Cümə günü, 16 oktyabr 2026
     

Qarabağda tarix və mədəniyyət abidələrimizin erməniləşdirilməsi və dağıdılması beynəlxalq hüquqi qiymətini gözləyən fakt kimi...

Image


Azərbaycanın mədəni irsinin çox böyük bir hissəsini Qarabağın tarix və mədəniyyət abidələri təşkil edir. Bəşəriyyətin qədim insan yaşayış məskənlərindən biri kimi tarixə düşən Qarabağ “Azıx”, “Tağlar” və digər arxeoloji abidələrlə, habelə Qafqaz Albaniyasına aid mədəni irslə zəngindir.

Çox təəssüflər olsun ki, hazırda bu irsin böyük bir hissəsi erməni vandalizminin qurbanı olub, xeyli bir hissəsinin isə milli indentikliyi dəyişdirilərək erməniləşdirilib. Ermənistanın işğalçı, terrorçu hərbi qruplaşmaları tərəfindən işğal edilən torpaqlarımızda ermənilər bəşər tarixində analoqu olmayan cinayətlər törədiblər.

Azərbaycan mütəxəssislərinin hesablamalarına görə, işğal edilmiş ərazilərimizdəki 400-dən çox tarix və mədəniyyət abidəmizin 200-dən çoxu ermənilər tərəfindən erməniləşdirilib.

  • Abidələrimizə qarşı ermənilərin törətdikləri vandalizm aktlarına beynəlxalq təşkilatlar niyə göz yumurlar?

Azərbaycanın 28-30 il terorçu Ermənistanın işğal altında olan ərazilərində abidələrimizə qarşı törədilən cinayətlərə indiyə qədər hansısa bir beynəlxalq təşkilat tutarlı cavab verməyib. Bu məsələ ilə bağlı münasibət bildirənlər olubsa, onlar da bu haqda candərdi danışıblar. Baxmayaraq ki, illərdir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, ölkəmizin xarici dövlətlərdəki səfirlikləri, diplomatik korpusları Azərbaycan abidələrinə qarşı ermənilərin həyata keçirdikləri vandalizm və saxtakarlıqla bağlı aidiyyəti beynəlxalq qurumlara sənədlər, faktlar təqdim ediblər, beynəlxalq təşkilatların tribunalarında bu barədə beynəlxalq ictimaiyyətə məlumatlar veriblər. Lakin hələ də buna görə Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq edilməyib.    

Qeyd edək ki, bu günlərdə AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fələsfə doktoru Elnur Kəlbizadə “Trend”ə bildirib ki, ermənilər həm işğal etdikləri ərazilərdə yerləşən Azərbaycan xalqının əsrlər boyu yaratdığı, bütün bəşəriyyətin irsi sayıla biləcək abidələrə qarşı vandalizm hərəkəti törədiblər. Bu vandalizm hərəkətləri bu günə kimi davam edir.

Tarix və mədəniyyət abidələri hər bir xalqın milli kimliyini, tarixi-mədəni keçmişini özündə əks etdirir. Çox təəssüflər olsun ki, Ermənistanın işğalı altında olan tarix və mədəniyyət abilərimizin bir çoxunun milli identikliyi erməni separatçıları tərəfindən məhv edilib, abidələrimiz çox çirkin formada erməniləşdirilməyə məruz qalıb.

  • Beynəlxalq təşkilatlar Qarabağda tarixi-mədəni irsə qarşı işğalçı ölkənin cinayətlərinə səslərini qaldırmalıdırlar...

Mədəni irsin qorunması ilə məşğul olan bütün beynəlxalq təşkilatların Azərbaycan torpaqlarında tarix-mədəni irsə qarşı ermənilərin törətdikləri aqressiyaya qəti etirazlarını bildirməli olduğunu deyən mütəxəssislərin fikrincə, bu qurumlar uzun illər susduqdan sonra nəhayət ki, indi danışmalı, illər boyu dağıdılan, məhv edilən, erməniləşdirilən, saxtalaşdırılan abidələrimizin hüquqlarını müdafiə etməlidirlər.

Ermənilərin saxtalaşdırması nəticəsində abidələrimizin bir çoxunun simasının, quruluşunun dəyişdirilməsinin beynəlxalq cinayət faktı olduğunu deyən ekspertlər hesab edirlər ki, beynəlxalq mütəxəssislərin təmsilçiliyi ilə bu istiqamətdə araşdırmalar aparılmalıdır. Azərbaycanın işğal olunmuş torpaqlarında ermənilərin tarix və mədəniyyət abidələrimizə qarşı qanundankənar işlər gördüyünü deyən tanınmış tarixçi-etnoqraf  Ənvər Çingizoğlu hesab edir ki, artıq torpaqlarımız işğaldan azad edilir və biz beynəlxalq təşkilatlar qarşısında yenidən bu tələbi aktuallaşdırmalıyıq.

  •  “...Azərbaycana qarşı uzun illərdən bəri davam etdirdikləri ikili yanaşmalar üzündən...”

“Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında tarix-mədəniyyət abidələrimizə divan tutub. Elə bu günlərdə faktlar açıqlandı ki, erməni işğalı altında olan torpaqlarımızda olan 400-dən çox tarix-mədəniyyət abidəsinin 200-dən çoxu erməni saxtakarlığına tuş gəlib, onlar düşmən tərəfindən saxtalaşdırılıb. Ermənilər tərəfindən tarix və mədəniyyət abidələrimizin, yaşı minillərlə ölçülən kurqanlarımızın və digər maddi mədəni irsimizin saxtalaşdırmaya məruz qalması bəşəri irsə qarşı böyük cinayətdir. Çox təəssüf ki, beynəlxalq təşkilatların laqeydliyi, Azərbaycana qarşı uzun illərdən bəri davam etdirdikləri ikili yanaşmalar üzündən Ermənistan tərəfindən işğal edilən ərazilərimizdəki abidələrimizin böyük əksəriyyəti erməniləşdirilib. Bizim əlimizdə həmin abidələrin işğaldan əvvəlki fotolarının hamısı var. İndi həmin fotolarla abidələrin indiki vəziyyətini tutuşduranda aşkar görürük ki, ermənilər abidələrimizi tamamilə saxtalaşdıraraq erməniləşdiriblər. Məsələn, Şuşadakı bütün bulaqlar, digər abidələr də erməni saxtakarlığına məruz qalıb. Şuşadakı Mamaylı bulağının üzərinə götürüb xaç qoyublar, ona qondarma ad veriblər. Bizim işğal altında olan abidələrimizin böyük hissəsinin üzərinə xaç işarəsi həkk edilib və erməniləşdirilib. O abidələrin üzərinə ona görə xaç həkk ediblər ki, guya bu abidələr onların “tarixi-mədəni” irsidir. Ermənilər işğal altındakı abidələrimizə qarşı saxtalaşdırma siyasəti həyata keçirməklə böyük cinayət törədiblər. Bu həm də bəşəri mədəni irsə qarşı törədilən cinayətdir. Dünyada mədəni irsin qorunmasına məsul olan, cavabdehlik daşıyan bütün beynəlxalq təşkilatlar, o cümlədən də UNESCO, ICOMOS, ICCROM, eləcə də Beynəlxalq Memarlıq Akademiyası, aidiyyəti təşkilatlar Azərbaycanın Qarabağdakı tarix-mədəniyyət, memarlıq irsinin Ermənistan tərəfindən vandalizmə məruz qoyulmasını birmənalı olaraq araşdırmalıdırlar. Bu bölgənin gerçək tarixi haqqında həm dövlət rəsmilərimiz, həm elm adamlarımız dəfələrlə beynəlxalq səviyyəli görüşlərdə, tədbirlərdə, elmi konfranslarda məlumatlar veriblər. Bu barədə kifayət qədər elmi nəşrlərimiz, kitablarımız var. Torpaqlarımız tam olaraq işğaldan azad edildikdən sonra Azərbaycan müvafiq beynəlxalq instansiyalara yenidən üz tutmalı və ermənilərin bizim maddi mədəniyyət irsimizə qarşı törətdikləri saxtalaşdırma cinayətlərinə görə cəzalandırılmasına nail olmalıdır”.

  • “Bizim əlimizdə kifayət qədər fakt var, onları beynəlxalq təşkilatlara yenidən təqdim etməliyik”

Ə.Çingizoğlu qeyd etdi ki, Qarabağın tarixi, memarlığı, mədəni irsi ermənilər tərəfindən saxtalaşdırılsa da, həqiqət bizim tərəfimizdədir və biz düşmən ölkənin bütün cinayətlərini beynəlxalq aləmdə ifşa etmək üçün hazırıq. “Bilirsiniz ki, Qarabağın tarixi də, buradakı bütün abidələrin quruluşu da, milli indentikliyi də silinib. Amma bizim əlimizdə kifayət qədər fakt var,  onları beynəlxalq təşkilatlara yenidən təqdim etməliyik və onlardan Ermənistanın cinayətlərinə qarşı cəza tədbirləri görülməsini tələb etməliyik. Burada diqqətçəkən məqamlardan biri odur ki, ermənilər alban xristianlıq dövrünə aid olan abidələri tam olaraq mənimsəyiblər, oğurlayıblar. Bu gün torpaqlarımız işğaldan azad olunur və biz işğalda olan və işğaldan azad edilən abidələrimizin hamısını yenidən siyahıya almalı, onları inventarlaşdırmalıyıq. Bunlar bizə həm də abidələri bərpa edərkən lazımdır. Həmçinin də gələcəkdə bu abidələr üzərində tədqiqatlar aparmağımıza imkan yaradacaq. Hələ Sovet dövründə bizim böyük alimlərimiz həmin abidələr üzərində tədqiqatlar aparıblar, onlara aid bütün sənədlər arxivlərdədir. Bu haqda yazılan məqalələr də, aparılan tədqiqatlar da arxivlərdən çıxarılmalı, xüsusi baza yaradılaraq orada yerləşdirilməlidir”.

  • “Qarabağın erməni vandalizminə, saxtalaşdırmaya məruz qalan mədəni irsi beynəlxalq təşkilatlardan ədalətli münasibət gözləyir”

“Bəşər tarixində Ermənistandan başqa heç bir dövlət işğal etdiyi ərazilərdəki abidələrin milli identikliyini məhv etməyib. Ermənistan isə bu cinayəti etməkdən çəkinməyib. Biz vaxtilə deyirdik, beynəlxalq təşkilatların tribunalarından səsləndirirdik, yazırdıq ki, ermənilər bizim abidələrimizə qarşı saxtalaşdırma, erməniləşdirmə həyata keçirirlər, bizə fikir vermirdilər. İndi biz tələb etməliyik ki, aidiyyəti beynəlxalq təşkilatlar işğaldan azad edilən torpaqlarımıza gəlsinlər və erməni vandalizminə məruz qalan abidələrimizin vəziyyətini gözləri ilə görsünlər və Ermənistanın cinayətkar olduğunu bəyan etsinlər. Qeyd etdiyim kimi, çünki beynəlxalq təşkilatlar uzun illərdir Ermənistanın Azərbaycanın işğal altında olan abidələrinə qarşı həyata keçirdikləri cinayətlərə göz yumurlar, onlar zamanında buna münasibət bildirsəydilər, ermənilər abidələrimizə qarşı bu cür geniş saxtalaşdırma kampaniyası apara bilməzdilər. Təsəvvür edin ki, dünyanın gözü qarşısında ermənilər xarici mütəxəssisləri Azərbaycanın işğalda olan torpaqlarına dəvət edib və Azıxda, Tağlarda qanunsuz arxeoloji tədqiqatlar aparıblar. Şahbulaqda qanunsuz qazıntılar aparmaqla “Tiqranakert şəhərini axtarıblar”. Gəlib beynəlxalq təşkilatlar görsünlər ki, onlar xristianlıq dövrü abidələrimizin başına hansı oyunlar gətiriblər. Məscidlərimizi dağıdıblar, məzarlıqlarımızı məhv ediblər. Hesab edirəm ki, beynəlxalq təşkilatlardan ibarət xüsusi işçi qrupu yaradılmalı və erməni vandalizminə məruz qalan abidələrimizin vəziyyətinə qiymət verilməlidir. Bu gün Qarabağın erməni vandalizminə, saxtalaşdırılmasına məruz qalan mədəni irsi beynəlxalq təşkilatlardan ədalətli münasibət gözləyir” - deyə Ə.Çingizoğlu qeyd etdi.    

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ