Tətilə üçün İstanbula gələn 2 Ukrayna vətəndaşını oğurlayaraq qarşılığında pul tələb edən azərbaycanlı saxlanılıb. Məlumata görə, 23 və 45 yaşlı O.Roman və 45 yaşlın V.B. adlı iki ukraynalını qaçıraraq, ailələrindən 150 min dollar tələb edən Azərbaycan vətəndaşı ona beh kimi verilən lüks avtomobilə minərkən tutulub.
İstanbulda Ukrayna Baş Konsulluğuna müraciət edən bir nəfər 23 yaşlı Roman O. və 45 yaşlı V. B. adlı şəxslərin qaçırıldığını, azad olunmaları üçün 150 min dollar tələb olunduğunu bildirib. Polisin istəyilə O.Romanın anası Lyudmila O. təqsirləndirilən şəxslə əlaqə saxlayaraq, tələbini qəbul etdiyini bildirib. Qadın şübhəli şəxslə bir hoteldə görüşüb. Qadın beh olaraq, ona lüks avtomobil verib. 46 yaşlı Ənvər S. adlı təqsirləndirilən şəxs oteldən çəxaraq maşına minərkən polis tərəfindən saxlanıb.
Polis idarəsinə gətirilən Azərbaycan əsilli Ənvər S. ukraynalı 2 turistin saxlandığı evi polisə göstərib. Hər iki şəxs azad olunub.
Axtarış zamanı evdən avtomat silah və güllə, saxta pasportlar, 9600 dollar aşkarlanıb.
Ənvər S. barəsində həbs-qətimkan tədbiri seçilib.