Cümə günü, 06 noyabr 2026
     

Azərbaycanda turistlər hotellərdən imtina edir - kirayə kənd evlərinə kütləvi axın başlayıb...

Image


Ramin Qafarov: “Turistlər turizmin bu növünə maraq göstərirlər, onlar hoteldə deyil, evlərdə qalmağı seçir”

Müasir və qloballaşan dünyada sosial-iqtisadi inkişaf göstəriciləri arasında turizm ön sıradadır. Turizmin inkişafı ümumilikdə başqa sahələrin də inkişafına təsir göstərir.

Ölkəmizdə keçirilən beynəlxalq konfranslar, yarışlar turist axınını daha da genişləndirdi. Artıq dünyanın bir sıra ölkələrində Azərbaycana maraq artıb. Onlar Azərbaycana gəlmək, sosial-iqtisadi şəraiti ilə yaxından tanış olmaq istəyirlər. Yalnız Bakı ilə kifayətlənməyən qonaqlar regionlara da səfər edirlər. Bu baxımdan şəhər turizmi ilə yanaşı, kənd ev turizmi də inkişaf edir. Hər iki turizm sahəsində perspektivlərin nəzərə alınması bu sahəyə qayğının artmasına səbəb olur.

Məlumat üçün bildirək ki, bu ilin yanvar-may aylarında Azərbaycana turizm məqsədilə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ümumi gecələmə sayı 3 milyon 110 min 605 dəfə olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 % çoxdur.

Açıqlanan statistik məlumatlardan da bəlli olur ki, ölkəmizə səyahət edən turistlərin sayı artır. Qeyd edək ki, turizmin inkişafı ölkə iqtisadiyyatı üçün prioritet elan edilib. Çoxlu sayda turist gəlir deməkdir. Ancaq maraqlı məqam ondan ibarədir ki, ölkəmizə gələn turistlərin əksəriyyəti hotellərdə deyil, kənd evlərində qalmağa üstünlük verir. Belə ki, ən kəskin artım kirayəyə götürülmüş evlərdə gecələmələrin sayında qeydə alınıb. 5 ay ərzində bu göstərici 405 min 753 dəfə olub ki, bu da 1 il əvvələ nisbətən 75,9 % artım deməkdir.

Kirayə evlərdə gecələmələr xüsusilə Hindistandan gələnlər arasında artıb. Onların gecələmələrinin sayı 144 min 408 olub. Bu da illik müqayisədə 2 dəfə çoxdur.

Rusiyadan gələnlər arasında kirayə evlərdə gecələmələrin sayı 53,2 % artaraq 56 min 68 dəfə, Səudiyyə Ərəbistanından gələnlər arasında kirayə evlərdə gecələmələrin sayı isə 28,8 % artaraq 27 min 126 dəfə olub. Hesabat dövründə mehmanxana və mehmanxana tipli obyektlərdə gecələmələrin sayı isə 7,8 % artaraq 1 milyon 12 min 714 dəfəyə çatıb. İl ərzində turistlərin özünə və yaxud ailə üzvlərinə məxsus mənzillərdə gecələməsi halları isə 12,6 % artaraq 1 milyon 124 min 35 nəfər olub. Beləliklə, yanvar-may aylarında ölkədəki gecələmələrin 32,55 %-i hotellərin, 67,45 %-i isə müxtəlif kateqoriyadan olan evlərin payına düşüb. Yəni Azərbaycana gələn turistlərin mühüm hissəsi evlərdə gecələyir.

“Fərdi evlər otellərə nisbətən daha ucuz başa gəlir, sərfəli qiymətlər təklif olunur, bu üsul ev sahiblərinə də sərf edir”

Turizm sahəsi üzrə ekspert Ramin Qafarov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, turistlərin fərdi ev kirayələməsi təcrübəsi dünyada geniş yayılıb: “Xüsusilə bu üsul qardaş Türkiyədə çox yayılıb. Turistlər qrup şəklində gəlirsə, otellərə üstünlük verilir ki, qrup üzvləri hamısı bir yerdə, bir məkanda toplansın. Bir nöqtədən hərəkət edilsin. Amma fərdi qaydada, ailə ilə səyahətə çıxanlar otellərlə yanaşı fərdi evlərdə qalmağı da üstün tutur. Çünki fərdi evlər otellərə nisbətən daha ucuz başa gəlir, sərfəli qiymətlər təklif olunur. Bu üsul ev sahiblərinə də sərf edir. Fərdi evlərdə qalanlar kirayə pulunu gündəlik ödəyir. Bundan həm ev sahibi qazanır, ailə büdcəsinə gəlir əlavə olunur, həm də turist ucuz səyahət etmiş olur. Fərdi ev kirayələnməsi qazancın paylanması, bölüşülməsi, otel isə yalnız bir nəfərin qazancı deməkdir. Bir çox ölkələrdə turizm, istirahət bölgələrində, gözəl təbiət mənzərəsi olan məkanlarda fərdi ev sahibləri büdcə ehtiyaclarını məhz turistlərin hesabına ödəyirlər. Turist üçün də ev şəraiti daha xoşdur, sıxılmır, özünü rahat hiss edir, insanlarla, yerli əhali ilə ünsiyyətdə olur”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, kənd turizmi əsasən kənd yerlərində formalaşan təbiətə, o yerin mədəni və tarixi resurslarına əsaslanan, eyni zamanda turizm məhsullarını formalaşdıran bir sahədir: “Urbanizasiyanın artdığı bir dövrdə kənd yaşıl turizmi, təbiətə meylli turizm trendləri maraq kəsb etməkdədir. Azərbaycanda da kəndlərin inkişafı, icmaların sosial rifahının yaxşılaşdırılması baxımından bu sahə inkişaf etdirilməkdədir. Əlbəttə ki, insanlar, xüsusilə şəhər əhalisi turizmin bu növünə maraq göstərirlər. Onlar gündəlik yaşayış tərzinin fərqli bir mühiti olan kənd həyatına səfərlər etməklə təbiətlə əlaqələrini gücləndirmiş olurlar. Kənd turizmi orada yaşayan əhalinin də rifah səviyyəsinə təsir edir. İsmayıllı, Şəki, Zaqatala, Quba, Qusar, Xaçmaz, Lənkəran, Astara və s. kimi rayonları kənd turizminin inkişaf etdiyi bölgələrə misal göstərmək olar. Kənd evləri bölgələrdə yerləşən otellərin qiymət bahalığı problemində alternativ rol oynayır. Bu, həm turistə, həm də kənd əhalisinə sərf edir. Həmin sahədə daha çox maarifləndirmə işləri aparılmalıdır. Yaxşı olardı ki, Azərbaycanda bu kənd evləri vahid bir portalda birləşərək əhalimizə təqdim olunsun. Bu, insanların istədikləri bölgədə kənd evləri tapmaq işini asanlaşdıracaq”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ