Cümə günü, 16 oktyabr 2026
     

Dünyanın ən böyük əhalisinə malik ölkələrdən Azərbaycana yeni axın başlanacaq

Image


Bu gün dünya dövlətlərinin xüsusi diqqət mərkəzində yer alan əsas məqamlardan biri turizm sektoru, daha çox turistin cəlbi ilə bağlıdır. Çünki bu məqam əksər ölkələrdə iqtisadi inkişafın əsas məhək daşlarından biri sayılır.

Qeyd olunan xüsusda son illərdə Azərbaycanda atılan addımlar da artıq öz müsbət nəticəsini verməkdədir. Bunu ölkəyə gələn tursitlərin artım dinamikası da təsdiq edir. Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bildirir ki, yanvar-noyabr aylarında Azərbaycana gələn xarici vətəndaşların sayı 2 milyon 900 mini keçib. Onun sözlərinə görə, bu, ötən illə müqayisədə 11,1 faiz artım deməkdir: “İlk beşlikdə ənənəvi olaraq Rusiya, Gürcüstan, Türkiyə, İran və Səudiyyə Ərəbistanı vətəndaşlarıdır. Demək olar ki, bütün bazarlarda artım davam edir. Avropa, Mərkəzi-Cənubi Asiya istiqamətindən, Yaxın Şərq bazarından müəyyən ölkələrdə azalma var. Amma ümumi mənzərədə müsbət tendensiya davam edir”.

Kənan Quluzadə bildirib ki, Yaxın Şərqin bəzi ölkələrində azalmanın bir neçə faktoru var: “Birincisi, həmin ölkələrdən çıxışla bağlı problem var. Yəni Azərbaycanda qəbulla bağlı problem yoxdur. Yaxın Şərq qeyri-stabil regiondur. Məsələn, İraqdan gələnlərin sayı azalıb. Bu azalma bəzi ölkələrdə uçuşların azalması ilə bağlıdır. Ümumilikdə götürəndə həmin ölkələrdən gələn turistlərin tendensiyası belədir ki, onlar bir neçə il ərzində bir istiqamətə axışırlar, sonra isə bazarlarını dəyişirlər”. K.Quluzadənin sözlərinə görə, bu nəzərə alınaraq, bu il daha çox yeni bazarların açılmasına üstünlük verilib ki, Azərbaycana gələn xarici vətəndaşların sayı təkcə müəyyən bazarlara köklənməsin, coğrafiyası daha geniş olsun: “Buna da nail ola bildik. Məsələn, Hindistan, Çin, Pakistan bazarı bizim üçün yeni bazardır”.

Ekspertlər bildirir ki, böyük əhali sayına və güclü iqtisadiyyata malik Çin və Hindistandan turist axınının təmin edilməsi bu sahədə Azərbaycana mühüm üstünlüklər vəd edir. Qeyd edək ki, Azərbaycan dünyanın 7-ci böyük iqtisadiyyatına malik  Hindistanla iqtisadi əlaqələrini sürətlə inkişaf etdirir. İqtisadi yaxınlaşmada turizm sahəsində əməkdaşlıq, daha dəqiq desək, Hindistan vətəndaşlarının Azərbaycana sayı getdikcə artan turist səfərləri böyük rol oynayır. 2018-ci ildə Hindistandan Azərbaycana 40 mindən çox turist gəlib. Bu, 2017-ci ilə nisbətən 2,7 dəfə çoxdur. 2019-cu ilin yanvar-oktyabr aylarında isə ölkəmizə səfər edən hindistanlı turistlərin sayı illik müqayisədə 66,5% artaraq 51 min nəfərə çatıb.

Hindistanın "VMS Travels Tours LTD" şirkətinin icraçı direktoru Srini Rao bildirib ki, təmsil etdiyi şirkət ikitərəfli turizm əlaqələrinin inkişaf etdirilməsində xüsusi maraqlıdır. Onun sözlərinə görə, hər il təxminən 20 milyon hindistanlı dünyanı turist kimi gəzir. Bunun cəmi 0,2%-i ötən il Azərbaycana gəlib ki, bu da çox aşağı göstəricidir:“Bu rəqəmi artırmaq mümkündür. Hazırda Azərbaycanla Hindistan arasında birbaşa aviareys yoxdur. Bu isə turizm əlaqələrində böyük boşluqdur. Ümid edirəm ki, birbaşa uçuşlar tezliklə reallaşacaq və iki ölkə arasında turizmin inkişafına xidmət edəcək”. Ş.Rao həmçinin deyib ki, təmsil etdiyi turizm şirkətinin müştəriləri Azərbaycanla, xüsusən paytaxt Bakı ilə çox maraqlanır: “Bakı son vaxtlar Hindistanda məşhurlaşıb. İnanıram ki, bura səfər edən hindistanlıların sayı sürətlə artacaq. Ümid edirəm ki, Azərbaycan bu imkandan istifadə edəcək və ölkənin turizm potensialını Hindistanda təşviq edəcək”.

Çindən gələnlərin də sayının artması Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, 2019-cu ilin yanvar-sentyabr dövründə Azərbaycana səfər edən çinli turistlərin sayı 20 min nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 64 faiz artım deməkdir. Amma bu rəqəm kifayət qədər azdır və ölkənin daha böyük sayda çinli turisti qəbul etmək imkanı var. Qeyd edək ki, 2018-ci ilin dekabrından etibarən Çinin Pekin şəhərində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyi fəaliyyət göstərir. Bakı ilə Çinin Pekin və Urumçi şəhərləri arasında birbaşa hava nəqliyyatı əlaqəsinin olması, Çin vətəndaşları üçün 2016-cı ilin fevralından etibarən sadələşdirilmiş viza rejiminin tətbiqi, “Asan Viza” sisteminin fəaliyyəti çinli turistlərin Azərbaycana səfər imkanlarını genişləndirib. Bir məqamı da xüsusi vurğulmaq lazım gəlir ki, çinli turistlər yüksəkbüdcəli sayılır. Məsələn, Çindən olan turistlər təkcə ilin birinci yarısında xaricdə 128 milyard ABŞ dolları məbləğində pul xərcləyiblər. Son bir neçə ildir xaricə turizm səfərlərinin sayına görə çinlilər dünyada birinci yeri tutur. Qlobal turizm gəlirinin təxminən 15 faizi çinli turistlər tərəfindən təmin edilir. Çinin Milli Turizm Administrasiyasının məlumatına əsasən, ötən il Çindən xaricə təxminən 150 milyon turist səfəri qeydə alınıb. Bu fonda Çindən Azərbaycana turist səfərlərinin sayının artması ölkəmiz üçün böyük önəm kəsb edir. Hesablamalar göstərir ki, görülən işlər nəticəsində 2023-cü ildə Azərbaycana artıq 4 milyona yaxın turist cəlb etmək mümkün ola bilər. Amma burada həllini gözləyən bir sıra mühüm məqamlar da var. Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov bu xüsusda bildirib: “Əcnəbilər arasında keçirilmiş rəy sorğusu nəticəsində məlum olub ki, onların 53,2%-i nəqliyyat, gecələmə, qidalanma və digər xidmətləri əhatə edən “Hər şey daxil” tur paketlərindən, 21,9%-i yalnız nəqliyyat və gecələmə xidmətlərindən, 12,6%-i isə yalnız nəqliyyat və qidalanma xidmətlərindən istifadə edib. Azərbaycan regionlarından Qəbələ, Şəki, Quba və Qusar turistlərin dincəlməyə üstünlük verdiyi əsas yerlər olub. Turistlərin narazı qaldığı məqamlar aviabilet və yerləşmənin qiymətləri, həmçinin bölgələrdə görməli yerlərə əlçatanlıq səviyyəsi, ictimai nəqliyyatın keyfiyyətidir”. Bu qəbildən olan məsələlərin həlli Azərbaycana üz tutan xaricilərin sayını daha da artıra bilər.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ