III MDB Oyunlarına 8 ölkədən 1846 idmançı qatılacaq

28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanda keçiriləcək III MDB Oyunlarında 8 ölkədən 1846 idmançının iştirakı təsdiqlənib. Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib. Bu günə olan məlumata əsasən, yarışa MDB məkanını təmsil edən 8 ölkədən (Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Özbəkistan, Tacikistan, Türkmənistan) 1846 idmançı və 2666 nümayəndə qatılacaq. Son olaraq Türkmənistan idmançılarının ölkəmizə gələcəyi təsdiqlənib. Azərbaycanın 349, Rusiyanın 263, Qazaxıstanın 259, Özbəkistanın 257, Belarusun 255, Tacikistanın 202, Türkmənistanın 170, Qırğızıstanın 85 idmançısının turnirdə mübarizə aparacağı dəqiqləşib. Yarışlar 23 idman növü üzrə 12 məkanda keçiriləcək.
Mətləb