çərşənbə axşamı günü, 18 avqust 2026
     

Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı brifinq keçirildi…

Image


Dekabrın 3-də Vergilər Nazirliyində Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin əsas istiqamətləri ilə bağlı brifinq keçirilib. Vergilər Nazirliyinin Vergi Siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva Məcəlləyə əlavə və dəyişikliklərin əsas məzmunu, başlıca istiqamətləri, iqtisadi hədəfləri və alətləri haqqında kütləvi informasiya vasitələrinin nümayəndələrinə ətraflı məlumat verib.

Bildirilib ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi olan vergi siyasəti iqtisadiyyatın bugünkü tələblərinə uyğun olaraq təkmilləşdirilir. Ölkədə sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə vergi qanunvericiliyinə dəyişikliklər layihəsi hazırlanıb və qanun layihəsi Milli Məclis tərəfindən qəbul edilib. Qanun ölkə Prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.

Qeyd  olunub ki, Vergi Məcəlləsinə dəyişiklikləri iqtisadi hədəflər və islahatın məqsədləri baxımından 7 əsas istiqamət üzrə təsnifləşdirmək olar. Bunlar - bərabər və şəffaf fiskal mühitin təmin edilməsi; ƏDV inzibatçılığının təkmilləşdirilməsi; sahibkarların inzibatçılıq yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi; sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi) yükünün azaldılması; sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergitutma bazasının genişləndirilməsi; beynəlxalq vergitutma və məlumat mübadiləsi üzrə öhdəliklərin yerinə yetirilməsi kimi məqsədləri əhatə edir.

S.Musayeva ədalətli rəqabətin şərti kimibərabər və şəffaf fiskal mühitin təmin edilməsinin əsas məqsədlərdən biri olduğunu və bu hədəf qrupu üzrə müəyyən edilmiş dəyişikliklərin şərti olaraq 3istiqaməti əhatə edəcəyini diqqətə çatdırıb. Bunlar - əmtəəsiz əməliyyatlar aparan vergi ödəyicilərinə qarşı mübarizənin aparılması; riskli vergi ödəyicilərinə nəzarətin gücləndirilməsi və vergidən yayınma hallarına qarşı mübarizənin genişləndirilməsini əhatə edir.

Bildirilib ki, qanunvericiliyə edilmiş dəyişikliklər əmtəəsiz və riskli əməliyyatlar aparan vergi ödəyicilərinə qarşı mübarizənin gücləndirilməsi, habelə bu cür əməliyyatların vergiyə cəlb olunması ilə bağlı kompleks tədbirləri özündə əks etdirən bir sıra müddəaları nəzərdə tutur. Qanunvericilik əmtəəsiz əməliyyatlar üzrə yaranan vergi öhdəliklərinin benefisiar (faydalanan) şəxsin üzərinə qoyulması, əmtəəsiz və riskli əməliyyatlar çərçivəsində əldə olunmuş sənədlərin gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilməməsi, əmtəəsiz və riskli əməliyyatlar çərçivəsində aparılan əməliyyatlar üzrə ödənilmiş ƏDV-nin əvəzləşdirilməməsi ilə bağlı dəyişiklikləri özündə əks etdirir.

Məcəlləyə dəyişikliklərdə riskli vergi ödəyicilərinin meyarlarının müəyyən edilməsi ilə bağlı hüquqi bazanın yaradılması nəzərdə tutulub. Ümumiyyətlə, riskli vergi ödəyicilərinə münasibətdə bir sıra kompleks məhdudlaşdırmalar tətbiq ediləcək. Belə ki, riskli vergi ödəyiciləri barədə məlumatlar kommersiya və vergi sirri olmayan məlumat hesab ediləcək, vergi ödəyicisi riskli vergi ödəyicisi meyarına uyğun gəldiyi halda, bu hal onda növbədənkənar səyyar vergi yoxlamasının və operativ vergi nəzarəti tədbirinin aparılmasına əsas kimi müəyyən ediləcək. Bununla yanaşı, vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda, vergi orqanı vergini onun ödənildiyi tarixədək hesablamaq hüququna malik olacaq, belə ödəyicilərə münasibətdə vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadılmayacaq, həmçinin həmin ödəyicilərin artıq ödənilmiş vəsaitii vergi ödəyicisinin fəaliyyəti üzrə vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra qaytarılacaq və riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər əvəzləşdirilməyə əsas verən sənəd hesab edilməyəcək.

Vergidən yayınma hallarına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı dəyişikliklər belə hallara qarşı vergi qanunvericiliyinin müddəalarının bir qədər də sərtləşdirilməsini ehtiva edir. Dəyişikliklərdə POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə onların quraşdırılmasından və nağdsız ödənişlərin qəbul olunmasından imtina hallarına görə maliyyə sanksiyalarının tətbiqi yer alıb. Bundan başqa, ƏDV ödəyicilərinin bank hesabları üzrə aparılmış əməliyyatları barədə məlumatların elektron formada banklar tərəfindən aylıq olaraq dövlət vergi orqanlarına təqdim edilməsi, vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyanın tətbiqi üçün əsas yaradan müvafiq sənədləşmə tələblərinin dəqiqləşdirilməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı vergiyə cəlb olunan gəlirlərin müəyyən edilməsi mexanizminin aydınlaşdırılması və vergi nəzarətinin təkmilləşdirilməsi bu dəyişikliklərə aiddir.

ƏDV inzibatçılığının təkmilləşdirilməsi istiqamətinə toxunan S.Musayeva qarşıdakı ildən etibarən ƏDV-nin kassa metodu əsasında hesablanmasının mütərəqqi yenilik olduğunu diqqətə çatdıraraq qeyd edib ki, dəyişikliyə qədər mövcud olan qayda ƏDV ödəyicilərinə inzibatçılığın qurulmasında çətinliyin yaranmasına və maliyyə yükü ilə üzləşməsinə səbəb olurdu. Belə ki, ƏDV tutulan əməliyyatın vaxtının müəyyən edilməsinin qanunla müəyyən olunmuş bir neçə halla şərtləndirilməsi ƏDV inzibatçılığını mürəkkəbləşdirir və vergi ödəyicisinə ƏDV tutulan əməliyyatın vaxtının müəyyən edilməsində çətinliklər yaradırdı. Eyni zamanda, bir çox hallarda təqdim edilmiş malların (işlərin, xidmətlərin) tam dəyəri alıcı tərəfindən ödənilmədiyi halda (və yaxud 30 gündən sonra ödənildiyi hallarda), satıcı daxil olmayan pul vəsaitinə görə ƏDV hesablamağa və ödəməyə borclu idi ki, bu da vergi ödəyicisinin maliyyə yükünü artırmış olurdu. Yeni dəyişikliklər isə ƏDV ödəyiciləri tərəfindən ƏDV tutulan əməliyyatın vaxtının müəyyən olunmasında inzibatçılığı əhəmiyyətli dərəcədə yüngülləşdirməklə yanaşı, vergi ödəyicisinin maliyyə vəsaitinə qənaət etməsinə gətirib çıxaracaq.

Bu istiqamət ƏDV inzibatçılığı ilə bağlı bir neçə dəyişikliyi özündə əks etdirir. Bunlar -  ƏDV tutulan əməliyyatın vaxtının təqdim edilmiş mala (işə, xidmətə) görə pul vəsaitinin vergi ödəyicisinin sərəncamına daxil olduğu vaxtla müəyyən edilməsi; ƏDV tutulan əməliyyatlar üzrə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi hallarının və vaxtının dəqiqləşdirilməsivə ödənilmiş ƏDV-nin elektron qaimə-faktura əsasında əvəzləşdirilməsi ilə bağlı yeniliklərdir. 

Sahibkarların inzibatçılıq yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi istiqaməti üzrə Vergi Məcəlləsinə elektron vergi hesab-fakturasının və elektron qaimə-fakturanın vahid sənədlə, yəni elektron qaimə-faktura ilə əvəz edilməsi, vergi orqanında uçotda olmayan şəxslərdən alınmış mallara görə tərtib edilən “Malların alış aktı” ciddi hesabat blankının elektronlaşdırılması, agent qaydasında aparılan əməliyyatlar üzrə sənədləşmənin çevik tənzimlənməsi ilə bağlı dəyişikliklər nəzərdə tutulur.

Sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi) yükünün azaldılması istiqaməti vətəndaşların rifah halının yaxşılaşdırılması məqsədi daşıyır. Belə ki, quş əti satışının ƏDV-dən azadolma müddətinin daha 4 il müddətinə uzadılması, habelə heyvan ətinin satışının 4 il ərzində ƏDV-dən azad edilməsi, fiziki şəxslər tərəfindən vergidən azad olunmaqla təqdim edilən yaşayış sahəsində azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olma müddətinin 3 təqvim ilinə endirilməsi, fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin təqdim edilməsi zamanı yaşayış sahəsinin 30 kvadratmetrinin istisnasız olaraq vergidən azad edilməsi bu qəbildən olan dəyişikliklərdir.Bundan başqa, peşə təhsili müəssisələri üçün dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətinin ƏDV-dən azad edilməsi, icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsinin 1 il müddətinə ƏDV-dən azad edilməsi, fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 30 faizinin həmin fiziki şəxslərə qaytarılması da sosial xarakterli güzəştlərə aiddir.

Qanunvericilik sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması ilə bağlı bir sıra dəyişiklikləri də nəzərdə tutur. Qeyd olunub ki, sabit qəbz almaqla vergi ödəyən fiziki şəxslərin sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğinin azaldılması, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələrin ƏDV-dən azad edilməsi, ixracın təşviqi məqsədilə dövlət büdcəsinin vəsaiti hesabına ödənilən ixrac təşviqinin vergidən azad edilməsi, vergi ödəyicisi tərəfindən quraşdırılan yeni nəsil nəzarət-kassa aparatına çəkilən xərclərin müəyyən olunmuş hədd daxilində onun vergi öhdəlikləri ilə əvəzləşdirilməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə ayrılan hissəyə güzəştin verilməsi, sənaye və texnologiyalar parklarının rezidentlərinə verilən vergi güzəştlərinin müddətinin 7 ildən 10 ilədək artırılması bu qəbildən olan dəyişikliklərdəndir.

Vergitutma bazasının genişləndirilməsini hədəf götürən əsas dəyişiklikləraksizli mallar və bina tikintisi ilə bağlı yenilikləri nəzərdə tutur. Bir sıra aksizli malların aksiz dərəcələrinin artırılması, digər malların aksiz dərəcələrinin isə optimallaşdırılması,habelə tündləşdirilməmiş alkoqollu içkilərin aksizli malların siyahısına əlavə edilməsi və aksizli mallar üzərində vergi nəzarətinin təkmilləşdirilməsi ilə bağlı dəyişikliklər bu qəbildəndir. Bundan başqa, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergitutuma metodunun ləğv edilməsi və həmin şəxslərin vahid vergi rejimində fəaliyyət göstərməsinin təmin olunması, hüquqi şəxslər tərəfindən mülkiyyətində yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinin notarius tərəfindən sadələşdirilmiş vergiyə cəlb olunmasının ləğv edilməsi və həmin əməliyyatların ƏDV-yə və mənfəət vergisinə cəlb olunması da vergitutma bazasının genişləndirilməsinə xidmət edəcək.

S.Musayeva, həmçinin, qanunvericiliyə beynəlxalq vergitutma və məlumat mübadiləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı edilmiş mühüm dəyişikliklər barədə də məlumat verib. Bildirilib ki, Vergi Məcəlləsinə ilk dəfə olaraq Transmilli Şirkətlər Qrupu anlayışı daxil edilib və bu qrupa daxil olan rezident müəssisə tərəfindən müəyyən şərtlər daxilində vergi orqanına hesabat təqdim edilməsi müəyyən olunacaq. Dəyişikliklərə əsasən, beynəlxalq müqavilələrdə və sazişlərdə nəzərdə tutulduğu hallarda, Azərbaycanın dövlət vergi orqanları ilə digər dövlətin vergi orqanları tərəfindən Azərbaycanda və ya həmin digər dövlətdə fəaliyyət göstərən vergi ödəyicisində birgə vergi yoxlamalarının aparılması, həmçinin beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda, xarici dövlətlərin vergi orqanlarının müraciətinə əsasən, həmin xarici dövlətdə yaranmış vergi borcunun alınmasının birgə təşkili nəzərdə tutulur.

Sonda KİV nümayəndələrinin sualları cavablandırılıb.

Baki-xeber.com



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

18.08.2026 / 18:53
İrandan ABŞ-a net mesaj - blokada və sanksiyalar qaldırılana qədər Hörmüz açılmayacaq...

18.08.2026 / 18:37
İran ABŞ-ın Hörmüz blokadasını qırmaq üçün hücuma hazırlaşır...

18.08.2026 / 18:20
Bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

18.08.2026 / 18:06
Rusiyada yanacaq böhranının ikinci dalğası başladı – YDM-lərin yalnız 28 faizində benzin var…

18.08.2026 / 17:50
Ağ Ev üzvü gizli dipmissiya ilə Rusiyaya gedibmiş - ikitərəfli “mədəni” əlaqələri təşviq etmək üçün…

18.08.2026 / 17:48
Ərdoğanın Avropa Birliyi ilə münasibətlərində qaranlıq şey qalmadı - məsələnin Azərbaycana təsiri olacaq?..

18.08.2026 / 17:34
Rusiya Xəzər dənizi vasitəsilə İrana dron və sursat tədarük edir…

18.08.2026 / 17:19
İndi də İran ABŞ-dan əl çəkmir - ABŞ-la İran rol dəyişdirirlər...

18.08.2026 / 17:02
Tramp Hörmüz boğazının xəritəsini "yeni ABŞ ərazisi" adı ilə paylaşdı…

18.08.2026 / 16:47
Paşinyan Rusiya ilə KTMT mübahisəsini özünə lazımlı sonu görünməyən ritorikaya çevirir...

18.08.2026 / 16:31
Türkiyədə yayın dadı yalnız dənizdə deyil, süfrədə də yaşanır

18.08.2026 / 16:16
Mütəşəkkil köləlik: Rusiyanın sərt miqrant qaydaları

18.08.2026 / 16:05
Doğum sürətlə azalır, ölüm sayı artır...

18.08.2026 / 16:01
Ermənistan-Azərbaycan sərhədində ticarət - Ermənistanın tekstil istehsalı Azərbaycan xammalına əsaslana bilər...

18.08.2026 / 15:56
Rusiyanın Ukraynadakı quru qoşunları ardıcıl şəkildə zəiflədilir... Necə?

18.08.2026 / 15:51
"Təhlükəsizlik bizim gündəliyimizdə prioritet olmağa davam edəcək"" - Prezident

18.08.2026 / 15:49
Kedminin Azərbaycan tarixini hədəfə alan ritorikası - tarixi silmək cəhdi, yoxsa yeni siyasi təxribat?

18.08.2026 / 15:26
Prezident İlham Əliyev Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

18.08.2026 / 13:58
Türkiyə Qara dənizdə alternativ logistika yaradır - İydərə limanı

18.08.2026 / 13:43
Bəşər Əsədin əmisi oğlu da edam cəzasına məhkum edildi...

18.08.2026 / 13:26
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı...

18.08.2026 / 13:20
Rusiyada miqrantlar üçün giriş tələblərinin daha da sərtləşdirilməsi təklif edildi...

18.08.2026 / 13:07
Tramp Məkkə sazişinə rişxənd elədi...(?)

18.08.2026 / 12:51
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

18.08.2026 / 12:36
Ukrayna ilk dəfə Rusiya daxilindəki hədəfləri Britaniya dronları ilə vurdu – Moskva Londonu hədələdi…

18.08.2026 / 12:14
Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşdu

18.08.2026 / 12:02
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

18.08.2026 / 12:00
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

18.08.2026 / 11:46
Mətbuat Şurası Bəyanat yaydı

18.08.2026 / 11:41
Mətbuat Şurası Rusiya KİV-lərində Azərbaycana qarşı təhdidləri pislədi - BƏYANAT

18.08.2026 / 11:30
Hörmüz boğazında daha bir gəmiyə atəş açıldı – ölən var…

18.08.2026 / 11:19
Trampın reytinqi 33%-ə düşüb - Reuters/Ipsos

18.08.2026 / 11:09
Trampın komandası ilə bağlı maraqlı fakt ortaya çıxdı - 57 məmurun sərvəti dodaq uçuqlatdı…

18.08.2026 / 10:55
Axtarışda olan 101 nəfər saxlandı

18.08.2026 / 10:41
Lavrov qəzəbləndi - Yaponiya "əxlaq həddini aşıb", səfir XİN-ə çağırıldı, amma gəlmədi

18.08.2026 / 10:18
İran Bərzaninin ofisinə edilən hücuma münasibət bildirdi – ehtiyatsızlıq…

18.08.2026 / 10:02
Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olundu

18.08.2026 / 09:43
Tovuzda avtomobil su arxına düşdü, sürücü öldü

18.08.2026 / 09:25
Ukrayna Qara dənizdə rus nefti daşıyan Yunanıstan tankerini vurdu…

18.08.2026 / 09:03
Elbrusda 8 alpinist itkin düşdü

18.08.2026 / 08:24
Türkiyənin S 400-nə dünyada sahib çıxan yoxdur - milyardlar metalloma verilə bilər

18.08.2026 / 07:12
Kuşner Yaxın Şərq səfərindən “əliboş” döndü - Netanyahu “öncə HƏMAS” dedi

18.08.2026 / 06:53
Yaponiya səfiri Rusiya XİN-ə getmək qərarı verdi - Lavrovun atmacasından sonra…

18.08.2026 / 06:41
Xaricdən maliyyələşmə şübhəsi “Yabloko”nu Dumadan kənarda qoydu

18.08.2026 / 06:29
Qara dənizdə Rusiya nefti daşıyan yunan gəmisinə hücum edilib

18.08.2026 / 06:16
Konqres Demokratları Trampın səlahiyyətlərini məhdudlaşdırmaq niyyətindədir - Omana təhdidlərdən sonra…

18.08.2026 / 06:08
Fidan və Araqçi arasında yeni “Hörmüz müzakirəsi” - sırada nə var…

17.08.2026 / 21:47
İran ABŞ-a bir neçə həftə vaxt verdi – razılaşma yerinə yetirilməsə, hücuma başlayacağıq…

17.08.2026 / 21:23
Saakaşvili düz deyirsə, Gürcüstan Bakı və İrəvana qarşı Kremlin oyunlarını oynayacaq...

17.08.2026 / 20:56
Zəngəzur dəhlizindən İrana ikinci dəmir yolu - ABŞ-İran savaşı davam etsə...

17.08.2026 / 20:43
Putinin öz partiyası da xarici maliyyə mənbələrindən asılı vəziyyətə düşüb... 810 milyard...

17.08.2026 / 20:17
Lavrov Türkiyəyə - Eyni vaxtda həm Avropada, həm NATO-da, həm də Rusiya ilə dostluq olmaz...

17.08.2026 / 19:56
Ermənistan vətəndaşlığı almaq istəyən xarici ermənilərlə ciddi problem yaranıb...

17.08.2026 / 19:11
“Avroittifaq Azərbaycanla münaqişədə (?) Ermənistanı müdafiə edə bilməyəcək”...

17.08.2026 / 18:38
Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən 3 Rusiya vətəndaşı beynəlxalq axtarışa verildi...

17.08.2026 / 18:03
Tramp Omanı vurmaqla hədələdi - "yolumuza çıxarlarsa, onları yerlə bir edərik”…

17.08.2026 / 17:40
Böyükşor gölünün suyu yaşıl rəngə boyandı - Dövlət Xidməti səbəbi açıqladı...

17.08.2026 / 17:23
Husilər Qırmızı dənizdə Səudiyyənin hərbi gəmilərinə raket zərbələri endirdi…

17.08.2026 / 17:05
İran Ermənistanı hərblə hədələyir - İrəvan qorxu içində...

17.08.2026 / 16:52
ABŞ Çindən donanmanı geri çəkir - Vaşinqtonda yeni siyasi qalmaqal başladı...

17.08.2026 / 16:38
Gürcüstan tezliklə Rusiyanın bir hissəsi ola bilər

17.08.2026 / 16:31
İran İraq Kürdüstanının baş nazirinin ofisini bombaladı…

17.08.2026 / 16:20
Azərbaycan diasporunun Moskvadakı rəhbəri Rusiyadan deportasiya edildi...

17.08.2026 / 16:06
Rusiya Ermənistan mallarını Azərbaycan məhsulları ilə əvəzləyir...

17.08.2026 / 15:50
Azərbaycan Xəzər dənizini Avropa ilə Asiya arasında rəqəmsal körpüyə çevirir...

17.08.2026 / 15:43
Nikah və boşanmaların sayı azalıb...

17.08.2026 / 15:36
Azərbaycan əhalisinin sayı açıqlandı

17.08.2026 / 15:23
Ceki Çanın Azərbaycandakı film çəkilişləri başa çatdı

17.08.2026 / 15:15
Dövlət qulluqçularının adından kiberdələduzluq edən dəstə ifşa edildi - VİDEO

17.08.2026 / 14:57
Trampın "Hörmüzü işğal planı"nın görünməyən və görünən tərəfləri...

17.08.2026 / 14:41
Bakıda Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana onun adı verildi

17.08.2026 / 14:15
Netanyahu Qəzzanın qisasını İspaniyadan belə alır - Mərakeşdə nə baş verir...

17.08.2026 / 14:01
Ukrayna səfiri Prezident İlham Əliyevə təşəkkür etdi

17.08.2026 / 14:00
Gürcüstandan Azərbaycana və Ermənistana avtomagistral çəkilişi niyə ləngidildi?..

17.08.2026 / 13:48
Rusiya Türkiyənin Qara dənizdə atəşkəs təklifini qəbul etmədi...

17.08.2026 / 12:56
İlk dəfə açıqlandı - ABŞ İrana Vyetnam müharibəsindəkindən daha çox bomba atıb…

17.08.2026 / 12:36
Ərdoğan İsraillə mümkün müharibədən danışdı – “Türkiyə bundan çəkinməyəcək”…

17.08.2026 / 12:21
İran müharibəsi İraqı pulsuz qoydu - neft gəlirləri bir gecədə 6,8 milyarddan 2 milyard dollara düşdü…

17.08.2026 / 12:15
Prezident DSX-nin bir qrup hərbi qulluqçusunu təltif etdi

17.08.2026 / 12:12
Bir qrup hərbçi və mülki işçi ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi

17.08.2026 / 12:10
Dövlət Sərhəd Xidmətinin bir sıra hərbçisinə ali hərbi rütbələr verildi - SƏRƏNCAM

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ