çərşənbə günü, 25 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Heydər Əliyevin imzaladığı "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanunun 13 yaşı tamam oldu
Tarix: 01.10.2015 / 03:14
Bölmə: Layihə
30 sentyabr dövlətçilik tariximizə olduqca əhəmiyyətli bir gün kimi daxil olub. Məlum olduğu kimi, 30 sentyabr 2002-ci ildə Azərbaycan Respublikasının sabiq Prezidenti mərhum Heydər Əliyev tərəfindən "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun təsdiq olundu. Azərbaycan dilinin kütləviliyi, inkişafı, qayda və tələbləri bu sənəddə geniş formada öz əksini tapıb. 13 il bundan əvvəl qəbul edilən sənədin bu gün də əhəmiyyəti böyükdür və ana dilimizin rəsmi dövlət dili olmasını təsdiqləyir.
"Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanunda göstərilir ki, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Bu qanun, ölkə Konstitusiyasına uyğun olaraq, Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.
Azərbaycan dilini sevməyi, qorumağı, onun işləkliyini təmin etməyi, dilimizin təbliğini öyrəndiyimiz Heydər Əliyev ana dilimiz haqqında olduqca dəyərli fikirlər söyləyib: "Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Mən keçmişdə də demişəm və bu gün də deyirəm, şəxsən arzum ondan ibarətdir ki, hər bir azərbaycanlı çox dil bilsin. Ancaq birinci növbədə öz ana dilini - dövlət dilini yaxşı bilsin. Bizim çox gözəl, zəngin, cazibədar dilimiz var".
Bu da məlumdur ki, ötən illər ərzində bu qanun xeyli dərəcədə təkmilləşdirilib, təbliğ edilib. Onu da vurğulayaq ki, sözügedən qanun qəbul olunmamışdan bir il əvvəl Heydər Əliyevin qərarı ilə 1 avqust tarixi hər il Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunmağa başladı. Həm bu, həm də "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanunun qəbul edilməsi Azərbaycan dili tarixində əlamətdar, önəmli hadisədir. Bundan əlavə, qəbul edilən digər fərman və sərəncamlar əsasında dilimizin inkişafı, ana dilində təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb.
Dilçilər bildirir ki, ana dilinə qayğı göstərilməsi o dilin ömrünü neçə yüzilliklər bundan sonra da uzanmasına səbəb olur. Dilsiz xalq heç zaman öz keçmişini tanımaz, ulu əcdadları ilə fəxr edə bilməz. Dil bizim mayalandığımız, ilhamlandığımız və istinad etdiyimiz sərvətimizdir. Ana dilimiz dövlət dilidir, dünyanın hər yerində bu dilə hörmət-ehtiram var. Himnimiz ana dilimizdə səslənir. Dünyada əlli milyondan artıq insan Azərbaycan dilində danışır. Azərbaycan dilinin bu gün də yüksək səviyyədə durduğunu deyən dilçilərin bildirdiyinə görə, "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanunu hər bir azərbaycanlı, dövlət məmuru, ictimai xadim bilməlidir. Qanunla tanışlıq vətəndaşlarımıza, KİV-lərdə çalışanlara, qələm adamlarına, dövlət qulluqçularına, elm sahəsində çalışanlara müsbət təsir edə bilər. Dil qanunlarını bilmədən onunla işləmək olduqca çətindir.
Dilçilər bildirir ki, Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsi məsələsi olduqca dəyərlidir.
"Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanundan danışan akademik Nizami Cəfərov mətbuata bildirib ki, "Dövlət dili haqqında" Qanuna bütün vətəndaşlar sayğı ilə yanaşmalıdır. Qanunu şərh edər N.Cəfərovun sözlərinə görə, "Dövlət dili haqqında" Qanuna görə, dövlət idarələrində yazışmalar, rəsmi sənədlər Azərbaycan dilində aparılmalıdır və istisnasız olaraq yazışmalar bu dildə aparılır: "Elə bir müəssisə, idarə, nazirlik yoxdur ki, orada hər hansı başqa dildə yazışma aparılsın. Amma təbiidir ki, məsələn, beynəlxalq səviyyədə bizim hər hansı müəssisə müəyyən əlaqələrdə iştirak edirsə, orada qarşılıqlı olaraq tərcümə ilə yazışma aparılır. Bu da normal haldır və beynəlxalq praktikadır".
N.Cəfərov "Dövlət dili haqqında" Qanunun tələblərinə də toxunub: "Bu ciddi mənəvi məsələdir. Amma bu məsələ qanunla tənzimlənmir və bu mümkün olan və düz yanaşma deyil. Bu məsələni xüsəsən rəsmi və rəhbər şəxslər ciddi nəzərə almalıdırlar və çalışmalıdırlar ki, qeyri-rəsmi görüşlərdə də Azərbaycan dilində danışsınlar. Çünki burada, istər-istəməz, müəyyən narahatlıqlar meydana çıxır. Bir var başqa dildə sıravi adam danışa, bir də var hər hansı rəsmi şəxs. Bunun reaksiyası tamamilə fərqli olur. İnsanlar sadə vətəndaşın danışığına o qədər də fikir vermədiyindən, bu, reaksiya doğurmur. Ancaq vəzifəli şəxs danışan kimi ona reaksiya verilir ki, o niyə belə etdi".
Salatın Əhmədli özünün "Heydər Əliyevin dil siyasəti" kitabında yazır ki, Azərbaycan Respublikasının - müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində rolu böyükdür. Tədqiqatçı-yazıçı hesab edir ki, Azərbaycan Prezidenti Heydər Əliyevin bu sahədə verdiyi sərəncam və fərmanlar böyük əhəmiyyətə malikdir: "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 18 iyun 2001-ci il tarixli Fərman tarixi rol oynayıb. Fərmanın sosial-mənəvi və ideoloji əhəmiyyətini yüksək qiymətləndirən professor Yusif Seyidov onun dərcindən dərhal sonra yazırdı ki, əgər biz azərbaycanlılar, Azərbaycan ziyalıları milli mənliyimizi uca tutmaq istəyiriksə, milli adət-ənənələrimizə sadiqlik göstərmək istəyiriksə, xalqımızı özünəməxsus varlığı olan bir xalq kimi görmək istəyiriksə, respublikamızın Prezidenti Heydər Əliyevin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərmanından irəli gələn vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi üçün bütün bilik və bacarığımızdan istifadə etməliyik. Nəzərə almalıyıq ki, bu bizim özümüz üçündür, bizim gələcəyimiz üçündür, vətənimiz, xalqımız üçündür. Fərman müstəqil Azərbaycan dövlətinin yaranması ilə bağlı olaraq Azərbaycan xalqının ana dilinin - dövlət dilinin inkişafı üçün zəruri ictimai-siyasi, mədəni şəraitin əmələ gəlməsi barədə verilən məlumatla başlayır: "Müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbaycan dilinin geniş tətbiq edilməsi və sərbəst inkişafı üçün münbit zəmin yaranmışdır. Tarixin müxtəlif mərhələlərində dilimizə qarşı edilmiş haqsızlıqlar, təzyiq və təhriflərin nəticələrinin aradan
qaldırılması üçün hazırda ölkəmizdə çox əlverişli
şərait mövcuddur. Dil öz daxili qanunları
əsasında inkişaf edirsə də, onun tədqiq və təbliğ
edilməsi üçün yaradılmış geniş imkanlar bu
inkişafın daha sürətli və dolğun olmasına təkan
verir". Lakin Prezident Fərmanında deyildiyi kimi, Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Dilimiz xalqımızın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olub, onun taleyini yaşayıb, üzləşdiyi problemlərlə qarşılaşıb. O, xalqın ən ağır günlərində belə onun milli mənliyini, xoşbəxt gələcəyə inamını qoruyub möhkəmləndirib. Dilin tarixi ilə xalqımızın tarixi arasındakı sıx bağlılığa xüsusi diqqət verilən Fərmanda göstərilir ki, xalqımıza ulu babalardan miras qalan ən qiymətli milli sərvəti - Azərbaycan dilini hər bir
Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu onun müqəddəs vətəndaşlıq borcudur.
Onun dövlət dili haqqında, latın əlifbasının tətbiqi haqqında, Azərbaycan ədəbi dilinin tətbiq sahələrinin genişlənməsi haqqında verdiyi fərman və sərəncamlar bu gün də öz əhəmiyyətini saxlayır".
Kitaba ön söz yazan professor Yusif Seyidov qeyd edir ki, S.Əhmədova bu məsələlərin həm nəzəri, həm də praktik cəhətlərini nəzərdən keçirir və münasibətini bildirir. H.Əliyevin keçən əsrin 60-cı illərinin sonu və 70-ci illərinin əvvəllərindən başlayaraq bu günə kimi Azərbaycan dilinin dövlət dili olması, xalqımızın mənəvi mövcudluğunun əsas amillərindən olan dilimizin inkişafı və yüksəlişi uğrunda apardığı mübarizə, gördüyü böyük işlər, onun ana dili, ümumən dil quruculuğu haqqındakı elmi-nəzəri
fikirləri, təəssüf ki, indiyə qədər geniş araşdırılmayıb. Bu məsələ aktual olaraq qalır. Bunun bir səbəbi aparılan tədqiqatların ardıcıl, sistemli xarakter daşımaması ilə bağlıdırsa, digər səbəbi Heydər Əliyevin yürütdüyü dil siyasətinin keçən əsrin 90-cı illərinin ortalarından sonra daha geniş vüsət alması və həmin siyasətin 2000-ci illərdə sürətlə həyata keçirilməsidir. Görkəmli dilçinin hələ on il bundan qabaq söylədiyi aşağıdakı fikri də özünü tamamilə
doğruldur: "Təzə-təzə öyrənilməyə başlanan bu mövzunun (Heydər Əliyevin dil siyasətinin) daha dərindən və ətraflı tədqiqi hələ qabaqdadır. Onun gələcəkdə öz elmi şərhini yeni-yeni əsərlərdə tapacağına şübhə yoxdur. Bu mövzu, hə-
qiqətən, böyük tədqiqatlara layiqdir".
S.Əhmədova qeyd edir ki, Heydər Əliyevin yürütdüyü dil siyasəti onun milli dövlət quruculuğu siyasətinin tərkib hissəsidir.
Ümumiyyətlə, Heydər Əliyevin ana dilimizlə bağlı verdiyi bütün sərəncam, fərman və qərarlar indi də çox aktualdır, etibarlıdır. Azərbaycan dilçiləri bu sənədlərdən bəhrələnərək ana dilimizə daha məsuliyyətlə yanaşır, dilin ayrı-ayrı sahələri haqqında monoqrafiyalar, əsərlər yazır.
Heydər Əliyevin imzaladığı "Dövlət dili haqqında" Qanun da bu baxımdan hər zaman aktualdır, həm indiki, həm də gələcək nəsillərin istinad edəcəyi qiymətli sənəddir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə
– “Rosneft”in iki nəhəng zavodu vuruldu…
25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...
25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib
- FOTO
25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı
25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...
25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu
25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı
– pullar Özbəkistana qaytarılır...
25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı
25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı
25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi
25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı
– 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...
25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat
– Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...
25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu
25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur
25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı -
sanksiyalardan yayınmanın unikal yolu…
25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı
24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ...
Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...
24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL
– Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...
24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı
– müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...
24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır
- Trampın çağırışı ilə yox, başqa səbəbdən...
24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...
24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...
24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...
24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...
24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq
- Şübhəlidir...
24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?
24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...
24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)
24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj
- Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...
24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir"
- Maka Boçorişvili
24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...
24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu
24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir"
- Nazir
24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi
24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...
24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...
24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq...
şirkət direktoru məhkəmə qarşısına çıxarılır...
24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb
24.11.2026 / 18:25
Tramp demokratlara qarşı plan hazırlayıb -
yanvaradək...
24.11.2026 / 18:10
Rusiya-Ukrayna müharibəsində yeni cəbhə xətti:
Finlandiya savaş meydanına çevrilir
24.11.2026 / 18:02
İki baş həkim vəzifəsindən azad edildi
24.11.2026 / 17:50
Paşinyan Zəngəzur dəhlizində ilkin olaraq elektrik xəttini açmaq istəyir...
24.11.2026 / 17:33
Ramiz Mehdiyevin kürəkəni Əli Kərimlinin məhkəməsində hakimdən nə xahiş edib?..
24.11.2026 / 17:24
Gənclərin PUA-lar barədə praktiki vərdişlərə yiyələnməsi təmin ediləcək
24.11.2026 / 17:18
Mətbuat Şurası media subyektlərini jurnalist etikası qaydalarına əməl etməyə çağırdı
24.11.2026 / 17:02
Azərbaycan Vatikan Apostol Arxivi ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən sənəd imzalayıb
- FOTO
24.11.2026 / 16:48
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib
- FOTO
24.11.2026 / 16:37
"...yoxlasan, babası lütün biri olub"
- Siyavuş Novruzov
24.11.2026 / 16:21
Vüqar Rəhimzadə: Hər daşı, qayası tarix olan Kəlbəcər canlı təbiət muzeyini xatırladır
24.11.2026 / 16:12
İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında iki tankerin minaya düşdüyünü açıqlayıb
24.11.2026 / 15:59
Portuqaliyada qatarların yarıdan çoxu maşinistlərin tətili səbəbindən yoldan çıxıb
24.11.2026 / 15:57
Tramp və Rutte noyabrın 25-də danışıqlar aparacaqlar
24.11.2026 / 15:50
TRIPP-in açılışı Rusiya və İranın Ermənistana hücumlarını artırır...
24.11.2026 / 15:46
Tehrandan Vaşinqtona 7 maddəlik ultimatum
– şərtlər qəbul edilməsə, müharibə genişlənəcək...
24.11.2026 / 15:38
Zelenski nöqtəni qoydu -
"Krım körpüsü mövcud olmayacaq"...
24.11.2026 / 15:37
“Özbəkfilm” neyroşəbəkələr vasitəsilə film çəkməyə başlayacaq
24.11.2026 / 14:37
Memarlıq və İncəsənət İnstitutunun əməkdaşının məqaləsi Türkiyədə çapdan çıxıb
24.11.2026 / 14:18
Yunanıstan pasportunda Xankəndi “Stepanakert” kimi göstərilib
- XİN faktı araşdıracaq
24.11.2026 / 13:50
ABŞ-da Azərbaycan bayrağı ilə bağlı yayılan məlumatlar təkzib edildi
24.11.2026 / 13:25
İlham Əliyev Beynəlxalq Konqres qarşısında vəzifə qoydu - İpək yolunun bərpa imkanları...
- İpək yolunun bərpa imkanları...
24.11.2026 / 12:49
Qafqazda və Azərbaycan memarlığında Kəlbəcər abidələrinin yeri və rolu
24.11.2026 / 12:46
Azərbaycançılıq: milli suverenlik və dövlətçilik ideologiyası
24.11.2026 / 12:31
"Heç bir dastanımızda Azərbaycan kişisinin iki qadını yoxdur"
– Gündüz İsmayılov
24.11.2026 / 12:18
Prezidentin sosial şəbəkə hesablarında Monteneqronun Baş nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb
24.11.2026 / 11:56
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
- FOTO
24.11.2026 / 11:55
"Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib"
- Prezident
24.11.2026 / 11:31
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb
24.11.2026 / 11:25
Yaxın Şərq müharibəsi Avropaya sıçraya bilər
– Tehran ABŞ-ın Avropadakı müttəfiqlərinə xəbərdarlıq etdi
24.11.2026 / 11:05
ABŞ Suriyaya yenidən qoşun göndərir
– 15 ölkənin iştirakı ilə hərbi missiya planı...
24.11.2026 / 10:54
ABŞ-ın hərbi müşayiəti də kömək etmədi
– Hörmüzdə daha üç tanker alov aldı...
24.11.2026 / 10:46
ABŞ senatoru Prezident Əliyevi və Paşinyanı təbrik etdi
24.11.2026 / 10:23
Sürücülük hüququ olmayan şəxs ailəsi ilə birlikdə qəzaya düşdü...
24.11.2026 / 10:07
Yaxın Şərq yeni qarşıdurmanın astanasında
– Qətər Vaşinqtona xəbərdarlıq etdi...
24.11.2026 / 09:48
Bakıda yeni işıqforlar quraşdırılacaq
- avtobus sürücülərinin nəzərinə...
24.11.2026 / 09:12
Hacıqabulda müəmmalı ölüm
- ADSEA yayılan məlumatı təkzib etdi
24.11.2026 / 08:40
İran Ali rəhbərinin müşaviri TRİPP-i “saxta dəhliz” adlandırdı -
“Hörmüzdən dərs çıxarın” nə deməkdir?
24.11.2026 / 08:05
Rusiya Kosmosa nüvə peyki buraxır?
Alman kəşfiyyatından şok xəbər
23.11.2026 / 22:41
Moskvanın Avropada gizli casus əməliyyatı
– 20 milyondan çox elanın arxasındakı gizli plan ortaya çıxdı
23.11.2026 / 22:16
Türkiyə NATO-dan çıxa bilər
- Fidanın ikibaşlı anonsu...
23.11.2026 / 21:59
İllər əvvəl qırılmış Moskva-Tbilisi dialoqu müəmmalı şəkildə bərpa olundu...
23.11.2026 / 21:56
Hədəf mərkəzdə, ruh yüksəkdə!”
– Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri üçün oxatma təlimi keçirilib
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
XƏBƏR ARXİVİ