DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan verilən məlumata görə, Salyan rayonunun Yenikənd kənd sakini olan bir qadın avqustun 11-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, üç gün əvvəl evindən 600 manat dəyərində qızıl-zinət əşyalarının və 100 manat pulunun oğurlandığını bildirib.
Salyan RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Salyan rayonu Yenikənd kənd sakini 40 yaşlı Ramil Hüseynov saxlanıb.
Dindirilmə zamanı saxlanan şəxs törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı qızıl-zinət əşyaları satdığı mağazadan maddi sübut kimi götürülüb. Faktla bağlı Salyan RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Toğrul NƏSİRLİ polis leytenantı