27/01/2020 00:42
728 x 90

Tikinti şirkətlərinə böyük vergi jesti - “novostroyka” qiymətlərini nə gözləyir...

Nüsrət İbrahimov: “…mənzillərin satış qiymətinə əhəmiyyətli təsiri olmayacaq”

img

Gələn ildən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və ya müvafiq ixtisaslı peşəkar sifarişçi, yaxud podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin, habelə başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər) barədə vergi ödənişi əvvəlki qaydada olmayacaq. Bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Həmin şəxslər vahid vergi rejimində (əlavə dəyər vergisi (ƏDV) və mənfəət vergisi metodu) fəaliyyət göstərəcəklər. Eyni zamanda, gələn ildən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlətə ayrılan hissə təqdim edildikdə, əmlaka görə əldə edilən gəlirlər vergiyə cəlb olunan gəlirlər hesab edilməyəcək. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binanın yaşayış sahəsinin dövlətə ayrılan hissəsinin təqdim edilməsi əlavə dəyər vergisindən (ƏDV) azad ediləcək.

Maraqlıdır, tikintidə yeni vergi rejiminin tətbiqi mənzil bazarındakı qiymətlərə necə təsir edəcək?

  • “Bu addım tikinti sektorunda mühasibatlıq uçotunun normal vəziyyətə gətirilməsi və ölkə üzrə mərkəzləşdirilmiş statistik rəqəmlərə çıxmaq üçün atılır”

Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov bildirdi ki, bina tikintisi ilə məşğul olanlar üçün yeni vergi sistemi gələn ildən qüvvəyə minəcək: "Azərbaycanda tikinti sahəsində yeni vergi rejiminin tətbiqinin mənzillərin satış qiymətinə əhəmiyyətli təsiri olmayacaq. Tikinti şirkətlərinin marjası əvvəlkinə nisbətən xeyli azalsa da, yenə də böyükdür. Əvvəllər marja 80 faiz idisə, hazırda 35-40 faiz civarındadır. Məlumat üçün bildirim ki, ümumilikdə, sənayedə bu göstərici 10-20 faizdir. Ona görə də mənzillərin satış qiymətlərinə təsiri inandırıcı deyil". Onun sözlərinə görə, bu addım tikinti sektorunda mühasibatlıq uçotunun normal vəziyyətə gətirilməsi və ölkə üzrə mərkəzləşdirilmiş statistik rəqəmlərə çıxmaq üçün atılır: "Bu dəyişiklik tikinti şirkətlərinin hesabatlarını düzgün hazırlaması üçündür. Son nəticədə vergi uçotunun aparılmasına nail olunacaq".

Günel CƏLİLOVA

Son xəbərlər