Cümə günü, 16 oktyabr 2026
     

Ermənistandakı cəmi 200-300 yezidi kürdün məcburən Azərbaycanla döyüşə göndərilməsinə ABŞ yezidlərindən sərt etiraz...

Image


Monoetnik dövlət olan işğalçı Ermənistanda ermənilərdən və zorla erməniləşdirilimiş, qriqoryanlaşdırılmış yezidi kürdlərdən başqa xalq yaşamır.

Bilirik ki, Paşinyan hökuməti müxtəlif təzyiqlər vasitəsilə yezidi kürdlərdən ibarət batalyonlar yaradaraq Qarabağ cəbhəsinə göndərir. Bu işdə Paşinyanın “Mənim addımım” hərəkatının parlament fraksiyasının üzvü, deputat, yezidi kürd əsilli Rüstəm Bakoyan xüsusi canfəşanlıq göstərir. Bakoyan erməni mətbuatına deyib ki, artıq yezidi kürdlərdən ibarət üçüncü “könüllülər alayı” formalaşdırır. Guya ilk iki alayda yezid icmasının 430 üzvü yer alıb və onlardan da indi cəmi 83 nəfəri sağ qalıb, onlardan 21 nəfəri ağır vəziyyətdədir.

Ermənistan hökumətinin “könüllü” adı ilə yezidi kürdləri Qarabağ cəbhəsinə göndərməsi xaricdəki yezidi kürd icmalarının böyük etirazına səbəb olub. Hətta ABŞ-da yerləşən yezidi kürd icmasının üzvləri böyük bir etiraz aksiya keçirərək Ermənistan hökumətini ciddi tənqid ediblər. ABŞ-dakı yezid icması Paşinyan hökumətindən Ermənistandakı yezidi kürdlərin Azərbaycana qarşı döyüşə cəlb edilməsini dayandırmasını tələb edir. Onlar bildirirlər ki, yezidi kürdlər böyük təzyiqlər altında müharibəyə aparılır, Azərbaycan Ordusuna qarşı döyüşdürülür. Yezid icmasının təmsilçiləri Paşinyan hökumətindən yezidi kürdlərin zorla müharibəyə aparılmasını dayandırmağı tələb etməklə yanaşı, həm də bildirirlər ki, yaxın dövrlərdə Ermənistan ərazisində Yezidistan dövləti yaratmağı planlaşdırırlar. Yezidi kürdlərin bu ölkə ərazisində dövlətçilik yaratmağa çoxdan haqq etdiyini deyən icma nümayəndələri bu tələblə beynəlxalq təşkilatlar qarşısında da çıxış edəcəklərini istisna etmirlər.

Ekspertlər hesab edirlər ki, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən yezid icmalarının Ermənistana münasəti heç zaman müsbət olmayıb. Yezidi kürdlərin Ermənistan hökuməti tərəfindən təzyiqlər altında Azərbaycana qarşı döyüşməyə göndərilməsinin ABŞ-da və başqa ölkələrdəki yezidlər tərəfindən müsbət qarşılanmadığını deyən ekspertlərin sözlərinə görə, bunun səbəbi yezidlərin ermənilərə bəslədiyi nifrətdir.

  • “Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyi tərəfindən bu ölkədə yaşayan yezidi kürdlərin “könüllü” adı altında müharibəyə aparılmasının nəticələri...”

Yezidi kürdlərin Ermənistanda assimilyasiya edildiyini deyən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Vaqif Abışov “Bakı-Xəbər”ə şərhində qeyd etdi ki, yezidi kürdlər bu döyüşlərə könüllü qatılmırlar, onları Paşinyan hökuməti məcburi olaraq cəbhəyə göndərir. Yezidi kürdlərin sayının, ümumiyyətlə, çox olmadığı, onların çox az hissəsinin Ermənistanda, qalanlarının isə müxtəlif Avropa dövlətlərində, ABŞ-da yaşadıqlarını deyən V.Abışovun sözlərinə görə, Ermənistanda yezidlərin milliyyəti də, dini də, mədəniyyəti də, həyat tərzi də tamamilə dəyişdirilərək erməniləşdirilib. “ABŞ-dakı yezidi kürd icmasının üzvlərinin Ermənistan tərəfindən bu ölkədə yaşayan yezidlərin zorla müharibəyə aparılmasına etiraz etməsi gözlənilən idi. Çünki 1988-ci ildə Ermənistandan burada tarixən yaşayan azərbaycanlılarla yanaşı, digər xalqların nümayəndələri də deportasiya edildilər. Həmin dövrdə Ermənistan hökuməti bu ölkədə yaşayan yezidi kürdlərin də başına çox böyük bəlalar gətirdi, onları qovdu, deportasiya etdi. Dininin, milliyyətinin erməniləşdirilməsinə razılıq verənlər isə Ermənistanda yaşayırlar. Onların sayı elə də çox deyil. Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyi tərəfindən bu ölkədə yaşayan yezidi kürdlərin “könüllü” adı altında müharibəyə aparılmasının nəticələri düşmən ölkə üçün çox pis olacaq. Xaricdəki yezidi kürdlər yaxşı bilirlər ki, Azərbaycan güclü dövlətdir, yenilməz orduya malikdir, həm də tolerant bir ölkədir. Bu halda onlar heç zaman öz soydaşlarının Ermənistanın silahlı qruplaşmalarının tərkibində Azərbaycan Ordusuna qarşı döyüşməsini qətiyyən arzu etmirlər. Bu səbəbdən də yezid icması Ermənistan rəhbərliyinin qarşısına  tələblər qoyurlar ki, Azərbaycana qarşı yezidi kürdlərdən istifadə edilməsinə son qoyulmalıdır. Fikrimcə, heç Ermənistandakı yezidi kürdlərin özləri də bizim ordumuza qarşı döyüşmək istəmirlər. Azərbaycan öz torpaqlarında müharibə aparır, tarixi torpaqlarını işğaldan azad edir” .

V.Abışov qeyd etdi ki, Ermənistanın terrorçu silahlı qruplaşmalarının tərkibinin müxtəlif ölkələrdən gətirilən muzdlulardan ibarət olduğunu xaricdəki yezidi kürdlər də yaxşı bilirlər və bu səbəbdən də onlar öz xalqlarının nümayəndələrini separatçıların sırasında görmək istəmirlər. “Ermənistanın hansı siyasət yürütdüyünü yezidi kürdlər bilirlər, çünki bu ölkənin terrorçu siyasətindən yezidi kürdlər də ciddi zərər çəkiblər. Yezidi kürdlər Ermənistandan onlara qarşı həyata keçirilən diskriminasiyaya, assimilyasiya siyasətinə görə kütləvi olaraq köçüb gediblər, bu ölkədə qalanlar isə Ermənistan hökumətinin təzyiqi altındadır. ABŞ-dakı yezidi kürd icması Ermənistanın Azərbaycan Ordusu ilə döyüşmək üçün zorla yezidi kürdləri müharibəyə cəlb etməsinə etiraz etməklə həm də öz soydaşlarını onlara aid olmayan torpaqlarda döyüşməkdən çəkindirməyə çalışır. Onlara mesaj ötürürlər ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır və siz ermənilərin tərkibində orada döyüşməkdən imtina edin. Ermənistanın yezidi kürdlərə münasibəti heç vaxt səmimi olmayıb, az sayda yezidi kürdü də orada ona görə saxlayır ki, guya burada ermənilərdən başqa da xalq yaşayır”.

V.Abışov hesab edir ki, yezidi kürdlər Ermənistana qarşı etiraz etməklə, dolayısı olaraq, Azərbaycanın ədalətli mövqeyinə dəstək verirlər.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ