DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, avqustun 17-də Quba şəhəri ərazisində yol nəqliyyat hadisəsi nəticəsində xəsarət almış şəxs Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Avqustun 19-da kimliyi hələlik təsbit olunmayan həmin şəxs Quba RMX-da vəfat edib.
Tapılan zaman üzərindən heç bir sənəd aşkar olunmayıb. Həmin kişinin əlamətləri belədir: boyu 165-170 sm, arıq bədən quruluşlu, gözləri rəngi qonurdur, yaşı 60-70 arası. Bədəninin müxtəlif nahiyyələrində döymələr var: sol əlində barmaqlarının üzərində 1959 yazısı, sol biləyində “ana” yazısı, sağ biləyində “ata” yazısı, sol əlində baş barmağında ərəb dilində yazı...
Şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Quba Rayon Polis Şöbəsinə (02333) 5-43-02; (02333) 5-35-11 şəhər nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Nizam HƏMİDOV polis leytenantı