Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən 6 nəfərə hökm oxunub. Trend xəbər verir ki, Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Azərbaycan vətəndaşlarının cinayət işi üzrə məhkəmə prosesi bu gün başa çatıb.
Məhkəmə təqsirləndirilən şəxslər - Ruslan Mustafayevin 14 il, Tariyel Mustafayev, Namiq Məmmədov, Elvin Əliyev, Tural Həsənov və Fərid Muradovun isə 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qətnamə çıxarıb.