DİN Mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş rayon sakini 48 yaşlı Elvin Abdullayev saxlanıb.
Ona məxsus həyətyanı sahəyə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilmiş 166 ədəd çətənə kolu, 2 kisədə qurudulmuş marixuana, yaşadığı evdən isə 23 ədəd kibrit qutusunda çətənə bitkisinin toxumları aşkar edilərək götürülüb.
Saxlanan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.
Toğrul NƏSİRLİ polis leytenantı