Cümə günü, 16 oktyabr 2026
     

Azərbaycan Avrasiyanın ən əlverişli logistik mərkəzinə çevrildi – Hindistan və Çindən Finlandiyayadək…

Image


Azərbaycanın yaratdığı  nəqliyyat infrastrukturu getdikcə daha çox ölkənin diqqətini özünə cəlb etməkdədir. Elə bu səbəbdəndir ki, qarşılıqlı ticarət əlaqələrini Azərbaycan üzərindən həyata keçirmək istəyən ölkələrin sayı da durmadan artır. Məsələn, elə bu günlərdə İranın Mazandaran vilayətinin Ticarət və Sənaye Palatası ilə Rusiyanın Samara vilayətinin administrasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Burada bildirilir ki, İranla Rusiya vilayətləri ticarət, kənd təsərrüfatı və sənaye məhsullarının istehsalı sahəsində əməkdaşlıq edəcək. Onlar arasında yükdaşımalar isə məhz Azərbaycan üzərindən həyata keçiriləcək.

Qeyd edək ki, Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu xətti istismara verildikdən sonra İranla Rusiya arasında ticarət əlaqələri daha da intensiv xarakter alıb. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın dəmir yolu sistemi hələ sovetlər dönəmindən Rusiya ilə birləşmişdi. Astara-Astara dəmir yolu isə Azərbaycan vasitəsilə İranın dəmir yolları sistemini Rusiya ilə birləşdirib. İmzalanmış müqaviləyə əsasən, İranın Mazandaran vilayətindən Samaraya kənd təsərrüfatı məhsulları, o cümlədən tropik meyvələr, tikinti materialları ixrac ediləcək. Samaradan İrana isə ağac, kənd təsərrüfatı texnikası və başqa mallar ixrac olunacaq. Bütün idxal-ixrac əməliyyatları Azərbaycan üzərindən həyata keçiriləcək ki, bu da ölkəmizin tranzit gəlirlərinin artmasına səbəb olacaq. Xatırladaq ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinin Qəzvin-Rəşt hissəsi artıq istifadəyə verilib. Yolun Rəşt-Astara hissəsində isə inşaat işləri davam edir. Bu layihə başa çatdıqdan sonra İrandan Rusiyaya və əks istiqamətə yükdaşımanın həcmi də artacaq.

Daha bir maraqlı məqam Avropa ilə bağlıdır. Belə ki, Litva Azərbaycan və ölkəmiz üzərindən yüklərin Avropaya ucuz daşınması üçün şərtlər təklif edir. Litvanın Nəqliyyat və Kommunikasiya Nazirliyi bildirir ki, Litva Bakı-Tiflis-Qars dəmir yolunu digər tədarük marşrutlarına alternativ olaraq nəzərdən keçirir: "Bizə bu marşrut üzrə Azərbaycanın daşıma planları maraqlıdır. Litva yaxşı işləyən multimodal nəqliyyat-logsitika sistemini yaradıb və tranzit ölkə qismində "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin tərkibində vacib rol oynayır. Ona görə də ölkəmiz Azərbaycana yüklərin Avropa və Skandaniva ölkələrinə təhlükəsiz, sürətli və ucuz daşınmasını təklif edir". Rus ekspert Aleksandr Karavayev bildirir ki, ümumiyyətlə, Azərbaycanın nəqliyyat imkanlarından istfiadə etmək istəyənlərin sayının daha da artacağını gözləmək olar. O, buna əyani misal kimi Hindistanı göstərir və qeyd edir ki, Azərbaycan Hindistanı Orta Şərq, Qafqaz, Mərkəzi Asiya, Rusiya və Avropa ölkələri ilə birləşdirən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi layihəsinin iştirakçılarından biridir. Bu layihənin reallaşdırılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır: "Azərbaycan ərazisindən dəhlizin bir hissəsinin keçməsinə baxmayaraq, ölkə "Şimal-Cənub" layihəsinin reallaşmasında həlledici rol oynayır. Çünki müxtəlif istiqamətləri birləşdirən nəqliyyat qovşağı kimi aparıcı rol məhz Azərbaycana aiddir. Azərbaycan dəhlizin keyfiyyətini Hindistanı Rusiya ilə birləşdirən ayrıca layihə şəklində deyil, “Şimal-Cənub”un meridianını “Bir kəmər – bir yol” layihəsinin seqmentləri ilə birləşdirən multimodal kommunikasiya qovşağı şəklində gücləndirir. Bunun məhz Azərbaycanda baş verməsi ölkəni yüklərin transnövlü ötürülməsində nəqliyyat habına çevirir. Eyni zamanda onu da vurğulamaq lazımdır ki, Azərbaycan sadəcə tranzit tariflərindən gəlir götürən tərəf deyil, həm də “Azərbaycan Dəmir Yolları” və “ASCO” nun timsalında dəhlizin vacib daşıyıcısıdır. Başa düşmək lazımdır ki, iştirakçılara yalnız müəyyən zaman keçdikdən sonra real mənfəət gətirən istənilən qəliz nəqliyyat layihəsi kimi, “Şimal-Cənub”da uzunmüddətli siyasi və iqtisadi diqqət tələb edir. Bu layihədə Azərbaycanın siyasi müstəvidə əldə edəcəyi dividendlərə gəlincə, onu demək istərdim ki, dəhliz ətrafında uzunmüddətli perspektivdə Hindistan iqtisadiyyatının inkişaf potensialından istifadə edəcək qəliz geosiyasi mövqe, fərqli iqtisadi dinamikalı ölkələr qrupunun formalaşması mühüm yer tutur. Qeyd etmək lazımdır ki, 2020-ci ilin sonu, 2030-cu illərin əvvəlinə Hindistan iqtisadiyyatı liderliyə yüksələ, ən azından ABŞ və Çinlə yanaşı, 3 ən böyük iqtisadiyyatdan biri ola bilər. Əsas dividend məhz bundan ibarətdir". Ekspert yükdışmalar sahəsində artıq Çinin də Azərbaycanla əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirdiyini bildirir. O deyib ki, Azərbaycanın çoxvektorlu siyasəti son illərdə fəal xarakterli siyasətə çevrilib. Yəni Azərbaycan müxtəlif geosiyasi qüvvələrə Cənubi Qafqazda öz layihələrini təklif edir. Karavayev bu kontekstdə “Yeni İpək Yolu” layihəsinin rolunu xatırladaraq bildirir: “Azərbaycan yol xəritələri mövzusunu fəal inkişaf etdirərək, bu xəritələri öz layihələri ilə zənginləşdirir ki, bu da bilavasitə çox əhəmiyyətli “Şimal-Cənub” dəhlizində əks olunur. Burada o da mühümdür ki, Moskva ilə Bakı arasında müzakirə edilən layihələr iki ölkənin bu beynəlxalq dəhlizlərə, xidmət, əmtəə və işçi qüvvəsi axınına cəlb olunması səviyyəsini yüksəldir. Qarşıdakı dövrdə Azərbaycan bundan böyük dividendlər əldə edəcək”.

Beləliklə, bütün bunlar aydın göstərir ki, Azərbaycanın reallaşdırdığı layihələr Asiya və Avropa arasında enerji, nəqliyyat və ticarət əlaqələrinin daha da gücdənməsinə yeni təkan verir. Çünki Avropa ilə Asiya arasında körpü rolu oynayan Azərbaycan çox böyük tranzit imkanlara malikdir. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin həyata keçirilməsində əvəzolunmaz rola malik olması Azərbaycanı ticarət yollarının çoxunun birləşdiyi əlverişli logistik mərkəzə çevirir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ