çərşənbə günü, 07 oktyabr 2026
     

Dərələyəzin məşhur alban abidələrindən olan Əxi Təvəkkül abidəsinə ermənicə yazılar əlavə edilib – Dəhşət…

Image


“Qərbi Azərbaycanın daş yaddaşı” rubrikasında qədim Oğuz yurdu Dərələyəzin tarix - mədəniyyət abidələrindən danışacağıq. O abidələrdən ki, onlar bizim həm xristianlıq, həm ondan əvvəlki və sonrakı dövrlərini özündə əks etdirir. Bu abidələrin hər biri sübut edir ki, bu torpaqların əzəli sakinləri Azərbaycan türkləridir və burada erməni deyilən toplumun heç bir tarixi, mənəvi izi yoxdur.

Dərələyəz abidələri həm qədimdir, həm də zəngindir. Amma təəssüflər olsun ki, ermənilər Dərələyəz abidələrinə qarşı saxtalaşdırma ediblər. Burada XIV əsrə aid Ələyəz məbədi, Başkənd məbədi, məşhur Səlim karvansarası, XII-XIII əsrə aid Əxi Təvəkkül zaviyəsi və başqa tarix-mədəniyyət abidələri olub, amma bu gün onların taleyindən xəbərimiz yoxdur, qulağımıza çatan odur ki, ermənilər o abidələrə də əl uzadıblar.

  • Azərbaycan Elxanilər dövlətinin hökmdarının tikdirdiyi karvansara...

Dərələyəzin məşhur abidələrindən söz düşəndə ilk olaraq Səlim karvansarası gəlir. Dərələyəz mahalının səlim aşrımında, Ağkəndin yuxarısında  yerləşən XIV əsrə aid bu tarixi karvansara bu elin insanlarının yaddaşından çıxmayıb.

Professor İbrahim Bayramov və başqa tədqiqatçıların yazılarında karvansara haqda maraqlı məlumatlar verilir. Tədqiqatçılara görə,  karvansaranın giriş qapısının (1,80m x 1,13m) üzərindəki yarımdairə daş kitabədə onun 1329-cu ildə Azərbaycan Elxanilər dövlətinin hökmdarı Əbu Səid Bahadur xan tərəfindən tikdirildiyi yazılmışdır. Qeyd olunur ki, karvansaranın yerləşdiyi ərazidəki Ağkənd kəndində 1918-ci ilə qədər ancaq azərbaycanlılar yaşamış və kənddə ilk ermənilər (rəsmi statistikaya görə 172 nəfər) 1923–1925-ci illərdə köçürülüb məskunlaşmışlar. Həmin ərazilərdə yaşayan azərbaycanlılar 1988-ci ildə zorla qovulduqdan sonra Ermənistan hökuməti Səlim karvansarası ilə bağlı faktları tamamilə saxtalaşdıraraq, onu dünya ictimaiyyətinə erməni abidəsi kimi təqdim edir.

Karvansaranın giriş qapısı (1,80x1,13m) üzərində fars dilində daşa (l,87x0,86m) oyularaq, həkk olunmuş kitabədə deyilir:"Əbu Səid xan Bahadur — dünyanın sultanı, insanların padşahı, ərəblərin və ərəb olmayanların hökmdarı, bütün xalqların çarı — Allah onun hökmranlığını və sultanlığını əbədi etsin — vaxtında bina olundu. Xeyrat sahibi Çuşkyab ibn (oğlu) Ləvənd ibn …şah Nur ibn … 729-cu il tarixdə" h.729–1328

Abidə üzərində erməni saxakarlığına gəlincə, tədqiqatçılar qeyd edir ki, Anadoludan tutmuş Çinə qədər Araz boyu karvan-ticarət yolu – İpək yolu üzərində Zəngəzurun Səlim keçidi adlanan yerdə Elxani Əbu Səid dövründə tikilən karvansaranı "erməni milli memarlıq abidəsi" kimi nəşr etdiriblər (Arutunyan V. M, Yerevan, 1984 il). (bax. KGPA, t. III, № 991, s. 62). Həmin yol üzərində Zəngilan rayonunun Məmmədbəyli kəndində Yəhya İbn Məhəmməd türbəsinin (vəf. 1305 il) qapısı üzərində qoyulan kitabə ölçüsü, forması, həkk olunan texnikasına görə, qeyd olunan karvansara kitabəsinin eynidir. Belə kitabənin üçüncüsünə Azərbaycanın tarixi ərazisində hələ rast gəlinməyib. Qeyd olunan kitabədə XIV əsrdə İpək yolu üzərindəki bütün abidələri yaratmış memar Əli Məcdəddinin adı yazılıb. Abidənin içərisində erməni dilində divara bir yazı qoyulub. Bu yazıda olan mətnlə qapının üzərinə hörülən yazının mətni üst-üstə düşmür. Erməni dilində olan yazıda qeyd olunur ki, bu abidə 1332-ci ildə Orbelyan nəslindən olan Çesar tərəfindən tikilib. Lazar Universitetin müəllimi Xr. İv. Kuçuk-İoannasov iddia edir ki, "tatarlar" (yəni azərbaycanlılar) sonradan bu karvansaraya Səlim adı verib və ərəbcə yazını qapının üzərinə qoyublar, halbuki ərəbcə yazı bina tikildiyi zaman qapının üzərinə hörülüb. Hətta ermənilərin çap etdikləri bukletdə də karvansara Səlim karvansarası adı ilə çap olunub...

  • Əxi Təvəkkül zaviyəsi də erməni saxtakarlığına məruz qalıb

Dərələyəz mahalının qiymətli tarix-mədəniyyət abidələrindən biri də Əxi Təvəkkül zaviyəsidir. Professor ibrahim Bayramovun, AMEA-nın müxbir üzvü Məşədixanım Nemətin və başqa tədqiqatçıların əsərlərində Əxi Təbəkkül zaviyəsi haqda məlumat verilir. Qeyd edilir ki, Dərələyəz mahalının Keşişkənd (1957-ci ildən Yeğeqnadzor) rayonunun Ələyəz kəndində azərbaycanlılara məxsus tarixi abidə olan Əxi Təvəkkül zaviyəsi XII-XIII əsrlərə aiddir. Abidənin kitabəsində yazılmışdı: "Bu məzar mərhum və uca şəhid, Qadir Allahın rəhmətinə ehtiyacı olan Əxi Təvəkkülündür-Allah onun günahlarını bağışlasın-məhərrəm ayı, doqquz yüz əllinci il (miladi-1543-cü il) tarixdə" . Yazılanlara görə, abidə 1961 – ci ildə azərbaycanlı alimlər tərəfindən tədqiq edilmişdir. Tədqiqatlar nəticəsində zaviyənin bünövrəsi və Əxi Təvəkkülün baş daşı formasında iki xatirə daşı abidəsi aşkar olunmuşdur. Xatirə daşlarının üzərində ərəb dilində həkk olunmuş kitabələrdə Əxi Təvəkkülün hicri 951 – ci ilin məhərrəm ayında (25. 03. – 24. 04. 1544) şəhid olduğu göstərilir. Burada ermənilər öz hiylələrini işə salaraq ora erməni dilində yazı da əlavə ediblər və bu səbəbdən kitabə ərəb və “erməni dilində” təqdim edilib. Qeyd olunur ki, kitabədən belə görsənir ki, bu Azərbaycanda XI əsrin sonu – XII əsrin əvvəllərindən fəaliyyət göstərən və sonrakı dövrlərdə (XIV – XVI əsrlərdə) milliyyətindən, dini mənsubiyyətindən asılı olmayaraq, şəhər sənətkarlarının hüquqlarını qoruyan quruma çevirilən əxi təşkilatının başçısı olduğunu ehtimal etməyə imkan vermişdir.

Tarixin memarlıq dəyəri olan abidə azərbaycanlıların müqəddəs hesab etdikləri ziyarətgahlardan idi. Abidənin girəcəyində yerləşən daş lövhədə azərbaycanlıların inanclarını əks etdirən, yerin, ayın və günəşin rəmzi olan üç dairə, hər dairədə 12 imamın rəmzi kimi 12 xətt və tarixən Dərələyəz mahalında yaşamış türk tayfasının sayını bildirən doqquz ədəd səkkizguşəli ulduz həkk olunmuşdu. Daha sonralar bu abidə ermənilər tərəfindən dağıdılmış, bütöv qalan daş lövhənin bir hissəsində isə xaç şəkli çəkilərək erməniləşdirilmişdir.

  • Alban irsinin qiymətli abidəsi Ələyəz məbədi...

Bildirdiyimiz kimi, Dərələyəzdə Qafqaz Albaniyasına aid böyük tarixi irs olub və burada məbədlər, kilsələr tilib. Amma təəssüf ki, hazırda həmin kilsələr, məbədlər ermənilər tərəfindən “erməni irsi” olaraq  qələmə verilir.

Əziz Ələkbərlinin “Qərbi Azərbaycan abidələri” əsərində Ələyəz məbədi haqda da məlumat verilir. Dərələyəz mahalının Keşişkənd rayonunun Ələyəz kəndinin şərqində yerləşən alban xristian məbədi olan Ələyəz məbədinin XIII yüzildə tikildiyi ehtimal olunur. Planı düzbucaq şəklində olan bu günbəzli məbədin ətrafı geniş qəbiristanlıqla əhatələnmişdir. Qəbiristanlığın çox hissəsi hazırda bağ və əkin sahələrinə çevrilmişdir. Qəbirüstü sənduqə və daşların üzərindəki yazılardan onların 1301, 1318, 1325, 1342, 1345, 1349-cu illərə aid olduqları anlaşılır. Məbədin cənub tərəfində qəbiristanlıqda böyük sərdabənin divarlarının qalıqları var idi. Qədimdən Türk-Oğuz boylarının yurdu olan Ələyəz kəndinə (11 ailədə 58 nəfər) 1828–1829-cu illərdə İrandan ermənilər köçürülüb gətirilmişlər.

  • Alban-türk xristian abidəsi Başkənd məbədi...

Ə.Ələkbərlinin  “Qərbi Azərbaycan abidələri” əsərində Dərələyəzdəki Başkənd məbədi haqda da danışılır. Vurğulanır ki, Başkənd məbədi Dərələyəz mahalının Keşişkənd  rayonunun Başkənd  kəndindən 7 km şimalda yerləşən alban-türk xristian abidəsidir.

Bu günbəzli məbəd ağ şümşad daşlarla hörülmüşdü. Buna görə də XIX əsrdən bura köçən ermənilər onu Spitakavor (spitak — ermənicə "ağ" deməkdir) adlandırmışlar. XIX yüzilin sonlarında abidəyə gələn ingilis səyyahı A. Berje yazır ki, "çoxlu bəzəklərə malik" bu məbəd yerli müsəlmanlar tərəfindən Gülvəng adlandırılır. Məbədin divarlarında Azərbaycan tarixinin XIII–XIV əsrlərinə aid yazılar və təsvirlər vardır. Qədimdən Türk-Oğuz boylarının yurdu hesab olunan Başkənd kəndinə1828–1829-cu illərdə İrandan ermənilər (16 ailədə 91 nəfər) köçürülüb gətirilmişlər.

Biz sizə Dərələyəz mahalının dörd abidəsi barədə danışdıq. O mahalda xeyli sayda başqa abidələr var ki, fürsət olan kimi, o barədə də növbəti yazılarımızda danışacağıq. Dərələyəz abidələri Azərbaycan türklərinin o ərazinin yerli sakinləri olduğunu bir daha təsdiqləyir. Bizim tədqiqatçıların da bu yöndə yazdıqları erməni saxtakarlığının ifşasında əhəmiyyətli rol oyanaya biləcək. Əlbəttə. Bu yazılar başqa dillərə tərcümə edilib yayılarsa, onun əhəmiyyəti danılmaz olacaq. Artıq Qərbi azərbaycanlıların öz ata-baba torpaqlarına qayıtmaq hüququnun tanıdılması, onların geri qayıdışı  ilə bağlı Azərbaycan dövləti rəsmi şəkildə işlər görür, məsələ beynəlxalq ictimaiyyətə çıxarılıb...Ümid edirik ki,  beynəlxalq təşkilatlar onların öz torpaqlarına qayıtmaq hüququnun təmin edilməsi üçün Ermənistanın qarşısına konkert tələb qoyacaq və prosesin icrasını tələb edəcək. Bu baş verərsə, onda Qərbi azərbaycanlılar öz yurdlarına qovuşarlar və tarixi irsimizə sahib çıxarlar.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ