15/12/2019 16:48
728 x 90

Azərbaycanın bu rayonları niyə iqtisadi cəhətdən ən zəif inkişaf ediblər…

img

Azərbaycanda iqtisadi cəhətdən ən zəif inkişaf etmiş rayonlar məlum olub. Bunlar Naftalan, Lənkəran, Lerik, Masallı, Astara və Yardımlıdır. Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd olunur ki, yanvar-sentyabr aylarında bu rayonlarda adambaşına düşən məhsul istehsalı 1500 manat və ondan aşağı olub. Ən aşağı göstərici Yardımlı rayonundadır - cəmi 948 manat.

Xatırladaq ki, yanvar-oktyabr aylarında ölkə üzrə bu göstərici orta hesabla 5 825,7 manat təşkil edib. Naftalan rayonunda bu dövrdə 3,6% iqtisadi geriləmə baş verib.

  • Fuad İbrahimli: “İqtisadi dinamikanın dəyişməsində səbəb ölkənin hər bir ərazisinə yatırılan investisiyaların həcmi ilə bağlıdır”

6 rayonun iqtisadi baxımdan geriləməsinin səbəbini öyrənmək üçün iqtisadçı ekspert Fuad İbrahimliyə müraciət etdik. O bizimlə söhbətində qeyd etdi ki, iqtisadi artım və azalma bölgələrə cəlb olunan investisiyaların həcmi ilə  bağlıdır: “İqtisadi dinamikanın dəyişməsində səbəb ölkənin hər bir ərazisinə yatırılan investisiyaların həcmi ilə bağlıdır. Aidiyyəti qurumlar iqtisadi tənəzzülün müəyyən olunduğu bölgələrə daha çox diqqət ayırmalıdırlar ki, investorlar həmin əraziyə investisiya yatırmaqda maraqlı olsunlar”.

Həmsöhbətimiz onu da vurğuladı ki, investisiyaların cəlb olunması yeni yaradılan iş yerlərinin sayının artmasına səbəb olub. Vətəndaşların işlə təmin olunması baxımından ölkənin bütün ərazilərində iqtisadi aktivliyin qeydə alınması üçün şərait yaradılmalıdır. Etiraf etmək lazımdır ki, regionlarda qeyri-neft sektorunun inkişaf etməsi üçün lazımi şərait yaradılır: “Qeyd olunan rayonların iqtisadi baxımdan inkişaf etməsi üçün həmin bölgələrə xüsusi diqqət göstərilməlidir. Oranın aqrar və ya turizm sahəsi üzrə daha yaxşı inkişaf etməsi araşdırılmalıdır. Elə zona var ki, orda turizm, bəzilərində isə aqrar sektor inkişaf edir. Bütün bunlar nəzərə alınıb, ona uyğun işlər həyata keçirilməlidir”.

Günel CƏLİLOVA

Son xəbərlər