APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Ağdamın Ayaq Gərvənd kəndində qeydə alınıb. Xıdırlı kəndindən olan məcburi köçkün Həsənova Ayşən Hüseynqulu qızı evdə 6 sinifdə Hüseyn Həsənovla birgə olub. İlkin ehtimala görə, uşaqlar evdə oynayarkən H. Həsənovun əlindəki silahdan atəş açılıb və A.Həsənovaya dəyib. Nəticədə A. Həsənova aldığı güllə yarasından ölüb.