Yollarda da müxtəlif qəzalar qeydə alınıb. Belə ki, ötən gün respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, 1 nəfər ölüb, 16 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törədən 32 nəfər isə tutulub.