Atasını döyərək qətlə yetirmiş Tovuz rayon sakini tutulub. Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, sentyabrın 27-də Tovuz rayonunun Abulbəyli kəndində yaşayan Qafur Qarayev evdə ailə-məişət münaqişəsi zəminində atası İlhamı döyüb. Hadisə nəticəsində İlham Qarayev hadisə yerində ölüb.
Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Qarayev tutulub.