“Bu məktubumla Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu gün dünyanın ən güclü dövlətlərinin belə COVID-19 pandemiyası qarşısında aciz qaldığı bir vaxtda Sizin qətiyyətli addımlarınız sayəsində ölkəmizdə bu infeksiyanın yayılması minimum səviyyəyə endirilib, pandemiyanın yayılmasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atılıb. Əlbəttə ki, pandemiyadan zərərsiz ötüşmək mümkün deyil. Lakin mən inanıram ki, Sizin məqsədyönlü fəaliyyətiniz və apardığınız sosial-iqtisadi tədbirlərdən sonra Azərbaycan bu pandemiyadan ən az zərərlə çıxan ölkələr sırasında olacaq”.
Bu fikirləri Masallı rayonunun Ərkivan qəsəbəsindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin magistrantı Əsgərli Nurlan Yalçın oğlu Prezident İlham Əliyevə yazdığı məktubunda bildirib.
N.Əsgərli qeyd edir ki, Prezident İlham Əliyevin bu gün xalqımızın sağlamlığını düşünərək qəbul etdiyi qərarları dəstəkləyir və ona öz dərin təşəkkürünü bildirir. “İnanıram ki, sayənizdə bu çətin günləri geridə qoyacağıq. Biz birlikdə güclüyük” - deyə N.Əsgərlı yazır.
Xəbər xidməti