Cümə günü, 16 oktyabr 2026
     

Azərbaycan və Rusiya mühüm iqtisadi partnyora çevrilir

Image


Azərbaycanın xarici ticarət tərəfdaşları sırasında Rusiyanın mühüm yer tutması fonunda iki ölkə arasında iqtisadi münasibətlərin daha da dərinləşməsi müşahidə olunur. Proseslərin gedişi bu məsələdə hər iki tərəfin xüsusilə maraqlı olduğunu göstərir. Xatırladaq ki, hazırda ölkəmizdə istehsal edilən qeyri-neft məhsullarının xaricə ixracında önəmli paya malik əsas ölkə də məhz Rusiyadır.

Bu xüsusda Rusiyada rəsmi səfərdə olan birinci vitse-prezident Mehriban Əliyeva qonşu ölkənin baş naziri Dmitri Medvedyevlə görüşündə bir sıra maraqlı məqamlara toxunub: “Azərbaycan Rusiya ilə qarşılıqlı münasibətlərə müstəsna dərəcədə böyük əhəmiyyət verir. Ölkələrimizi möhkəm, qədim dostluq və mehriban qonşuluq əlaqələri birləşdirir. Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi, həmçinin hər iki tərəfin birgə səyləri sayəsində bu gün münasibətlərimiz strateji tərəfdaşlıq kimi xarakterizə olunur. Fəal siyasi dialoq mövcuddur. Azərbaycan və Rusiya prezidentləri mütəmadi olaraq görüşlər keçirirlər. Bu görüşlər, demək olar ki, bütün sahələrdə münasibətlərin inkişafına güclü impuls və dinamizm verir.

Şübhəsiz ki, iqtisadi əməkdaşlıq bizim ikitərəfli gündəliyimizin ən mühüm komponentlərindən biridir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir, qeyri-neft məhsullarının idxalı üzrə birinci yeri tutur. Əgər biz göstəricilərə baxsaq, onlar böyük nikbinlik doğurur. Biz hər il artım qeyd edirik, əmtəə dövriyyəsi artır. Ötən il 19 faiz artım olub və 2,6 milyard ABŞ dolları təşkil edib. Bu ilin 9 ayında isə artım 24 faizə çatıb. Yəni bu göstəricilər olduqca nikbindir. Qarşılıqlı sərmayə qoyuluşu artır. Azərbaycan iqtisadiyyatına yatırılan Rusiya sərmayələrinin həcmi 4,9 milyard dollardır, Azərbaycan Rusiyaya 1,2 milyard dollar sərmayə qoyub. Mühüm olan odur ki, hökumətlərarası komissiyanın təhlilinə görə, bu potensialdan tam şəkildə istifadə edilməyib, daha 2-3 dəfə artım mümkündür”.

Bu açıqlamadan da aydın görünür ki, tərəflərin iqtisadi müstəvidə əməkdaşlığını daha da dərinləşdirməsi üçün lazımi potensial mövcuddur. Belə vəziyyətdə atılan addımlar nəticəsində qarşıdakı dövr ərzində Azərbaycan və Rusiya arasında iqtisadi əlaqələrin daha da genişlənməsi proqnozlaşdırılır. Elə noyabrın 22-də Moskvada işinə başlayan 10-cu Rusiya-Azərbaycan Regionlararası Forumu da məhz buna xidmət edir. Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin forumda çıxışında bildirib ki, Azərbaycan ayrı-ayrı məhsulların ixracına görə Rusiya bazarında lider mövqedədir. Regionlararası forumda Rusiyanın 30 regionundan nümayəndələrin iştirak etdiyini bildirən nazirin fikrincə, bu, Azərbaycan iqtisadiyyatının Rusiyada mövqeyini möhkəmləndirməsi üçün böyük perspektivlərə malik olmasından xəbər verir. "Moskva-Bakı" portalına müsahibəsində də Oreşkin olduqca maraqlı məqamlara toxunub. Nazirin sözlərinə görə, bu gün Azərbaycan və Rusiya arasındakı iqtisadi əlaqələr yüksək keyfiyyətli dialoq və qarşılıqlı faydalı həllər axtarmağa hazırlıqla xarakterizə olunur. Bundan əlavə, Oreşkinin fikrincə, mövcud iqtisadi əlaqələrin səviyyəsinin artırılması ilə bağlı işgüzar dairələrin, müəssisələrin, kommersiya təşkilatlarının obyektiv tələbatı var:"Bu baxımdan Rusiya-Azərbaycan Regionlararası Forumu, fikrimcə, hökumət və biznes nümayəndələri arasında ünsiyyət üçün əla platformadır. Forum işimizi əlaqələndirməyə, qarşılıqlı ehtiyacları daha yaxşı anlamağa və mövcud problemləri operativ şəkildə həll etməyə kömək edəcək". Nazir bildirib ki, Rusiya Azərbaycanda qeyri-neft sektorunun inkişafını dəstəkləyir. O, hazırda ölkəsinin 70-dən çox inzibati bölgəsinin Azərbaycanla ticarət əlaqələrinə cəlb olunduğunu, müxtəlif sahələrdə yeni əlaqələrin qurulduğunu vurğulayıb: “Rusiya azərbaycanlı tərəfdaşlarla sənaye, nəqliyyat, logistika, gəmiqayırma, kənd təsərrüfatı, turizm, sərmayə qoyuluşu sahələrində qarşılıqlı faydalı əməkdaşlığın inkişafında sözlə yox, həqiqətən maraqlıdır. Hər iki ölkə aqrosənaye sahəsində əməkdaşlığı inkişaf etdirmək, o cümlədən məhsulların keyfiyyətinə nəzarətin və gömrük prosedurlarını təkmilləşdirmək üçün müvafiq addımlar atır. Yeri gəlmişkən, Azərbaycan bizim üçün bəzi ərzaq məhsullarının əsas mənbələrindən biridir. Təzə meyvələr idxalının 28,3 faizi, tomatların 28 faizi, qoz-fındığın 22,2 faizi, kartofun 13,3 faizi, ərik, gilas, vişnənin 12,5 faizi Azərbaycandan gəlir. Qarşılıqlı ticarət əlaqələrinin, o cümlədən yol xəritələr formatında daha da artırılması üçün imkanları görürük”. Oreşkin bildirib ki, tərəflər tezliklə mühüm bir uğura da imza atacaqlar ki, bu da qarşılıqlı ticarətin genişlənməsinə yeni töhfələr verəcək:"Söhbət ondan gedir ki, Azərbaycanın Rusiya ilə sərhədində Samur çayı üzərindəki körpünün tikintisi dekabr ayında başa çatacaq". O, sərhədin hər iki tərəfində quruculuq işlərini görmək üçün sərhədboyu infrastrukturun təkmilləşdirilməsinə dair Rusiya – Azərbaycan birgə işçi qrupunun yaradıldığını deyib: “Yaraq-Qazmalar sərhəd məntəqəsi yaxınlığında Samur çayı üzərindəki avtomobil körpüsü də bu məsələnin həllinə kömək edəcək. Buradakı işlər 2017-ci ilin dekabrında başlayıb, indi isə son mərhələsindədir. Yan yolları ilə birgə körpünün istismara verilməsi dekabr ayının ortalarına nəzərdə tutulub. Qeyd edim ki, Rusiyada "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin işə salınmasına böyük əhəmiyyət verirlər. Samur çayı üzərindəki körpü də bu dəhlizin mühüm hissəsidir”.

Ekspertlərin rəyinə görə, Azərbaycan ərazisindən yerüstü yük tranzitinin orta perspektivdə belə 7 milyon tona, sonradan isə 13 milyon tona çatacağını qeyd edən rusiyalı nazir diqqətə çatdırıb ki, bu tranzitin əsas hissəsini Rusiyadan İrana və Hindistana, yaxud geriyə daşınan yüklər təşkil edəcək. Xatırladaq ki, Samur çayı üzərində hələ 1957-ci ildə inşa edilən körpünü əvəzləyəcək yeni körpünün tikintisi Azərbaycanla Rusiya hökumətləri arasında 2013-cü ilin avqust ayında imzalanmış müqavilə çərçivəsində aparılır. Körpünün yan yollarını tərəflər özləri tikir. 325,3 metr uzunluqda, 17,3 metr enində olan körpünün tikintisi 36,5 milyon manata başa gəlir. Amma onun istfiadəyə verilməsi Azərbaycan məhsullarının daha böyük həcmdə Rusiyaya daşınmasına yeni imkanlar yaradır. Ümumiyyətlə, proseslərin gedişi göstiərir ki, qarşıdakı dövr ərzində Rusiya Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biri olaraq qalacaq və ölkəmizin qeyri-neft məhsulları üçün ən böyük bazar olmaqda davam edəcək.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ