Araşdırmalarla müəyyən edilib ki, Nahid Rəziyevin başçılıq etdiyi dəstənin üzvləri soyuq silah və maska əldə edərək Şüvəlan qəsəbəsi bağlar massivində yaşayan Həşimova Şövkət Əli qızının evinə giriblər. Onlar qadına zor tətbiq edərək pul və qızıl tələb ediblər. Qadın qışqıraraq qonşuları səsləyib. Bundan sonra dəstə üzvləri evi tərk ediblər.