Bir neçə gün əvvəl Rusiyada qətlə yetirilən azərbaycanlı idmançının qatili tutulub. Bu barədə APA-ya mərhumun yaxın qohumu, hüquqşünas Səməd Vəkilov məlumat verib. Onun sözlərinə görə, Rusiyanın Sibay şəhərində bıçaqlanaraq öldürülən peşəkar karate ustası, 42 yaşlı Ceyhun Qəhrəmanovun meyiti Azərbaycana gətirilib, Bakının Pirşağı qəbiristanlığında torpağa tapşırılıb.
S. Vəkilov C. Qəhrəmanovun qatilinin artıq tutulduğunu deyib: "Bizə verilən məlumata görə, onu qətlə yetirən Özbəkistan vətəndaşı saxlanılıb”.