Cümə günü, 30 oktyabr 2026
     

Paşinyan faşizmə xidmət məsələsində daha bir bataqlığa batdı - Soljenitsin, Ribbentrop, daha sonra Məhəmməd Əmin Rəsulzadə...

Image


Ermənistanda faşizm ideologiyasının, etnik təmizləmə və terrorizmin dövlət siyasətinə çevrildiyini təsdiqləyən faktlar saysız-hesabsızdır.

Bu faktların çoxluğu fonunda dünya birliyi tərəfindən işğalçı dövlətə hələ də hansısa bir təzyiqin göstərilməməsi Ermənistan hakimiyyətinin gündən-günə daha da ərköyünləşməsinə, ən əsası, bu istiqamətdə üzə çıxan yeni faktlardan zərrə qədər də narahat olmamasına, əksinə, nasizmi əməli işdə dəstəkləməsi kimi məqamların açıq-aşkar nümayişinə səbəb olur. Son illərdə işğalçı Ermənistanın mərkəzində və digər bölgələrində faşist cani - “Njde” ləqəbli Qaregin Ter-Arutyunyana heykəlin qoyulması faşizmə olan rəğbətin bariz nümunəsidir.  Prezident İlham Əliyev istər beynəlxalq səviyyəli tədbirlərdə, istərsə də dünyanın nüfuzlu mətbu orqanlarına verdiyi müsahibələrdə daim bu məsələyə xüsusi diqqət çəkir.  İlham Əliyev ötən il “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında, eləcə də MDB Dövlət Başçıları Şurasının Aşqabad Sammitində çıxışı zamanı diqqəti ermənilərə ünvanladığı tutarlı faktlara yönəldib. Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının Sammitində İlham Əliyev işğalçı Ermənistanın faşist ideologiyasını dövlət siyasətinə çevirdiyini bir daha dünyaya bəyan etdi. İlham Əliyevin Aşqabad Sammitində söylədiyi faktlar Nikol Paşinyanın bu canini müdafiə etməsini xatırlamağı zərurətə çevirir. O, Njdenin həbs düşərgəsində olmasını belə əsaslandırmışdı ki, Soljenitsın da həbs düşərgəsində olub. Sonra isə daha bir uğursuz misal çəkərək, Molotovla Ribbentropun görüşməsinə işarə edib. Təbiidir ki, belə müqayisələr heç bir məntiqə sığmır.  Dövlət başçımız  həmin çıxışında Soljenitsını faşistlərin əlaltısı ilə müqayisə etməyin uğursuz cəhd olduğunu  bəyan etdi.

Bu günlərdə isə faşist damğasını üzərlərindən atmaq üçün Paşinyan növbəti uğursuz cəhdini edib. Bu dəfə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə barəsində əsassız ifadələr işlədib və həmin tarixi şəxsiyyətin  nasistlərlə əməkdaşlıq etdiyini bildirib. İkinci Dünya müharibəsi ilə bağlı tarixi öyrənən hər bir kəsə aydındır ki, M.Ə. Rəsulzadə faşist Almaniyası ilə heç bir vaxt əməkdaşlıq etməyib. İkinci Dünya müharibəsi və M.Ə. Rəsulzadənin fəaliyyəti ilə bağlı aparılan araşdırmalar onu deməyə əsas verir ki, Azərbaycan legionunun nümayəndələri ona Hitlerlə əməkdaşlıq təklif etsələr də, o bundan imtina edib.

Ermənistan baş naziri Nikol Paşinyan nasist cinayətkarı Qaregin Njdeni qorumaq üçün onu Vyaçeslav Molotov kimi sovet siyasətçisi ilə müqayisə etməyə çalışdığı zaman da tarixi saxtalaşdırma ilə məşğul olur. Paşinyanın arqumenti Molotov-Ribbentrop Paktı barədədir.

Xatırladaq ki, bu Pakt Avropada müharibənin və Almaniyanın Sovet İttifaqına daha əvvəldən hücum etməsinin qarşısını almaq məqsədi daşıyırdı. SSRİ bu müqaviləni Hitler Almaniyasına qarşı Avropada kollektiv müdafiə sistemi yaratmaq cəhdinin, ilk növbədə Fransa və Böyük Britaniyanın hakim dairələrinin mövqeyinə görə, uğursuz olmasından sonra imzalamışdı. İndi elə çıxır ki, Paşinyan satqınını qorumaq üçün antisovet, anti-Rusiya həmlələri edir. Qaregin Njde Hitlerin birbaşa havadarıdır. Buna görə onu təmizə çıxarmaq üçün, xüsusən də Ermənistanın ən yüksək vəzifəli şəxsi tərəfindən edilən cəhdlər siyasi əxlaqsızlıqdır. 1941-ci ildə Moskvanın müdafiəsində də hərbi xidmətləri olan general Vlasov Hitlerlə əməkdaşlıq etdiyinə görə dövlət cinayətkarı elan edildi və Sovet hərbi tribunalının əmri ilə tutularaq asıldı. Njdeni də eyni aqibət gözləyirdi. Njde yalnız ona hökm oxunarkən Sovet İttifaqında ölüm cəzasına moratorium tətbiq olunduğuna görə 25 il həbs cəzası aldı və asılmaqdan canını qurtara bildi. 

Politoloq Qabil Hüseynli də bildirir ki, Paşinyanın Məhəmməd Əmin Rəsulzadə barədə dedikləri iftiradır:“Rəsulzadə mühacir həyatı yaşayıb və buna görə də Almaniyada olub. Biz bunu nəinki danırıq, əksinə, təsdiqləyirik. AXC-nin süqutundan sonra digər dövlət başçıları kimi o da mühacirətə yollanmışdı. Lakin Rəsulzadə Hitlerlə heç vaxt görüşməyib. Əslində, bu məsələdə Hitlerin Rəsulzadəyə olan marağı və Rəsulzadənin faşistlərə olan görüşünü qeyd etmək lazımdır. Rəsulzadənin Almaniyaya gəlməsi Hitlerə bəlli idi. O, Rəsulzadədən SSRİ işğalı və bu yolda Bakı neftini ələ keçirmək üçün istifadə etməyə çalışırdı. Rəsulzadənin Almaniyaya gəlməsində isə məqsədi tam fərqli idi. Rəsulzadə almanların çox sayda azərbaycanlını əsir aldıqlarını və onları yəhudi zənn edib, toplu şəkildə qırdığını eşitmişdi. Onu da qeyd edim ki, almanlar üçün qarşısındakının sünnətli olması yəhudi olduğunu isbat etmək üçün kifayət idi. Lakin bu adət müsəlmanlarda da vardı. Rəsulzadə bu səhvi aradan qaldırmaq üçün almanlarla danışıqlara girdi. Ondan azərbaycanlıları ayağa qaldırmaq və müstəqillik uğrunda almanlara dəstək verməsi ilə bağlı çağırış etməsini istəsələr də, Rəsulzadə imtina edib. Məhz bundan sonra almanlar Rəsulzadəni “arzuolunmaz şəxs” elan edərək, Almaniyadan Türkiyəyə deportasiya ediblər”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ