Azərbaycan Prezidentinin Slovakiyaya bu səfəri ən yüksək səviyyədə bizim qarşılıqlı marağımızı təsdiq edir. Biz strateji tərəfdaşlıq qurmaq və onu inkişaf etdirmək niyyətindəyik.
Bu sözləri Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında söyləyib.
O qeyd edib: “Bizim ölkələrimiz dost ölkələrdir və münasibətlərimiz hər zaman yaxşı səviyyədə olub. Slovakiya Azərbaycanı yerləşdiyi regionda strateji əhəmiyyətə malik tərəfdaş hesab edir”.