Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən xəbərə görə, polisə daxil olan əməliyyat məlumatı əsasında "Baron Aydın” ləqəbli Aydın Bağırovun tutulması üçün əməliyyat keçirilib. Şübhəli şəxslərin yeri müəyyən edilib və əraziyə əməliyyat qrupu çıxıb. Əməliyyat qrupunu görən şübhəli şəxslər bir-birinə xəsarət yetiriblər. Onlardan ikisi - Aydın Bağırov və onun oğlu Taleh saxlanılıb. Dəstənin digər üzvü Ənvər Məmmədov isə qaçıb.
Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış təbirləri davam etdirilir.
Məlumata görə, saxlanılan A. Bağırov kriminal aləmdə "Baron Aydın” ləqəbi ilə tanınır.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.