Cümə günü, 16 oktyabr 2026
     

Qeyri-neft sektorunda Rusiyanın əsas ticarət tərəfdaşı kimi Azərbaycan qəti mövqelərə keçir…

Image


Qeyri-neft sektorunda artan istehsal fonunda indi diqqət mərkəzində yer alan başlıca məqamlardan biri bu istiqamətdə ixracın artırılması və müvafiq bazarların tapılmasıdır. Eyni zamanda, hökumət üçün başlıca prioritet məsələlərdən biri ənənəvi bazarlarda mövqelərin qorunub saxlanması və daha güclü hala gəlməsidir. Ənənəvi bazarlardan bəhs edərkən burada Rusiyaya xüsusi toxunmaq lazım gəlir.

Hazırda Azərbaycan qeyri-neft məhsullarının əsas idxalçısı Rusiyadır. Azərbaycanın bu ölkəyə göndərdiyi qefri-neft məhsullarının həcmi artıq 500 milyon dolları keçir. Amma görünür ki, Rusiya ilə münasibətlərin inkişafı sayəsində Azərbaycan bu ölkəyə indiki ilə müqayisədə ən azı iki dəfə çox qeyri-neft məhsulları göndərəcək. Bu prosesə birinci vitse-prezident Mehriban Əliyevanın Rusiyaya səfəri, keçirdiyi görüşlər, əldə etdiyi razılıqlar da əlavə təkan verir. Yeri gəlmişkən qeyd edək ki, Mehriban Əliyeva X Azərbaycan-Rusiya Regionlararası Forumunda qeyri-neft məhsullarının Rusiyaya ixracına xüsusi toxunub: "Rusiya Azərbaycanın əsas tərəfdaşlarından biridir və bizim qeyri-neft məhsullarının idxalı üzrə birinci yeri tutur. Artmaqda olan əmtəə dövriyyəsinin inkişafı və şaxələndirilməsi üzrə kompleks tədbirlər həyata keçirilib. Azərbaycan xaricdə özünün ilk ticarət nümayəndəliyini Rusiya Federasiyasında açıb. Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuraları yaradılıb və uğurla fəaliyyət göstərir. Bizim istehsalçıların müxtəlif regionlara ixrac missiyaları təşkil edilir. Rusiya Federasiyası ölkəmizdən ixrac edilən kənd təsərrüfatı məhsullarının əsas istehlakçısıdır".

Rusiya Federasiya Şurasının sədri Valentina Metviyenko da Mehriban Əliyevanın səfərinin qarşılıqlı münasiöbətlərin dərinləşməsində mühüm rol oynadığını vurğulayır: “Həqiqətən də, çox hörmətli Mehriban Əliyeva tutduğu bütün vəzifələrdə, fəaliyyətinin bütün sahələrində – bir vaxtlar parlamentdə, Heydər Əliyev Fondunun rəhbərliyində, Azərbaycanın birinci vitse-prezidenti rolunda hər zaman ölkələrimiz arasında dostluğun möhkəmlənməsinə böyük diqqət ayırıb.  Ölkələrimizin regionları arasında əməkdaşlıq Rusiya-Azərbaycan münasibətlərinin çox vacib tərkib hissəsidir. Regionlarımız-yerli hakimiyyət orqanları, sahibkarlar, geniş ictimaiyyət nə qədər səmərəli qarşılıqlı fəaliyyət göstərsə, tərəfdaşlığımızın təməli bir o qədər güclü olar. Bu əlaqələr çoxpredmetli, konkret və praqmatikdir, bürokratiyadan azaddır, yekun nəticəyə istiqamətlənib və ən müxtəlif sahələrdə-ticarət, iqtisadi qarşılıqlı fəaliyyət, səhiyyə, mədəniyyət sahəsində əməkdaşlıqda və digər istiqamətdə inkişaf edir.

İldən-ilə regionlararası əməkdaşlığın səmərəliliyi artır və bununla da ticarət dövriyyəmiz artır. Bu gün deyə bilərik ki, Rusiyanın əksər subyektləri – 70-dən çox region Azərbaycanın regionları ilə fəal qarşılıqlı fəaliyyət göstərir. İlk növbədə, Moskva, Moskva vilayəti, Sankt-Peterburq, Stavropol, Krasnodar diyarı, Həştərxan, Çelyabinsk və digər vilayətləri qeyd edə bilərəm”.

Yuxarıda qeyd olunduğu kimi, dərinləşən əməkdaşlıq fonunda Azərbaycandan Rusiyaya göndərilən qeyri-neft məhsullarının həcmində də əhəmiyyətli artım gözlənir. Baş nazirin müavini Şahin Mustafayev “Vesti Kavkaza”ya açıqlamasında bu xüsusda maraqlı məqmalara diqqət çəkərək bildirir ki, hazırda Azərbaycan kənd məhsullarının Rusiya bazarına ixracatı 600 milyon dollara yaxındır: “Hökumətlərarası komissiya çərçivəsində təhlil aparıb, bu rəqəmi azı ikiqat artıra biləcəyimizi anladıq. Bu istiqamətdə gedirik. Bu baxımdan gömrük və vergi sahəsində müasir texnologiyaların istifadəsi böyük əhəmiyyət daşıyır. Hazırda Rusiyanın aidiyyəti qurumlarının Azərbaycandan gedən məhsulları elektron mühitdə izləmək imkanına nail olmuşuq. İndi Rusiya bazarına göndərdiyimiz malların mənşəyini, keyfiyyətini, başqa göstəricilərinin də yerindəcə avtomatik olaraq yoxlana bilməsi üçün addımlar atırıq”.

Ötən ildə Rusiya ilə ticarət dövriyyəsinin 20 faiz artdığını qeyd edən Ş.Mustafayev bu ilin 9 ayında 24 faizlik artıma nail olunduğunu diqqətə çatdırıb: “Ticarət müharibələri, sanksiyalar, embarqoların baş alıb getdiyi bir vaxtda bu cür nəticələr daha da sevindirici, ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı üçün hədsiz əhəmiyyətlidir”.

Bu açıqlamadan aydın görünür ki, Azərbaycan təkcə aqrar sahədə istehsal edilən məhsulların Rusiyaya ixrac həcmini 1, 2 milyard dollara çatdırmağı düşünür. Prosesdə Rusiyanın özü də maraqlı tərəf kimi çıxış edir. Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər Komitəsinin sədri Konstantin Kosaçov da iki ölkə arasında mövcud münasibətlər fonunda bunu mümkün sayır. Onun sözlərinə görə, Azərbaycan Rusiya ilə münasibətlərini maksimum dərəcədə inkişaf etdirmək niyyətindəki səmimiliyə şübhə üçün heç vaxt əsas verməyib. Komitə sədrinin fikrincə, əsas göstəricilərdən biri Azərbaycanda rus dilinə, rusdilli əhaliyə və ortaq keçmişə münasibətdir: “Bu mənada, Azərbaycan postsovet məkanında hər bir dövlət üçün nümunə ola bilər. Bu, bütün digər sahələrdə irəliləmək üçün zəruri olan mənəvi və əxlaqi əsaslar yaradır”.

Rusiyalı senator qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi hər il onlarla faiz artır: “Sosial və humanitar sahələrdə əməkdaşlıq inkişaf edir. Gənclər və tələbə mübadiləsi həyata keçirilir, Azərbaycanda Rusiyanın ali məktəblərinin filialları açılır. Bütün bunlar ölkələrimiz və xalqlarımız üçün zəruri olan uzunmüddətli əməkdaşlığın əsasını yaradır. Biz doğru yoldayıq və bu əməkdaşlığa regionlararası meyarları da əlavə etməyimiz onu göstərir ki, maraqlar qarşılıqlı, dayanıqlı, ciddi və uzunmüddətlidir”.

Dağıstanın başçısı Vladimir Vasilyev də eyni mövqeni bölüşür. O qeyd edib ki, Rusiya, eləcə də  onun bir hissəsi olan Dağıstan və Azərbaycan iqtisadi sahədə sıx əməkdaşlıq edəcək: “Biz rəqib yox, tərəfdaş olmaq istəyirik. Xüsusən, indi bizim kənd təsərrüfatı və ət məhsullarını yüksək gəlirlə realizə etmək barədə danışırıq. Azərbaycan kəndlilər, kənd təsərrüfatı istehsalçıları üçün çox yaxşı şərait yaradıb, vergiləri azaldıb. İndi respublikalar arasında nəqliyyat məsələləri yoluna qoyulur ki, zənnimcə, bu da münasibətlərin inkişafına kömək edəcək. Hökumətlərimiz artıq bu məsələni həll edib”.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ