Cümə günü, 30 oktyabr 2026
     

Ermənistan Dağlıq Qarabağda qanunsuz miqrasiya, əhalinin demoqrafik tərkibinin dəyişdirilməsi, terrorçulara düşərgə salınması ilə, narkoticarətə qapı açmaqla məşğuldur

Image


Uzun illərdir Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan qəsb etdiyi torpaqlarımızda beynəlxalq qanunlara zidd hərəkətlərini davam etdirir. Azərbaycana məxsus əraziləri qanunsuz olaraq işğal altında saxlamaqla kifayətlənməyən Ermənistan Dağlıq Qarabağda və ətraf rayonlarda cinayət aktları həyata keçirir.

Hazırda Azərbaycanın işğal altında olan torpaqlarında ermənilər dünyanın cinayətkar şəbəkəsinin fəaliyyətinə, narkoticarətçilərin maneəsiz işləməsinə qucaq açıb desək yanılmarıq. Sirr deyil ki, bu gün işğal altında olan Dağlıq Qarabağda qanunsuz yerləşdirmələr, cinayətkar şəbəkələrə meydan verilməsi, burada onlara geniş şərait yaradılması ilə bağlı kifayət qədər fakt var. Separatçı rejimin Ermənistanla əlbir olaraq Azərbaycan torpaqlarında həyata keçirdiyi qanunsuzluqlarla bağlı beynəlxalq qurumlar hər hansı bir reaksiya vermək istəmirlər. Bu gün Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini, xüsusən də Dağlıq Qarabağı terrorçuların yuvasına çevirib. Bütün beynəlxalq qanunvericilik aktlarına zidd olan əməllər törədən bu ölkə terrorçulara, narkoticarətə, qanunsuz miqrasiyaya, saxtakarlıqla əhalinin demoqrafik sayını artırmağa rəvac verir. Buna görə isə heç bir beynəlxalq qanun qarşısında məsuliyyət hiss etməyən Ermənistan qanunsuz əməllərini həyata keçirməkdən bir addım geri qalmır.

Hələ bir neçə il əvvəldən başlayaraq, Ermənistanın işğal etdiyi və hazırda nəzarətsiz ərazi hesab edilən Dağlıq Qarabağda narkotiklərin becərilməsi və tranziti xeyli müddətdir həyata keçirildiyi, üstəlik, burada terrorçular hazırlandığı haqda təsdiqlənmiş məlumatlar yayılmağa başlayıb. Rəsmi məlumatlara görə, narkotacirlərin istifadə etdikləri ən təhlükəsiz marşrut məhz Ermənistandan və işğal olunmuş Dağlıq Qarabağ ərazisindən keçir.

Qeyd edək ki, Azərbaycan tərəfindən bu məsələ beynəlxalq müstəvidə dəfələrlə qaldırılsa da, indiyə qədər təəssüf ki, faktla bağlı adekvat tədbirlər görülməyib. Keçmiş və indiki Ermənistan rəhbərliyi və separatçı rejim narkotik ticarətini birbaşa himayə edir, bundan külli miqdarda qazanc götürürlər. Ekspertlər qeyd edirlər ki, problemin kökü məhz burada – Ermənistan rəhbərliyinin işğalçı və avantürist siyasətində, separatçı rejimin mahiyyətindədir.

Bir neçə il əvvəl analoji halla bağlı Azərbaycanın rəsmi nümayəndələri, təhlükəsizlik xidməti orqanları bu təkzibolunmaz faktları ən yüksək səviyyələrdə açıb ifşa ediblər. Ekspertlər vurğulayırlar ki, Dağlıq Qarabağda narkotiklərin becərilməsinin və tranzitinin təkcə regional deyil, eləcə də qlobal problem olduğu diqqətə çatdırılıb. Dağlıq Qarabağda iri narkotik bitki plantasiyalarının olduğu və separatçı rejimin himayədarlığı ilə narkoticarətin “çiçəkləndiyi” artıq təsdiqini tapmış faktdır və bunu inkar etmək mümkünsüzdür.

Ermənistanın keçmiş və bugünkü rəhbərliyi öz maddi ehtiyaclarını narkoticarətdən əldə olunan qazancla ödəyir. Bütün bu işlərin Ermənistan rəhbərliyinin əli və birbaşa göstərişilə həyata keçirildiyi gizlin deyil.

Ekspertlər qeyd edirlər ki, 1828-ci ildən sonra İran və Türkiyə ərazisindən Azərbaycan torpaqlarına, əsasən də Dağlıq Qarabağa köçürülən ermənilər sonrakı dövrlərdə Azərbaycana qarşı ərazi iddialarını ortaya qoymağa başlayıblar. Onların bildirdiyinə görə, hələ Sovet dövründən başlayaraq Ermənistan gizlin şəkildə Dağlıq Qarabağda erməni əhalisinin sayının artırılması üçün tədbirlər görüb. Burada süni surətdə erməni əhalisinin sayını artırmaq yolu tutan Ermənistanın bu qanunsuz əməllərinə keçmiş sovet hökuməti heç bir irad bildirməyib, əksinə, onlara müxtəlif formalarda dəstək verib. Ermənilərin cəhdlərinə baxmayaraq, Dağlıq Qarabağda erməni əhalisinin sayını artırmağın mümkün olmadığını deyən mütəxəssislər vurğulayırlar ki, ermənilər sonrakı dövrlərdə qanunsuz miqrasiya təşkil etməklə öz saylarını artırmağa çalışıblar.

1947-ci il dekabr ayının 23-də SSRİ Nazirlər Sovetinin "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" çıxardığı qərarı xatırladan tarixçilər qeyd edirlər ki, həmin dövrdə SSRİ rəhbərliyi tərəfindən ermənilərin qanunsuz miqrasiyası üçün geniş şərait yaradılıb.

Tarixçilər bildirirlər ki, Stalin tərəfindən 1948-1953-cü illərdə həyata keçirilən azərbaycanlıların növbəti deportasiyası zamanı ermənilərin xüsusilə diqqət mərkəzində saxladıqları məsələ iqtisadi, sosial və mənəvi cəhətdən güclü, strateji əhəmiyyətli azərbaycanlı yaşayış məntəqələrinin boşaldılması idi. Ermənilərə dəstək verən SSRİ rəhbərliyinin əsas hədəfi zorla yurdundan didərgin salınan soydaşlarımızı Dağlıq Qarabağa yerləşdirməmək, bununla da ermənilərə geniş meydan vermək idi.

Bildiyimiz kimi, deportasiyaya məruz qalan azərbaycanlı əhalinin bir hissəsi Ermənistanın dağ rayonlarında yaşadığı üçün Kür-Araz ovalığındakı iqlim şəraitinə çətin alışıb. Bu səbəbdən də Kür-Araz ovalığına köçürülmüş on minlərlə azərbaycanlı arasında kütləvi ölüm halları qeydə alınıb.

Deportasiya zamanı ermənilərin həyata keçirdikləri hiyləgərlik isə ondan ibarət idi ki, rayon və şəhərlərin əhalisi az sayda azərbaycanlı qalmaq şərtilə köçürülüb. Azlıqda qalan əhali isə növbəti mərhələdə - Ermənistan ərazisinin tamamilə azərbaycanlılardan "təmizlənməsi" əməliyyatı zamanı ölkədən çıxarılıb.

Ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən, Dağlıq Qarabağa qarşı iddiaları onların "Böyük Ermənistan" yaratmağa yönəlmiş strateji planlarının tərkib hissəsdir. Ona görə də ermənilər "ənənələrinə" sadiq qalaraq, həmişə əlverişli şərait yaranan kimi, bu planın reallaşdırılması uğrunda mübarizəyə başlamışlar. SSRİ-də 1985-ci ildə ermənipərəst M.S.Qorbaçovun hakimiyyətə gəlməsilə erməni separatçıları növbəti dəfə yenidən fəallaşdılar.

1991-ci ilin sentyabrında "Dağlıq Qarabağ Respublikası" adlanan oyuncaq qurumun yaradıldığını elan edən ermənilər bundan sonra öz mənfur fəaliyyətlərini daha da genişləndiriblər.

Tarixçilər vurğulayırlar ki, Dağlıq Qarabağ hadisələri başlayan gündən qədim İrəvan ərazisində qalmış azərbaycanlıların köçürülməsi, öldürülməsi, diri-diri yandırılması və müxtəlif işgəncələrə məruz qalması özünü "mədəni" xalq adlandiran ermənilər üçün adi həyat tərzinə çevrilib. Beləliklə, Qərbi Azərbaycanın tamamilə azərbaycanlılardan təmizlənməsi prosesi 1991-ci il avqustun 8-də sonuncu türk kəndi - Nüvədinin boşaldılması ilə başa çatıb. Həm Qərbi Azərbaycandan soydaşlarımızın deportasiya edilməsinə, həm də Dağlıq Qarabağda baş verənlərə SSRİ mərkəzi hakimiyyət orqanlarında oturan ermənipərəst məsul şəxslər dəstək veriblər.

1988-ci il 11 fevralda Qarabağdan Moskvaya gedən 9 nəfər nümayəndə heyətini qəbul etmiş (Qorbaçovun zəmanəti ilə) SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri V.Mixaylov hadisələrin başlanmasına “xeyir-dua” verib.

Tarixçilər qeyd edirlər ki, azərbaycanlıların Dağlıq Qarabağdan və işğal olunmuş digər ərazilərimizdən, öz doğma yurdlarından didərgin düşməsində, Xocalı şəhərinin yer üzündən silinməsində Ermənistanla birgə ona dəstək verən qüvvələr də yaxından iştirak ediblər.

Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn bütün prinsip və normalarına zidd olaraq, mülki əhalini məqsədyönlü şəkildə əsas hədəf kimi seçib və onlar Əsgəranın Meşəli kəndində, Şuşanın Malıbəyli və Quşçular kəndlərində, Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində və digər yerlərdə dinc əhalinin amansız şəkildə və kütləvi qırğınını, soyqırımını törətməklə, Dağlıq Qarabağda yaşayan azərbaycanlı mülki əhalinin bir hissəsini fiziki-bioloji cəhətdən məhv etmək, qalan hissəsinin isə müqavimət əzmini qırıb regionu onlardan təmizləmək məqsədi güdürdü.

Bu gün Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarına xaricdə yaşayan erməniləri qanunsuz olaraq köçürməklə süni surətdə burada erməni əhalisinin “artımı” ilə məşğul olur.

Fakt budur ki, hazırda Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarında qanunsuz miqrasiya, əhalinin demoqrafik tərkibinin dəyişdirilməsi, terrorçulara düşərgə salınması, narkoticarət kimi cinayətlərlə məşğuldur və boşalmış dövlət büdcəsini bu qanunazidd əməllərə rəvac verməklə doldurmaq istəyir. Beynəlxalq qurumlar isə yenə də susur…

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ