Bazar günü günü, 08 noyabr 2026
     

Unudulmaz mədəniyyət xadimi Əliağa Ağayev irsinə dövlət qayğısı...

Image


Əliağa Ağayev Azərbaycan kinosu və teatrının bənzərsiz siması, qüdrətli incəsənət xadimi, böyük aktyor, xeyirxah insan kimi yaddaşlarda qalıb. Bu böyük sənətkarın vəfatından 32 il keçməsinə baxmayaraq, hələ də insanların yaddaşında yaşayır. Zaman keçir, lakin ömrünü sənətə fəda edən insanlar yaddan çıxmır, unudulmur. Sənətkara xalq məhəbbəti ilə yanaşı, qədirbilən dövlətin müsbət münasibəti olanda o sənətkarın mənəvi ömrü daha da uzanır.
Ə.Ağayev Azərbaycan kino və teatrının elə bir simasıdır ki, onu unutmaq, qiymətləndirməmək mümkün deyil.
Ə.Ağayev sənətinə, irsinə qayğıdan danışarkən mütləq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ə.Ağayevin 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncamı xatırlamalıyıq. Prezidentin 1 mart 2013-cü ildə imzaladığı məlum sərəncamda qeyd edilirdi ki, 2013-cü ildə Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, respublikanın xalq artisti Əliağa İsmayıl oğlu Ağayevin anadan olmasının 100 illiyi tamam olur: "Əliağa Ağayev milli teatr tarixinin fitri istedada malik parlaq simalarındandır. Zəngin mədəni ənənələrə həmişə sadiq qalan səhnə ustası və kino aktyoru kimi o, özünəməxsus üslubda yaratdığı son dərəcə koloritli obrazlarla Azərbaycan mədəniyyəti salnaməsinə yeni səhifələr yazmışdır".
Böyük sənətkarın 100 illik yubileyi paytaxt Bakıda və digər yerlərdə qeyd edildi.
Ə.Ağayev haqqında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, xalq artisti Yasin Qarayev bildirir: "Ə.Ağayev uzun müddət Gənc Tamaşaçılar Teatrında çalışıb. O teatrı yaradanlardan biri məhz Ə.Ağayev olub. Bu adam istedadlı olduğu qədər də həyatda çox maraqlı insan olub. İnsanı xoş hala gətirmək üçün adi insanların 1-2 saat fikirləşib tapa biləcəyi sözü o, yerində söyləmək qabiliyyətinə qadir insan kimi bilinib".
Tədqiqatçılar yazır ki, Azərbaycan komediya aktyorluğunun parlaq simalarından olan, səhnəyə hər tamaşada ilk gəlişindən milli teatr tariximizdə bir kimsədə görünməmiş duzlu, cəlbedici və qeyri-adi səsi ilə tamaşaçıları ovsunlayan Əliağa İsmayıl oğlu Ağayev 22 mart 1913-cü ildə Bakıda doğulub. Erkən yaşlarından atasını itirib. 1930-cu ildə yeddinci sinfi bitirərək Paris kommunası adına gəmi təmiri zavodu nəzdindəki sənət məktəbində oxuyub. İki il sonra oranı bitirərək zavodun özündə gəmi çilingəri işləyib. Bəm və şirin zümzüməli səslə işdə də dodaqaltı oxuyan Əliağa zavodun dram dərnəyinə yazılıb. İlk rolu Mirzə Fətəli Axundovun "Hacı Qara" komediyasında Hacı Qaradır.
Tədqiqatçılar yazır ki, Ə.Ağayev 1936-cı ildə Gənc Tamaşaçılar Teatrının (əvvəlki adı Fəhlə Uşaqlar Teatrı idi) kollektivinə daxil olub. Peşəkar teatrda səhnəyə ilk dəfə Jül Vernin "Kapitan Qrantın uşaqları" dramının tamaşasında çıxıb. Qısa müddətdə fitri istedadı ilə teatrın yaradıcılıq iqlimini mənimsəyən Ə.Ağayevə tədricən repertuarın əksər tamaşalarında rollar tapşırılıb. Aktyor Gənc Tamaşaçılar Teatrında müasir dramaturqların əsərlərində, klassik milli və tərcümə əsərlərində koloritli silsilə rollar yaradıb. Tədqiqatçılar yazır ki, müxtəlif çeşidli rolları, xüsusən "O olmasın, bu olsun" bədii filmindəki Məşədi İbad obrazı ilə respublikadan kənarda da şöhrətlənən Ə.Ağayev 1961-ci ilin payızında Akademik Milli Dram Teatrının kollektivinə qəbul olunub. Bu teatrda ilk orijinal rolu Şıxəli Qurbanovun "Əcəb işə düşdük" komediyasında (2 dekabr 1961) Abış Surxayeviç obrazıdır.
İyirmi iki il Akademik Teatrda işləyən sənətkar bu səhnədə Vasin ("Tanya", Aleksey Arbuzov), Allanəzər ("Kimdir müqəssir?", Hüseyn Muxtarov), Qulaməli, Alışov, Nağı, ("Közərən ocaqlar", "Kəndçi qızı" və "Yaxşı adam", Mirzə İbrahimov), Birinci məzarçı, Stefano ("Hamlet" və "Fırtına", Vilyam Şekspir), Rista Podoroviç ("Nazirin xanımı", Branislav Nuşiç), Pişta Orbek ("Füsunkar qız", Mikolaş Dyarfaş), Keşiş Bazilo ("Bu qadın mənimdir", Raymonda Juniyor), Çakan Yemelyan ("Daşqın", Anatoli Safronov), Anatoli Novoseltsov ("Sevgi... sevgi...", Emil Braginski və Eldar Ryazanov), Miçiç Kotryans ("Xanuma", Avksenti Saqareli), Rüstəm Zaloviç, Ağadayı ("Kölgələr pıçıldaşır" və "Mənziliniz mübarək!", Seyfəddin Dağlı), Səfər ("Söz yarası", Qeybulla Rəsulov), Sərxan ("Görünməmiş toy", Arkadi Arkanov və Qriqori Qorin), Divanbəyi, Kərəməli ("Xırs quldurbasan" və "Hacı Qara", Mirzə Fətəli Axundov), Tosun ("Səyavuş", Hüseyn Cavid), Nəsir bəy, Aslan, Bərbərzadə, Kərəmov, ("Küləklər", "Yalan", "Xoşbəxtlər" və "Toy", Sabit Rəhman), Vəzir ("Karıxmış Sultan", Taufiq əl Hakimi), Hacı Əbdüləzim ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə), Mirzə Səməndər, Babakişi ("Almaz" və "Sevil", Cəfər Cabbarlı), Osman ("Bağ qonşuları", Hay Vahid), İbiş İbişli ("Adamın adamı", Anar) rollarında çıxış edib. Ə.Ağayev kinoda Məşədi İbaddan əlavə, Xan ("Sehrli xalat"), Şıxəli ("Görüş") kimi irihəcmli rollarla yanaşı, "Əhməd haradadır?" (kassir), "Qanun naminə" ("Mehman", anbardar), "Bir məhəlləli iki oğlan" (Feyzi), "İstintaq davam edir" (kişi) və digər filmlərdə yaddaqalan epizod surətlərə də çəkilib.
Onu da vurğulayaq ki, televiziyanın fondunda aktyorun iştirak etdiyi tamaşaların və satirik səhnəciklərin lentləri saxlanır. Həmişə populyar və sevilən aktyor olmuş Ə.Ağayev 17 iyun 1943-cü ildə respublikanın əməkdar artisti, 27 fevral 1954-cü ildə xalq artisti fəxri adları ilə təltif olunub. Tədqiqatçılar qeyd edir ki, səhnə görkəmi ağır olan Ə.Ağayev obrazın ifasında çox sərbəst, hərəkətlərində çevik, danışığında duzlu və məzəli idi. Yaradıcı aktyor obrazın xarakterini ilk əvvəl danışıqda tapır, sonra onun bədii məzmununa uyğun formanı dəqiqləşdirirdi. Ə.Ağayev ilk növbədə komik xarakter aktyoru idi və buna görə də komizmi zahiri əlamətlərdə deyil, surətin təbiətində, daxili varlığında, düşüncə tərzində canlandırmağa üstünlük verirdi. Həm zahiri əlamətlər cəhətdən, həm də daxilən rolun ifasında istifadə etdiyi vasitələrin məntiqi ahəngdarlığına çalışırdı. Həyatda da şuxluğu xoşlayan Ə.Ağayev 3 noyabr 1983-cü ildə pərəstişkarları və dostları ilə süfrə arxasında lətifə söyləyib güldüyü yerdəcə gözlərini əbədi qapayıb.
Tədqiqatçılar yazır ki, səhnə yaradıcılığı dövrü Azərbaycan teatrının yüksək inkişaf dövrünə təsadüf edən Ə.Ağayev Fuad Poladov, Amaliya Pənahova, Səməndər Rzayev, Eldəniz Zeynalov və başqa sənətkarlarla birgə fəaliyyət göstərib. Aktyor ilk dəfə Azərbaycan Milli Dram Teatrında "Əcəb işə düşdük" tamaşasında Abış obrazını canlandırıb. Böyük müvəffəqiyyətlə keçən səhnə əsəri teatrın həyatına yenilik gətirib.
Tədqiqatçı, respublikanın əməkdar jurnalisti Flora Xəlilzadə yazır ki, haqq dünyasına qovuşduğu gündən bir qərinədən artıq vaxt keçsə də, yaratdığı obrazları ilə həmişə gözlərimiz qarşısında olan, bizimlə sabahlara yol gedən görkəmli komediya ustadı, teatr və kino aktyoru Ə.Ağayev unudulmazların sırasında dayanan korifey sənətkardır: "Onun bioqrafiyası ilə maraqlananda çəkdiyi zillətlərlə yaratdığı gülüş məqamları arasında olan uzun məsafəni göz qırpımında necə bacarıqla keçdiyinə təəccüb etdik. Lap körpə yaşlarından möhnət içində yaşayan, həyatın ən acı iztirablarını dadan, bir tikə çörək qazanmaq naminə uşaqlıqdan ağır zəhmətə qatlaşan Ə.Ağayev, görən, bu dərəcədə ürəkdən gülməyi və güldürməyi, zarafat etməyi, atmacalar atmağı, tamaşaçını düşündürməyi necə bacarırmış?! Yaradıcılığını əks etdirən yadigar lentlərə, kinofilmlərə baxdıqca taledən ona bəxş olunan nemətlərdən birinin varlığı, birinin yoxluğu bu təzadlı dünyanın rənglərini canlandırırdı".
Ə.Ağayevin həyatından da yazan F.Xəlilzadə vurğulayıb ki, o, teatra çox bağlı olub. Onun yazdığına görə, elə həyat yoldaşını da teatr kollektivinin arasından seçib: "Gənc aktrisa Cəvahir İsgəndərova onunla tərəf-müqabil olardı. Sənət ünsiyyəti sonralar məhəbbətə çevrilib. Görkəmli səhnə xadimi Ağadadaş Qurbanov onlara xeyir-dua verərək toylarının baş tutmasına səbəb olub. Övladları dünyaya gələndən sonra Cəvahir xanım teatrdan gedərək ailənin qayğıları ilə məşğul olub. Ə.Ağayevi isə qarşıda yeni sənət uğurları gözləyirdi. Onun son dərəcə istedadlı olması kinorejissorların da diqqətini çəkib. 1955-ci ildə Tofiq Tağızadə Ə.Ağayevi kinoya dəvət edib. Aktyorun bu sahədə ilk dəfə çəkildiyi ekran əsəri "Görüş" filmi olub. Həqiqətən Ə.Ağayev Şıxəli obrazını çox canlı və təbii yaradıb. Təsəvvürə gətirmək mümkün deyil ki, bu rol sənətkarın kinoda debütüdür. Obrazın libasına məharətlə bürünən Ə.Ağayev onu hərtərəfli komik vəziyyətə salmağı bacarıb. Hətta özündən elə ifadələr, sözlər işlədib ki, bu gün də dillər əzbərinə çevrilən aforizmə bənzəyir. Məsələn, "çay gətir... xoruzquyruğu". Bu obrazın tərəf-müqabilini isə görkəmli səhnə ustadı Barat Şəkinskaya yaradıb. Maraqlıdır ki, onların sənət cütlüyü çox gözəl effekt verib. Barat xanım nə qədər ciddi görünsə də, Ə.Ağayevin yaratdığı hər hansı bir obrazla dialoqda gülüşün doğulmasına sanki təbii şərait yaranırdı. Bu ovqat "O olmasın, bu olsun" filmində daha çox duyulur. Deyirlər ki, Ə.Ağayev bu filmdə kino sənətinin zirvəsində dayanaraq özünə əbədi bir heykəl yaradıb. Elə bu filmdə də Barat xanımla Ə.Ağayevin maraqlı söhbətləri əsərə yeni rəng, dad və duz gətirib. Məsələn, "Xanım, siz də saçlarınıza həna qoyursunuz...". Xanımın cavabını gözləmədən qulluqçu Sənəmin - Barat Şəkinskayanın yerindən dik atılaraq hikkə ilə: "Qocalmayıb ki..." deməsi qeyri-adi bir gülüşün yaranmasına səbəb olur. Maraqlıdır ki, ömründə heç bir zaman Azərbaycandan kənara çıxmayan Ə.Ağayev məhz bu filmin vasitəsilə - Məşədi İbadın geyimində dünyanın 50-dən artıq ölkəsində tamaşaçı alqışı və rəğbəti qazanıb. 20-dən artıq filmə çəkilən Ə.Ağayevin "Sehrli xalat"dakı xan, "Qanun naminə"də Məmmədxan, "Koroğlu" filmində dəmirçi, "Bizim Cəbiş müəllim"dəki Əbülfəz, "Evlənmək istəyirəm"dəki polis işçisi rolları maraqlı və yaddaqalandır. Bəzi aktyorlara elə gəlir ki, tamaşaçı diqqəti və rəğbəti qazanmaq üçün mütləq baş rolu oynamaq lazımdır. Halbuki, Ə.Ağayev istər teatr sənətində, istərsə də kinoda elə epizodik obrazlar yaradıb ki, tamaşaçının yadında baş rolları təqdim edənlər yox, məhz bu aktyorun canlandırdığı surət qalıb. Bu baxımdan "Əhməd haradadır?" filmindəki kassiri xatırlamaq kifayətdir. Nərgiz xala obrazının yaradıcısı Nəcibə Məlikova ilə onun bir neçə saniyəlik dialoqu dərin gülüş doğurur. Özü üçün düzəltdiyi xudmani süfrədə yemək və araq görünür. Elə bu anda kassanın pəncərəsi döyülür. Qadının başını görən kimi kassir - Ə.Ağayev özünəməxsus jest və məzəli şəkildə söyləyir: "Ay bacı, nə istəyirsən, görmürsən pul sayıram?!" Yaxud da Şirin kişiyə "O dey taksi, min, get, get..." deməsi yenə də tamaşaçını güldürür. Əslində bu sözlərin heç birində gülüş doğuracaq ifadə yoxdur. Amma Ə.Ağayev onu elə söyləyir, elə göstərirdi ki, tamaşaçı qəşş edənədək gülürdü.
Əlbəttə, Ə.Ağayev ilk növbədə teatr aktyoru idi. 1961-ci ildən ömrünün sonuna kimi Akademik Milli Dram Teatrında çalışıb. 22 il bu sənət ocağında işləyən xalq artisti bir-birindən fərqli və yaddaqalan obrazlar yaradıb. Onun iştirak etdiyi tamaşaların adlarını qeyd etsək, uzun bir siyahı yaranar. Həmişə teatrın repertuarında olan tamaşalarda Ə.Ağayevə rol tapşırılıb. Həm rejissorlar onunla işləməyi çox sevirdilər, həm də həmkarları Ə.Ağayevlə tərəf-müqabil olmağa çox can atırdılar. Bunun da səbəbləri vardı. İlk növbədə bu görkəmli gülüş ustasının iştirak etdiyi tamaşada mütləq dad və duz olardı. O öz istedadı və orijinal düşüncəsi ilə rejissorun işini asanlaşdırır, tərəf-müqabillərinə kömək edirdi. Sənət dostları söyləyirlər ki, elə məqamlar yaranırdı, aktyor hərəkət və sözünü unudurdu. Bax o anda Ə.Ağayev sənət dostlarını çıxılmaz vəziyyətdən çox asan, hiss olunmadan, məharətlə xilas edirdi".
Tədqiqatçı-jurnalist yazır ki, Ə.Ağayev "Mozalan" satirik kinojurnalında da müxtəlif xarakterli rollar yaradıb. O dövrdə tənqid hədəfinə tuş gələn mənfi obrazların xarakterlərini özünəməxsus məharətlə canlandıran bu istedadlı aktyorun səs tembri, jestləri yaddaqalandır. O bildirir ki, bəzən də kinorejissorlar onun özünü kinoya çəkməsələr də, səsindən mütləq istifadə edirdilər. Həm xarici ekran əsərlərinin tərcüməsinin montajı vaxtı, həm də yerli filmlərdə bəzi personajların danışığının yumorlu alınması üçün onun səsinə ehtiyac duyulurdu: "Televiziya filmlərində də unudulmayan obrazlar yaradan Ə.Ağayev vaxtilə Azərbaycan televiziyasında yayımlanan "Komediyalar aləminə səyahət" verilişinin tez-tez qonağı olardı. Onu hamı çox sevirdi. Təbiətən də çox mehriban, həssas və dostcanlı insan idi. Sənət məziyyətlərilə insanlıq duyğuları bir-birini tamamlayırdı".
Onu da vurğulayaq ki, Ə.Ağayev 70 illik yubileyinin sevincini yaşaya bilməyib, ömrü vəfa etməyib.
32 ildir Ə.Ağayev fiziki olaraq əzizlərinin, tamaşaçılarının yanında yoxdur, amma biz hər gün onu görür, onun rollarına, obrazlarına tamaşa edirik. Fikrimizcə, Ə.Ağayevin yaratdığı obrazlarda güclü sarkazm var. O, mənfi tipajları çox yüksək səviyyədə canlandırıb və o obrazlar bir tərbiyə məktəbidir. Azərbaycan kinosu və teatrının qızıl dövrünün qiymətli sənətkarlarından olan Ə.Ağayev hər bir teatr-kinosevərin qəlbində yaşayır. Sözsüz ki, dövlətimizin də onun yaradıcılığına, irsinə, mənəvi xəzinəsinə qayğısı böyükdür.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ