01/12/2020 21:21
728 x 90

BQXK-nin prezidenti və təşkilatın Avropa nümayəndəliyi Bərdədə könüllünün ölümü ilə bağlı bəyanat yaydılar

img

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının prezidenti Françesko Rokka Bərdə şəhərinin Ermənistan tərəfindən atəşə tutulması nəticəsində könüllünün ölümü ilə bağlı bəyanat verib.

Trend-in məlumatına görə, o, hadisə ilə sarsıldığını bildirib.

Bəyanatda deyilir: "Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüsünün Bərdə şəhərində dinc sakilərə humanitar yardım çatdırarkən həlak olması ilə əlaqədar dərindən sarsılmışam. Humanitar təşkilatlar hədəf deyil. Həlak olan şəxsin ailə üzvlərinə başsağlığımı bildirirəm".

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Avropa nümayəndəliyi də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüsünün Bərdə şəhərinin Ermənistan tərəfindən atəşə tutulması nəticəsində həlak olması ilə bağlı bəyanat verib.

Qurum bəyanatda hadisə ilə bağlı dərindən təəssüfləndiyini bildirib: "Könüllülərimizdən birinin Bərdədə dinc sakinlərə humanitar yardım çatdırarkən həlak olmasından çox sarsılmışıq. 39 yaşlı şəxs Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təcili yardım səyyar briqadasında yer alırdı. Humanitar təşkilatlar hədəf olmamalıdır".

Qeyd edək ki, ötən gün Ermənistanın Bərdəyə raket hücumu nəticəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bir könüllüsü həlak olub, ikisi yaralanıb.

Son xəbərlər