Cümə günü, 16 oktyabr 2026
     

Prezident İlham Əliyev həmsədrlərə Ermənistana təsir üçün daha bir vacib istiqamət göstərdi - kompromisin nə olduğunu Ermənistan bilmir, onu başa salın…

Image


“İlk növbədə, bizim mövqeyimiz demək olar ki, bu 40 gün ərzində artıq dəfələrlə bəyan edilib. Mən dəfələrlə demişəm ki, bizim vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünü öz doğma torpaqlarına, onların əsrlər boyu yaşadıqları ərazilərə geri qaytarmaq və bundan sonra həmin ərazidə Azərbaycan əhalisi və erməni icması arasında sülh şəraitində birgəyaşayışı təmin etməkdir.

Bizim mövqeyimiz sağlam düşüncəyə, humanitar zəminə əsaslanır və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir. Beləliklə, bu, çox açıq-aşkardır. Ermənistan kompromisdən danışanda konkret heç nə demir. Onlar yalnız öz müqəddəratını təyinetmədən danışırlar, amma öz müqəddəratını təyinetmə onlar tərəfdən kompromis deyil. Onlar öz mövqelərində daha dəqiq olmalıdırlar, çünki hazırda o, çox qeyri-müəyyəndir. Ona görə də biz Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxması üçün vaxt cədvəli tələb etdik və biz bunu toqquşmaların ilk günündən tələb etdik…”. Bu fikirləri Prezident İlham Əliyev noyabrın 4-də İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində deyib.

Bu qeyri-müəyyənliyi aradan qaldırmaq üçün beynəlxalq vasitəçilər Ermənistana nə deməlidirlər?

“Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəri, politoloq Rasim Quliyev “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistanın keçmiş rəhbərliyi ilə Azərbaycan arasında vaxtilə razılaşdırılan “Madrid prinsipləri”ndən Paşinyan imtina etdi, əvəzinə isə ortaya heç nə qoymadı: “Əvvəla onu deyim ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vasitəçilərin iştirakı ilə razılaşdırılan “Madrid prinsipləri”ndə münaqişənin həlli ilə bağlı müəyyən razılaşdırmalar var idi. “Madrid prinsipləri”nə əsasən, münaqişənin ikivariantlı həlli var idi. Artıq bu barədə çox danışılıb, təfərrüatlara varmaq istəmirəm. Onu qeyd etməliyəm ki, o sənəddə axırıncı mərhələdə kompromislər dəqiqləşdirilməli idi. Yəni burada söhbət ərazilər boşaldıldıqdan sonra Dağlıq Qarabağa hansı statusun verilməsindən söhbət gedirdi. Amma “Madrid prinsipləri” əsasında aparılan danışıqları Paşinyan hakimiyyətə gəldikdən sonra ləğv etdi. Yəni Paşinyan hesab edirdi ki, onun rəhbərlik etdiyi ölkə indiyə qədər danışıqlarda uduzub. Sonra mətbuatda dedi ki, erməni xalqı o danışıqlarda uduzmuşdu, ona görə də Dağlıq Qarabağla bağlı danışıqları davam etdirə bilməzdim, danışıqları bilərəkdən pozdum. Son danışıqlara qədər əldə olunun nəticələrin isə artıq Ermənistan tərəfi üstündən xətt çəkib. Həm danışıqların üzərindən xətt çəkib, həm də 5+2 prinsipi artıq yoxdur. Bu prinsip özündə onu ehtiva edirdi ki, Ermənistan öz xoşuna ərazilərimizi qrafiklə boşaldırdı, ardınca isə danışıqların növbəti mərhələsi gəlirdi. Ermənistan könüllü şəkildə o prinsiplərə əməl etmədiyi üçün, bu gün o prinsipləri Azərbaycan Ordusu yerinə yetirdi. Bu baxımdan da Ermənistan hansı kompromisləri nəzərdə tutursa onu dəqiqləşdirməlidir. Cənab Prezidentin də dediyi budur. Ermənistan uduzmuş tərəfdir, demək olar ki, ərazilərimizin böyük hissəsi işğaldan azad olunub. Bununla da Azərbaycan Ordusu həm BMT-nin qərarlarını, həm də ATƏT-in Minsk Qrupunun prinsiplərini öz gücü ilə icra edir. İndi Ermənistan yeni situasiyada yeni təkliflər irəli sürməlidir, amma bu təkliflər ortada olmadığı üçün, hər hansı bir komporomisdən, hansısa bir addımdan danışıla bilməz. Çünki indi təşəbbüs Azərbaycan tərəfdədir, yeni yaranmış situasiyada Ermənistan tərəfi öz kompromislərini deməlidir - nə edə bilər, nə istəyir və bu qeyri-müəyyənliyə son qoymalıdır. Çünki hərb meydanında uduzub”.

R.Quliyevin fikrincə, beynəlxalq vasitəçilər Ermənistanın danışıqlar masasına qayıtmasını istəyirlərsə, onda Ermənistandan öz mövqeyini konkret olaraq ortaya qoymasını tələb etməlidirlər. “Beynəlxalq vasitəçilər Ermənistandan tələb etməlidirlər ki, Azərbaycanın mövqeyi aydındır, sən də öz mövqeyini ortaya qoy və qeyri-müəyyənliyi aradan qaldır. Cənab Prezidentin bir şərti var ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, beynəlxalq səviyyədə tanınan sərhədlərini tanıdığını bildirməli və konkret qrafik verməlidir ki, ordusunu nə zaman Azərbaycan torpaqlarından çıxarır, bundan sonra danışıqlar masasına oturmaq olar. Beynəlxalq vasitəçilər Ermənistana deməlidirlər ki, sən öz işğalçı ordunu Azərbaycan torpaqlarından hansı qrafik üzrə çıxaracaqsansa, o qrafiki təqdim et, Azərbaycanın şərtlərini yerinə yetir və ondan sonra danışıqlar prosesi bərpa edilsin. Ermənistanın bizə nəyi güzəşt edəcəyini anlaya bilmirəm. Faktiki olaraq, əlində güzəşt etməli heç nə yoxdur, uduzub. Ona görə də Ermənistan təcili surətdə ölkəmizin beynəlxalq sənədlərlə tanınan və təsdiq edilən ərazi bütövlüyünü, suverenliyini tanımalı və Azərbaycan ərazilərini işğal etdiyini etiraf edərək, terrorçu işğalçı qüvvələrini torpaqlarımızdan çıxarmalıdır. Bundan sonra yeni şəraitdə yeni şərtlərlə danışıqlar masasında oturmaq olar. Vasitəçilər bunu Ermənistana başa sala bilsələr, o zaman danışıqlar masasında oturmaq mümkün olacaq. Hələlik isə vasitəçilər bunu edə bilmirlər. Deyirlər ki, atəşkəs elan edilsin, atəşkəs elan edilir, biz dayanırıq, yenə də Ermənistan atəşkəsə riayət etmir. Çünki, istənilən halda, Ermənistan atəşkəsə riayət edəndə də uduzduğunu etiraf edəcək və terrorçu silahlı birləşmələrini işğal etdiyi Azərbaycan torpaqlarından çıxaranda da öz işğalçılığını təsdiqləyəcək” - deyə R.Quliyev vurğuladı.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ