Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, cari il may ayının 25-də Tərtər şəhər sakini Elxan Hacıyev Goranboy Rayon Polis Şöbəsinə müraciət edərək, cari il may ayının 22-də "Mercedes” markalı avtomobili İlham adlı şəxsə 2500 ABŞ dollarına və 350 manata satmasını, lakin aldığı əskinaslardan 14 ədəd 100 dollarlığın saxta olmasını bildirib.
Faktla əlaqədar cinayət işi başlanıb.