Zaqatala rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun 3-cü Tala kəndində baş verib.
Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, 48 yaşlı Qazıməhəmməd İbrahimovu onun elə qohumu, kənd sakini 1984-cü il təvəllüdlü Günel Ömər qızı İsgəndərova tərəfindən bıçaqlanaraq qətlə yetirildiyi məlum olub. Məlumatda bildirilir ki, qətl şəxsi münasibətlər zəminində baş verib. Qətlə yetirilən Qazıməhəmməd İbrahimov bir-neçə il əvvəl həyat yoldaşından ayrılıb. Qətli törədən Günel İsgəndərova 3-cü Tala kənd orta məktəbində idman müəlliməsi işləyir. Hazırda körpə uşağı olduğu üçün analıq məzuniyyətindədir.