ABŞ Administrasiyası 30-dan çox ölkənin vətəndaşlarına giriş qadağası qoyacaq. The Guardian nəşri yazır ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Naziri Kristi Noem bəyan edib. Nazir bu siyahının əhəmiyyətli dərəcədə genişləndirilməsi üçün iş aparıldığını deyib. K. Noem bildirib ki, bu qərar ABŞ-ın təhlükəsizlik tədbirlərini gücləndirmək və miqrasiya axınlarını daha sərt nəzarətə almaq məqsədi daşıyır.
Mətləb Salahov