Cümə günü, 16 oktyabr 2026
     

Ermənistanın tərəfində vuruşan muzdluların içində tək şərqlilər yox, həm də avropalı ekstremistlər var - Fransanın ekstremist lideri İrəvanda...

Image


İşğalçı Ermənistanın təxribatçı və separatçı silahlı birləşmələrinin tərkibinin muzdlulardan ibarət olduğu faktdır. Düşmən ölkənin işğalçı silahlı birləşmələri nəinki Suriyadan, Livandan gətirilən muzdlu döyüşçülərdən, PKK və digər terror təşkilatlarından ibarətdir, hətta onların sırasında Fransadan, həmçinin də digər Avropa ölkələrindən gətirilən ekstremist qüvvələr təmsil olunurlar.  

Azərbaycan Respublikasının Baş Prokurorluğunun indiyə qədər Ermənistan tərəfindən döyüşən muzdlu döyüşçülərin aşkarlanması, onlar barəsində cinayət işlərinin başlanması, eləcə də bu terrorçuların beynəlxalq axtarışa verilməsi istiqamətində saysız iş gördüyü məlumdur.

Baş Prokurorluqdan baki-xeber.com-a daxil olan məlumata görə, həyata keçirilən bu tədbirlərin davamı kimi, Fransa Respublikasının vətəndaşı, Parisdə zorakılığın əsas təhrikçisi olan Fransanın ekstremist “Zouaves Paris” (ZVP) qruplaşmasının lideri, özünü sosial şəbəkələrdə faşist adlandıran və terrorçu qruplaşma olan “SS” faşist təşkilatının simvolikasından istifadə edən Marc de Cacqeray –Valmenier –in (Mark De Kakkere-Valmenirin) və digərilərinin Azərbaycan Respublikasının ərazisində törətdiyi cinayət əməllərinə dair toplanmış materiallar, habelə kütləvi informasiya vasitələri və sosial media səhifələrində aşkar edilmiş məlumatlar üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırma aparılıb. “Araşdırmalarla qeyd olunan cinayətkar birlik və üzvlərinin 2020-ci ilin oktyabr ayında Ermənistanın aidiyyəti dövlət qurumlarının təşkilatçılığı və dəstəyilə  Ermənistana gələrək, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində olan digər şəxslərlə cinayət əlaqəsinə girib cinayətkar birlik halında Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqlərindən kənarda, yəni Ermənistan ərazisindən qanunsuz keçərək, Xankəndi şəhəri və işğal altında olan digər yaşayış məntəqələrinə gəlmələri, Azərbaycan Respublikasının dinc vətəndaşlarına və antiterror əməliyyatlarını həyata keçirən silahlı qüvvələrinə qarşı Ermənistanın siyasi-hərbi rejimi tərəfindən muzdlu kimi istifadə edilmələri müəyyən edilib”.

Məlumatda bildirilir ki,  hazırda qeyd edilən cinayət işi ilə əlaqədar Baş Prokurorluq tərəfindən Fransanın aidiyyəti dövlət qurumlarına hüquqi yardımın göstərilməsi haqqında vəsatət hazırlanır.

  • “...Ermənistanın dövlət siyasətinin terrorçuluqdan, separatizmdən, ekstremizmdən ibarət olduğunu göstərir”

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Ermənistanın nəinki Yaxın Şərqdən, eləcə də Avropadan, xüsusən də Fransadan gətirilən muzdlu döyüşçülərdən istifadə etməsi bu ölkənin mahiyyətini tam olaraq ortaya qoyur. “Ermənistanın təxribatçı, terrorçu silahlı birləşmələrin tam tərkibinin müxtəlif ölkələrdən gətirilən muzdlu döyüşçülərdən ibarət olması faktdır. Artıq Azərbaycanın Baş Prokurorluğ tərəfindən Fransanın ekstremist qrupunun rəhbəri ilə bağlı beynəlxalq axtarış da verilib. Fransadan gələn muzdlular da, digəriləri də beynəlxalq terror qruplaşmalarının üzvləridirlər. Ermənistanın Yaxın Şərqdən və Avropadan, xüsusən də Fransadan gətirib döyüşdürdüyü muzdlular bu ölkənin terrorçu ölkə olduğunu bir daha sübut edir. Fransalı ekstremistlərin liderinin, eləcə də digər terrorçuların Ermənistan tərəfindən müharibəyə cəlb edilməsi Ermənistanın dövlət siyasətinin terrorçuluqdan, separatizmdən, ekstremizmdən ibarət olduğunu göstərir. Suriyadan, Livandan gətirilən muzdluların, PKK üzvlərinin Ermənistan tərəfdə vuruşması faktdır. Fransanın terror qruplaşmasının başçısının və üzvlərinin də döyüşlərdə iştirak etməsi Ermənistanın bəşəriyyət əleyhinə böyük cinayətlər törətdiyini aşkar şəkildə ortaya qoyur. Bunu dünya da görməlidir ki, terrorçu Ermənistanın tərəfində müharibədə avropalı ekstremist qruplaşmaların təmsilçiləri də yaxından iştirak edirlər. Hesab edirəm ki, Fransa bu məsələyə reaksiya verməli, ekstremist qruplaşmanın lideri olan vətəndaşının muzdlu kimi Ermənistan tərəfdə döyüşməsinə münasibət bildirməlidir. Əgər buna münasibət bildirmirsə, o, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi nə qədər tərəf tutduğunu və ədalətsiz olduğunu ortaya qoyur. Fransa Ermənistanı açıq şəkildə dəstəkləyir və onun terrorçu əməllərinə hətta öz ekstremist qüvvələri ilə dəstək belə olur. Fransa münaqişənin nizamlanmasında bitərəf olmaq əvəzinə, çox təəssüflər olsun ki, tərəfkeşlik nümayiş etdirir, Ermənistana dəstək verir və hətta terrorçularının da Azərbaycana qarşı cinayətlər törətməsinə şərait yaradır. Bu təəssüf doğurur. Bu, birmənalı olaraq, Fransa dövləti tərəfindən ədalət prinsiplərinin pozulması, beynəlxalq hüququn kobud şəkildə tapdanmasıdır.

Fikrimcə, bu yalnız Avropa üçün deyil, dünya üçün bir mesajdır ki, Fransada belə terrorçu qruplaşmalar fəaliyyət göstərirlər. Fransanın həmin terrorçu, ekstremist qrupları da Ermənistanın tərəfində terrorçu muzdlu kimi Azərbaycan Ordusuna qarşı vuruşur, bəşəriyyət əleyhinə törədilən cinayətlərin iştirakçısına çevrilirlər. Bu fakt bütün dünyanı düşündürməlidir” - deyə V.Rəhimzadə qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ