Gürcüstan vətəndaşı, milliyyətcə azərbaycanlı olan Qurban Mirzə oğlu Batırxanov "MsDonalds" restoranından çıxıb şəxsi avtomobilinə tərəf gedərkən ona taksi yaxınlaşıb. Taksidə olan killer "Makarov" tapançasından Q. Batırxanova 7 dəfə atəş açıb. Sonra taksi hadisə yerindən uzaqlaşıb. Q. Batırxanov hadisə yerindəcə ölüb.
Hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar nəticəsində məlum olub ki, Q. Batırxanov qətlə yetirildiyi məkanın yaxınlığında yaşayıb. Onun rəsmi olaraq heç yerdə işləmədiyi, qanunsuz taksi fəaliyyəti ilə məşğul olduğu bildirilir. Q. Batırxanovun məhz bu fəaliyyətinə görə rəqibləri tərəfindən qətlə yetirildiyi güman olunur.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin qətl və qanunsuz odlu silah gəzdirmə maddələri cinayət işi açılıb, araşdırma aparılır.