Cümə günü, 16 oktyabr 2026
     

“Paşinyan tarixdə “uşaq qatili” kimi qalacaq və daim lənətlənəcək” - Vüqar Rəhimzadə

Image


“Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ermənilərin illərdir yaratdıqları “məğlubedilməz ordu”  mifini dağıdır. Bu təkcə hərbi üstünlük və qələbə deyil, həm də ideoloji müstəvidə Ermənistanı məğlub etmək deməkdir. İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində Azərbaycanın mükəmməl texnologiyasının və çox yüksək döyüş ruhunun olduğunu önə çəkən möhtərəm Prezidentimiz İlham Əliyev bildirdi ki, ölkəmiz Ermənistana kimin kim olduğunu sübut etdi”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, Ermənistanın ATƏT-in Minsk qrupunun həmsədrlərinin-Rusiya, Fransa və ABŞ-ın vasitəçiliyi ilə əldə edilən humanitar atəşkəs razılaşmasını pozması, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Cenevrə görüşlərindən sonra yenə də təxribatlarını davam etdirməsi işğalçı dövlətin  prosesi qarşıdurmanın davamına doğru yönəltməkdə maraqlı olduğunu nümayiş etdirir: “Münaqişənin həlli ilə bağlı Azərbaycanın prinsipial mövqeyi belədir ki,  hərbi-siyasi nizamlama yeganə mümkün yoldur. İşğal altında olan bütün ərazilər azad olunmalı, Ermənistan ordusunu zəbt etdiyi ərazilərdən  geri çəkməlidir. Yalnız bundan  sonra siyasi nizamlama prosesinə keçmək olar. Dövlətimizin başçısı İlham  Əliyev aydın şəkildə münaqişənin sülh yolu ilə həlli mexanizmini  diqqətə çatdırır və xalqların sülh şəraitində yaşamasını təmin edəcək model təklif edir. Amma Ermənistanın baş naziri Nikol Paşinyanın son müsahibələrinə diqqət yetirdikdə bu siyasətdən və diplomatiyadan bixəbər avantürüstün  feyk xəbərlərin yayılmasında, beynəlxalq ictimai rəyi çaşdırmaqda nə qədər maraqlı olduğunu görürük. Paşinyan azərbaycanlıların və ermənilərin sülh şəraitində yaşamasına şübhə edərək  Dağlıq Qarabağda “soyqırımın” olmasından qorxduğunu bildirməklə  hələ də yalanlarının ayaq tutub yeriyəcəyini düşünür. Unudur ki, soyqırımına məruz qalan hər zaman Azərbaycan olub. Ermənistan və ona havadarlıq edən dövlətlər unutmamalıdırlar ki, artıq Azərbaycan 1992-ci illərin Azərbaycanı deyil. O zaman Azərbaycan haqqında məlumatsızlıq erməni yalanlarının qarşısında “yaşıl işıq” yandırmışdı. Amma bu gün o «işıqlar» Azərbaycan həqiqətlərinin faktlar əsasında dünya ictimaiyyətinə çatdırılması əsasında sönüb. Bu, sınaqlardan çıxmış bir həqiqətdir ki, tarixi inkar etmək mümkünsüzdür. Ermənilər tarixin müxtəlif dövrlərində havadarlarının dəstəyi ilə azərbaycanlılara və türklərə qarşı soyqırımı və deportasiya siyasəti həyata keçiriblər. Bir məqamı da xüsusi qeyd edək ki, bu gün  Ermənistandan fərqli olaraq Azərbaycan multietnik, çoxkonfessiyalı ölkədir. Burada müxtəlif xalqların, millətlərin nümayəndələri sülh, əmin-amanlıq şəraitində yaşayırlar.  Ermənistan əhalisinin 99 faizi etnik ermənilərdir. Ermənistan monorespublikadır. Ölkə Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi, Dağlıq Qarabağda yaşayan ermənilər əmin ola bilərlər ki, xunta rejiminin rəhbərliyi altında olduğundan fərqli olaraq burada daha yaxşı həyat sürəcəklər”.

Baş redaktor qeyd edib ki, atdığı hər addımda özünün işğalçılıq, faşist siyasətini təsdiqləyən Ermənistan hakimiyyəti  nə yolla olur-olsun danışıqlar prosesini uzatmağa və  müəyyən dəstək  əldə etmək üçün  hər bir feyk üsuldan  istifadə etməyə çalışır: “Dağlıq Qarabağda soyqırımı olacağından qorxduğunu iddia edən Ermənistanın baş naziri görəsən  mülki şəxslərin atəşə tutulması əmrini verib,  iki dəfə Gəncədə, sonra Bərdədə soyqırımı aktını törədəndə niyə qorxmurdu?  Halbuki, bu vəhşiliklər dünyanın gözü qarşısında baş verib. Son bir ayda Ermənistan silahlı qüvvələrinin mülki şəxsləri atəşə tutmaları nəticəsində Azərbaycanın dinc əhalisi arasında  ölən və ağır yaralananların statistikası dünyanın aparıcı  dövlətlərinə və nüfuzlu beynəlxalq təşkilatlara yaxşı məlumdur. 92 nəfər ölüb, 400-dən artıq insan ağır yaralanıb. Onların 11-i uşaqdır. Paşinyan tarixdə Gəncə və Bərdə hadisələrinə görə “uşaq qatili” kimi qalacaq və daim lənətlənəcək”.

Baş redaktor vurğulayıb ki, Ermənistanın döyüş meydanında  məğlubiyyəti ilə barışmayıb  törətdiyi təxribatlar xalqımızın iradəsini sındıra bilməz: “Azərbaycan Ordusu qətiyyətlə irəliləyir. Hər gün təqdim olunan işğaldan azad olunmuş ərazilərimizin siyahısı hər kəsi daha da qürurlandırır, qələbə əzmini artırır. Azərbaycan həm Ermənistana, həm də ona havadarlıq edən dövlətlərə və nüfuzlu beynəlxalq təşkilatlara sübut edir ki, haqq, ədalət mübarizəsi aparır, öz ərazisində döyüşür, təcavüzkar deyil, heç bir dövlətin torpağında gözü yoxdur. Paşinyanın dünya ölkələrinin rəhbərlərinə saysız-hesabsız zənglərində Dağlıq Qarabağın müstəqilliyinin  tanınması ilə bağlı yalvarışlarına, cənab Prezidentimizin dediyi kimi,  onların dabanlarını yalamasına  cavab Azərbaycanın bu gün istər regionda, istərsə də dünya siyasətində yaratdığı reallıqlardır. Baş nazir danışıqların formatını dəyişib qondarma rejimin qondarma rəhbərini tərəf kimi bu prosesə cəlb etmək istəyəndə, təhqiramiz davranış nümayiş etdirib Şuşada sərxoş vəziyyətdə rəqs edəndə, “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını səsləndirərək 27 ildə danışıqlar prosesində az da olsa əldə edilmiş irəliləyişin qarşısını alanda  bunun hansı acı nəticələrə gətirib çıxaracağını düşünməli idi”.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

SON XƏBƏRLƏR

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ