. Ermənistanın uşaqları hərbi əməliyyatlara açıq şəkildə cəlb etməsi bir daha onu göstərir ki, işğalçı dövlət beynəlxalq hüququn prinsiplərinə məqsədyönlü şəkildə hörmət etmir və özünün beynəlxalq öhdəliklərinə etinasız yanaşır. Uşaqların döyüşlərə cəlb olunması həm də Ermənistan ordusundakı ciddi problemlərdən xəbər verir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Ermənistan təkcə atəşkəs vaxtı deyil, hər zaman hədəf kimi mülki əhalini, uşaqları, qadınları seçir və öldürür: “Xatırlatmaq istəyirəm ki, Xocalı soyqırımını törətmiş hərbi cinayətkarlar beynəlxalq ədalətə cəlb olunmadılar. Məhz buna görə də onlar bu cinayətləri dəfələrlə təkrar edirlər. Çünki cəzasız qalacaqlarını bilirlər. Beynəlxalq təşkilatlar ermənilərin uşaqlara qarşı etdikləri vəhşiliklərə göz yummamalı və işğalçı ölkəyə qarşı sanksiya tətbiq etməlidirlər”
Günel CƏLİLOVA