Salyan rayonu Q.Mayılov adına Kürsəngi kənd tam orta məktəbinin ingilis dili müəlliməsi Babazadə Röyalə də Prezident İlham Əliyevə müraciət edib.
R.Babazadənin Prezidentə yazdığı məktubda qeyd edilir ki, dünyanı çətin vəziyyətdə saxlayan COVID-19 virusu ilə mübarizədə Prezident İlham Əliyev və Azərbaycanın Birinci-vitse prezidenti Mehriban Əliyeva fərqlilik nümayiş etdiriblər. “Dünyanın digər ölkələri ilə müqayisədə yoluxma və tələfat sayının azlığı yeritdiyiniz uzaqgörən siyasət nəticəsindədir. Vətəndaşlarınıza olan sevgi və dəyər bütün bu kompleks tədbirlərdə öz əksini tapıb. Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, karantin rejiminin tətbiqi, dövlət və özəl müəssisələrin bu fonda vəsaitlər köçürməsi, aztəminatlı ailələrə və sahibkarlara dəstək, aylıq məvaciblərin əvvəlki qaydada ödənilməsi, şagird və müəllimlər üçün tədrisin davam etdirilməsi məqsədilə virtual layihələrin təşkili və bu cür çevik, sistemli şəkildə həyata keçirilən tədbirlər sayəsində Azərbaycan Respublikası bir çox ölkəyə nümunə oldu və olmaqda davam edir” - deyə qeyd edən ingilis dili müəlliməsi Prezidentin "Biz birlikdə güclüyük!" çağırışı ilə xalqımızın həmrəyliyə nail olmasını təqdir etməklə yanaşı, Prezidentə və Mehriban Əliyevaya bir təhsil işçisi olaraq dərin minnətdarlığını da bildirir.
Xəbər xidməti