Cümə günü, 16 oktyabr 2026
     

Mehriban Əliyevanın Rusiyada görüşlərindən sonra yeni hədəf – Azərbaycana 2 milyon rus turist…

Image


Birinci vitse-prezident Mehriban Əliyevanın Rusiya səfərini dəyərləndirən ekspertlər bildirir ki, əldə olunan yeni razılaşmalar fonunda qarşıdakı dövr ərzində şimal qonşumuzla ölkəmiz arasında iqtisadi sahədə əməkdaşlığın daha da dərinləşməsini gözləmək olar. Digər tərəfdən, bu səfər bəzi məqamlarına görə mühüm yeniliklərlə də yadda qaldı. Elə birinci vitse-prezidentin Rusiyaya rəsmi səfərinin iqtisadi sahədə yekunları sırasında Azərbaycan-Rusiya tərəfdaşlığının daha bir yol xəritəsi sayılan innovasiyalar və elmi texnologiyalar sahəsində yeni əməkdaşlığın əsasının qoyulmasını buna misal kimi göstərmək olar.

Xatırladaq ki, iki ölkə arasında ötən il imzalanmış plana müvafiq olaraq, 2024-cü ilədək olan dövr üçün Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətlərinə ümumilikdə 5 yol xəritəsi daxildir. Bu əməkdaşlıq istiqamətləri ticarətin və qarşılıqlı sərmayələrin həcminin artırılması, nəqliyyat potensialının inkişafı, birgə müəssisələrin yaradılması, rəqəmsal texnologiyaların tətbiqi, büdcə-vergi sektorunda təcrübə mübadiləsi və humanitar əlaqələrin inkişafına yönəldilib. İndi innovasiyalar və elmi texnologiyalar sahəsində də tərəflərin yeni əlaqəsinə start verilir. Buna qədər isə tərəflər iqtisadi sahədə əməkdaşlığı daha da dərinləşdirməyi düşünür. Bu halın Azərbaycan üçün əsas üstünlüklərindən biri qeyri-neft sahəsinin inkişafının daha dinamik hala gəlməsidir. Real vəziyyət göstərir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı Rusiyadan müəyyən mənada asılı vəziyyətdədir. Söhbət ölkəmizin real  ixrac imkanlarından gedir. Bütün iqtisadi aspektlər nöqteyi-nəzərindən qeyri-neft məhsullarımız üçün məhz Rusiya bazarlarına ixrac səmərəli və məqsədəuyğun xarakter daşıyır. İndi əldə edilən yeni razılıqlar fonunda Azərbaycan Rusiyaya qeyri-neft sektorunda  hasil edilən daha çox həcmdə məhsul satacaq. Bura ilk növbədə aqrar məhsullar daxildir. Kənd təsərrüfatı nazirinin müşaviri Anar Hüseynov da qeyd edir ki, Rusiya bazarı Azərbaycanın kənd təsərrüfatı məhsulları üçün ənənəvi bazardır:“Bu ölkəyə ixracda kənd təsərrüfatı məhsulları xüsusi yer tutur. Azərbaycanın meyvə-tərəvəz məhsulları Rusiyada çox sevilir. Bu baxımdan iki ölkə arasında aqrar ticarətin genişləndirilməsi, aqrar tədqiqatlar sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı birgə layihələrin həyata keçirilməsi istiqamətində geniş müzakirələr apardıq. Ümid edirəm ki, əlaqələrimiz daha da inkişaf edəcək. Kənd təsərrüfatı məhsullarının ixrac potensialı daha da artacaq”. Ümumiyyətlə, qarşıdakı dövr ərzində Azərbaycan Rusiyaya ixrac etdiyi aqrar məhsulların həcmini 1,5 milyard dollara çatdırmağı düşünür. Hazırda Azərbaycan kənd təsərrüfatı məhsullarının Rusiya bazarına ixracatı 600 milyon dollara yaxın təşkil edir. Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində aparılan qısa təhlil nəticəsində bu rəqəmi azı 2 dəfə artırmaq mümkün olduğu qənaətinə gəlinib. Bu sıraya sənaye, emal müəssisələrimizin də istehsal mallarını əlavə etmək mümkündür. Deməli, Azərbaycan Rusiyaya qeyri-neft sektoru üzrə daha çox məhsul satacaq.

Digər tərəfdən o da faktdır ki, Rusiyanın ayrı-ayrı regionları Azərbaycanla əməkdaşlığı genişləndirməyə xüsusi maraq göstərir. Rusiyalı ekspert Darya Qrevtsova bildirir ki, əslində regionlararası əlaqələr Rusiya-Azərbaycan münasibətlərinin vacib hissəsidir:“Rusya ilə Azərbaycan arasında münasibətlər bütün sahələrdə, o cümlədən iqtisadiyyat, təhsil, mədəniyyət, hərbi və humanitar sahələrdə inkişaf edir. Azərbaycanın regionları ilə Rusiyanın 70-dən çox regionu sıx işləyir. Azərbaycanda Rusiyanın enerji korporasiyaları uğurla fəaliyyət göstərir. Avtomobilqayırma sahəsində əməkdaşlığın dərinləşməsi üçün yaxşı imkanlar var. Nümunə kimi “KamAZ”ın işini göstərmək olar, bu istiqamətdə texniki yığılma və avtomobillərə xidmətlər göstərilir. “AvtoVAZ” Azərbaycanın bütün regionlarında “Lada” avtomobillərinin pərakəndə satışı üçün 40-dan çox şöbə yaradıb. Öz növbəsində azərbaycanlı investorlar Rusiyada kənd təsərrüfatı obyektlərinin tikintisində fəal iştirak edir. Rusiya və Azərbaycan birgə infrastruktur layihələri reallaşdırır. Xəzər dənizinin statusu barədə Konvensiyanın imzalanması da dövlətlərimiz arasında qarşılıqlı səmərəli əməkdaşlıq üçün yeni imkanlar yaradır. Bu, ilk növbədə nəqliyyat, yük daşımaları, neft, qaz hasilatı, ekologiya və digər sahələrə aiddir. Turizm sahəsində ikitərəfli əlaqələr intensiv inkişaf edir. Bir sözlə, Rusiya ilə Azərbaycan arasında əlaqələr qarşılıqlı etimada əsaslanan etibarlı strateji tərəfdaşlığı nəzərdə tutur. Rusiya haqlı olaraq Cənubi Qafqazda aparıcı strateji və ticari-iqtisadi tərəfdaş hesab olunan Azərbaycanla davamlı və sıx əməkdaşlıqda maraqlıdır”.

Dövlət Dumasının deputatı Dmitri Savelyev də bildirir ki, son bir neçə ildə Rusiya ilə Azərbaycan arasında iqtisadi, siyasi və mədəni sahələrdə münasibətlər intensiv inkişaf edir. O qeyd edir ki, Mehriban Əliyevanın Rusiya-Azərbaycan regionlararası forumla bağlı səfəri əlaqələrin əhəmiyyətini daha da artırır. “Deyərdim ki, Azərbaycan Rusiyanın yeganə etibarlı tərəfdaşıdır”. Rusiyalı deputat turizm sahəsində əməkdaşlığın vacibliyini da qeyd edib: “Turizm ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə yardım edən çox vacib sahədir. Həqiqətən də, ruslar Azərbaycana nə qədər çox qonaq gəlsələr, o qədər də ölkəni çox sevəcəklər. Bir rus atalar sözü var: “On dəfə eşitməkdənsə, bir dəfə görmək daha yaxşıdır”. Azərbaycana gedən ruslar oradan laqeyd qayıtmırlar. Bu çox vacibdir”. Qeyd edək ki, hazırda Azərbaycana ən çox turist məhz Rusiyadan gəlir və gələn il ərzində onların sayının 1 milyona satması gözlənilir. Həmin tursitlərin sayının daha da artması Azərbaycan üçün prioritet məsələlərdən biridir və bu istiqamətdə intensiv işlər aparılır. Xatırladaq ki, bu sahədə çox müasir infrastruktur yaradılıb. Regionda ən müasir turizm infrastrukturu məhz Azərbaycandadır. O da məlumdur ki, regionda Gürcüstan bu sahədə Azərbaycana rəqib olub. Ancaq son illərdə Azərbaycan bu istiqamətdə Gürcüstanı geridə qoya bilib. Hesab edilir ki, görülən işlərin miqyası genişlənsə,  Rusiyadan  ildə 2 milyona yaxın insanın gəlişinə nail olmaq mümkündür. Bu isə Rusiya - Azərbaycan iqtisadi əlaqələrinin daha geniş spektri əhatə etdyini, Mehriban Əliyevanın Rusiya səfərinin prosesə əlavə təkan verdiyini deməyə əsas verir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ