Belarusiyada yaşayan 46 yaşlı Azərbaycan əsilli sahibkar bir il ərzində təkrarən sürət həddini aşdığına görə sürücülük vəsiqəsindən məhrum edilməliydi. Bundan boyun qaçırmaq üçün o regionun yol polisi rəisinə rüşvət təklif edib.
Belə ki, o yol polisi idarəsinə gələrək masanın üzərinə 200 ABŞ dolları qoyub və ona qarşı ciddi cəza tətbiq etməməyi xahiş edib.