12/12/2019 17:48
728 x 90

POS-terminal quraşdırmayan obyekt sahibləri cərimələnəcək...

Pərviz Heydərov: “POS-terminalların sayının artırılması üçün ticarət obyektləri...”

img

Azərbaycanda POS-terminalların quraşdırılmaması və ya quraşdırıldığı halda tətbiq etməkdən imtina edilməsi hallarına görə 2020-ci il yanvarın 1-dən maliyyə sanksiyalarının tətbiq olunacağı nəzərdə tutulub. Bu barədə Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı brifinqdə Vergilər Nazirliyinin Vergi Siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva məlumat verib.

O qeyd edib ki, bu hala təqvim ili ərzində ilk dəfə yol verildikdə 1000 manat, ikinci dəfə yol verildikdə 3000 manat, üçüncü dəfə yol verildikdə 6000 manat maliyyə sanksiyası tətbiq ediləcək: “Bu, nəzarət-kassa aparatının tətbiq edilməməsinə bərabər tutulan maliyyə sanksiyalarıdır. Vergilər Nazirliyi ticarət obyektləri və xidmətlərində POS-terminal quraşdırmaqdan imtina edən və müştərilərə təqdim etməyənləri cərimələyəcək”.

Azərbaycanda POS-terminalların quraşdırılmamasına görə obyekt sahibinə sanksiya tətbiq olunması və ya 6000 manat dəyərində cərimə olunması ekspertlər tərəfindən müsbət qiymətləndirilir.

  • “Ticarət obyektinin özü POS-terminalın olmasında maraqlı deyilsə, o, qeyd olunan aparatın quraşdırılmasından yayınacaq”

İqtisadçı-ekspert Pərviz Heydərov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Vergilər Nazirliyinin POS-terminal quraşdırmayan obyektlərlə bağlı qərarının əhəmiyyəti böyükdür: “Nəzərə almaq lazımdır ki, əhalinin əlində plastik kartların artım tempi ilə iaşə obyektlərindəki POS-terminalların sayı uyğun gəlmirdi. Ticarət obyektlərində POS-terminalların sayı artmaq əvəzinə, əksinə, azaldı. Bu qeyri-normal haldır. POS-terminal vasitəsilə ödənişlərin ölkədə genişləndirilməsi bir çox mənada əhəmiyyətlidir. POS-terminalların sayının azalması iqtisadiyyat üçün ciddi siqnaldır. Onların sayının artması üçün aidiyyəti qurumlar müvafiq işlər görüb. Hətta Prezident İlham Əliyev də POS-terminalların sayının artması məsələsinə toxunub. POS-terminalların sayının artmasında ticarət obyetkləri maraqlı olmalıdırlar. Bunun üçün iaşə obyektləri stimullaşdırılmalıdır. Ticarət obyektinin özü POS-terminalın olmasında maraqlı deyilsə, o, qeyd olunan aparatın quraşdırılmasından yayınacaq. İlk növbədə iaşə obyekti sahibləri stimullaşdırılmalıdır ki, onlar POS-terminal quraşdırmaqda maraqlı olsunlar. POS-terminalların sayının artırılması üçün ticarət obyektləri ya stimullaşdırılmalı, ya da buna qarşı çıxanlara dair inzibati metod gücləndirilməlidir. Bu istiqamətdə Vergilər Nazirliyinin gördüyü iş təqdirəlayiqdir”.

Günel CƏLİLOVA

Son xəbərlər