"Barselona" bu futbolçu üçün "pivəçilər"ə elçi düşdü...

"Barselona" "Bavariya"nın və İspaniya millisinin hücumçusu Brayan Saraqosanı transfer etməyi planlaşdırır. İspaniyanın "El Chiringuito" nəşrinin yazdığına görə, Kataloniya klubunun rəhbərliyi 23 yaşlı futbolçunun La Liqada oynamağa tam hazır olduğunu və hazırda maliyyə baxımından ən sərfəli variantlardan biri olduğunu düşünür.
Qeyd olunur ki, Saraqosa "Barselona"nın ona olan marağı ilə bağlı xəbərlərə sosial şəbəkələrdə bəyənərək reaksiya verib. Klubun yaxın günlərdə futbolçunun transferi üçün rəsmi təklif göndərəcəyi də bildirilir.
Mətləb