Bakının Səbail rayonundan 1979-cı il SSRİ Ali Sovetinin deputatı, 1984-ci il Azərbaycan SSRİ Ali Sovetinin deputatı, Prezident təqaüdçüsü, əməkdar müəllim Təhmasib Aliyə Mehdi qızı Prezident Ilham İlham Əliyevə müraciət ünvanlayıb:
“Azərbaycan xalqının hər bir nümayəndəsi kimi cəbhədə baş verənləri ürək döyüntüsü və həyəcanla izləyirəm. Yeni qələbə xəbəri doğma səsinizlə bütün ölkəyə yayılarkən hər birimizin ürəyi Sizin qəlbinizlə həmahəng döyünür. Hər birimiz ürəkdən əminik ki, Sizin rəhbərliyiniz və şanlı Ordumuzun şücaəti ilə düşmən geri çəkiləcək, müharibə bitəcək. Qələbə bizim olacaq!”
Baki-xeber.com