Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanın hüquq mühafizə orqanları insan alverində şübhəli bilinən Qafur Bağırov adlı şəxsi yaxalamışdı. O, istintaqa ifadəsində azərbaycanlı qadınları fahişəliyə cəlb etmək məqsədi ilə Dubaya apardığını etiraf etmişdi və Dubayda bu işlərə Sevinc Xəlilovanın rəhbərlik etdiyini demişdi.
İnsan alverinin qurbanı olmuş qadınlar isə S.Xəlilova və ətrafındakı şəxslər tərəfindən Birləşmiş Ərəb Əmirliklərində fahişəliyə məcbur edildiklərini, sənədlərinin onlar tərəfindən gizlədilməsini və zorakılığa məruz qaldıqlarını bildiriblər.